/ / Viktoriya və Albert Muzeyində saxlanılan “Şeyx Səfi” xalçası dünyada ən nadir sənət nümunələrindəndir
Viktoriya və Albert Muzeyində saxlanılan “Şeyx Səfi” xalçası dünyada ən nadir sənət nümunələrindəndir
07.02.2018 [10:07]
4 əsrdən çox yaşı olan xalça hazırda Los-Anceles dairəsindəki İncəsənət Muzeyində nümayiş etdirilir
Azərbaycan dünyanın qədim xalçaçılıq mərkəzlərindən biridir. Ölkəmizin milli-mədəni vəsiqəsi olan, belə demək mümkündürsə, Azərbaycan xalqının rəmzinə çevrilmiş xalçaçılıq sənəti yüksək bədii texniki keyfiyyətlərinə, o cümlədən özünün məxsusi ornamentlərinə görə digərlərindən fərqlənir. Bu gün öz qədimiliyi, orijinal kompozisiyası və yüksək ustalıq məharəti ilə dünya xalça sənətinin nümunələri sırasında, heç şübhəsiz, ilk növbədə dünya şöhrətli “Şeyx Səfi” xalçası durur.
Dünya şöhrətli “Şeyx Səfi” xalçasının tarixi
Məlumat üçün bildirək ki, xalqımızın dünya incəsənəti xəzinəsinə bəxş etdiyi bu unikal sənət nümunəsi 1539-cu ildə ərsəyə gətirilib. Mütəxəssislər tərəfindən sənət möcüzəsi kimi dəyərləndirilən bu toxuculuq nümunəsinin ümumi sahəsi isə 56,12 kvadratmetrdir. Azərbaycanda “Şeyx Səfi” adı ilə tanınan bu ecazkar sənətkarlıq nümunəsi Londondakı Viktoriya və Albert (V&A) Muzeyində “Ərdəbil xalçası” kimi nümayiş etdirilib. “Şeyx Səfi” adını bu xalıya Azərbaycan xalça elminin banisi Lətif Kərimov verib. O, bunu I Təhmasibin sifarişi ilə Təbrizdə 1539-cu ildə toxunan xalının Səfəfiyyə təriqətinin başçısı Şeyx Səfiəddin İshaqın Ərdəbildəki məscid-türbəsinə vəqf (dini və xeyriyyə məqsədilə dövlətin, yaxud ayrı-ayrı şəxslərin könüllü bağışladığı daşınan və daşınmaz əmlak) edilməsi ilə əlaqələndirib.
Uzun müddət Şeyx Səfi kompleksini bəzəyən xalı mədəni irsə biganəlik üzündən 1893-cü ildə Londonda auksiona çıxarılmış və burada ingilislərin ianəsi hesabına 25 min funt-sterlinqə Viktoriya və Albert Muzeyi üçün alınıb.
Bu biganəliyin kökündə isə Ərdəbildə baş vermiş zəlzələdən zərər çəkmiş Şeyx Səfi kompleksinin təmirinə yerli imkanlı adamların vəsait ayırmaması durur. Şəhərin rəmzinə çevrilmiş dini-memarlıq tikilisinə ərdəbillilərin biganəliliyini görən kompleksin xidmətçiləri bərpa işləri aparmaq üçün buradakı bəzi əşyaları auksiona çıxarmağa məcbur olublar. Məscid-türbənin döşəməsinə salınmış bir cüt xalı da satılan əşyaların arasında olub. Onları zamanında İngiltərənin xalça satışı ilə məşğul olan “Ziqler” şirkəti alıb və son nəticədə onlardan biri Londondakı auksiona çıxarılıb və muzey üçün alınıb.
Viktoriya və Albert Muzeyinə səyahət
Yeri gəlmişkən qeyd edim ki, bir müddət öncə Londona səyahətim zamanı yolumu dünyanın nadir sənət nümunələrinin saxlanıldığı Viktoriya və Albert Muzeyindən saldım. Ödənişsiz fəaliyyət göstərən muzeyə çoxlu sayda turist axınının şahidi oldum. Hər bir azərbaycanlı kimi, mən də muzeyə dünyaca məşhur olan “Şeyx Səfi” xalçasının sorağı ilə getdim, gözüm eksponatlar arasında ilk onu axtardı. Xalça ziyarətçilərə “Ərdəbil xalçası” adı ilə təqdim olunurdu. Qeyd edim ki, muzeydəki lövhədə Azərbaycan adına da rast gəlmək mümkün idi. Öz ecazkarlığı ilə görənləri valeh edən bu şah əsərə muzey tərəfindən də xüsusi diqqət hiss olunurdu. Belə ki, uzun müddət məşhur xalı burada şüşə örtük altında qorunub. Xalının rənglərinin solmaması üçün isə şüşənin altındakı işığı yalnız hər saatda 10 dəqiqə yandırırlar. Buna səbəb isə 4 əsrdən çox yaşı olan bu sənət nümunəsini güclü işıq şüasından qorumaq idi. Əks halda, işıq şüası xalçanın rənglərini soldura və gözəlliyinə xələl gətirə bilərdi. İnsanda qürur hissi yaşadan xalımızın hələ də yaxşı vəziyyətdə qalması isə insanı heyrətə gətirirdi.
Xalçanı ziyarət edənlər sırasında ingilis araşdırmaçılarla da söhbətləşmək imkanım oldu. Xalının daha çox “Şeyx Səfi” adı ilə tanındığından xəbərsiz olduğunu söyləyən ziyarətçi bu barədə daha ətraflı araşdıracağını bildirdi.
Yeri gəlmişkən bildirim ki, Viktoriya və Albert Muzeyində “Şeyx Səfi” xalçası ilə yanaşı, Səfəvi hökmdarı, Şah İsmayılın oğlu Şah Təhmasibin üzəri qızılla örtülmüş qılıncı da saxlanır. O cümlədən Səfəvilərə aid miniatürlər, saxsı qablar da Viktoriya və Albert Muzeyinin ən dəyərli əşyaları sırasında öz yerini alıb. Əfsuslar olsun ki, hamısı İran nümunələri adı altında təqdim olunub.
“Şeyx Səfi” xalçası Los-Ancelesdə sərgidə nümayiş etdirilir
Məlumat üçün bildirək ki, “Ərdəbil” və “Şeyx Səfi” xalçası adları ilə tanınmış xalça hazırda Los-Anceles dairəsindəki İncəsənət Muzeyində nümayiş etdirilir. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan mətbuata verilən məlumata görə, 1965-ci ildəki “debüt”ündən ötən müddətdə bu xalça cəmi 6 dəfə nümayiş etdirilib. Builki sərgi isə fevralın 11-dək davam edəcək.
Vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə sözügedən əsərin üzü köçürülüb və hazırda təkrar nüsxə Azərbaycan Müasir İncəsənət Muzeyində nümayiş etdirilir.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

