Musiqili Teatr yeni mövsümü “Ər və arvad” tamaşası ilə açıb
19.09.2017 [10:02]
Azərbaycan Dövlət Musiqili Teatrı 108-ci mövsümünə start verib. Yeni mövsümün açılış günü dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” ikihissəli komediyası nümayiş olunub. Tamaşanın nümayişindən öncə çıxış edən Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı dahi Üzeyir Hacıbəylinin yaradıcılığından, Dövlət Musiqili Teatrının ötənilki uğurlu fəaliyyətindən və hazırlanması nəzərdə tutulan yeni tamaşalardan danışıb. Qeyd olunub ki, teatrda hər yeni mövsümün böyük Üzeyir Hacıbəylinin eyniadlı komediyası ilə açılması artıq ənənə halını alıb. Belə ki, teatrın əsası 1910-cu ildə məhz bu ölməz səhnə əsəri ilə - “Ər və arvad” tamaşası ilə qoyulub. Eyni zamanda, ölkəmizdə hər il teatr mövsümünün açılışı dahi Üzeyir Hacıbəylinin doğum günü ərəfəsində baş tutur.
Tamaşaçılar tərəfindən çox maraq və çoşqu ilə qarşılanan sözügedən musiqili komediyada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Elxan İsmayılov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Fərid Rzayev və başqaları rol alıblar.
Tamaşa sonrası teatrsevərlər öz təəssüratlarını oxucularımızla bölüşüblər. Məsələn, ixtisasca pedaqoq olan Aliyə Səfərova “Tətildən sonra yenidən sevimli teatrımda olmaqdan məmnunluq duyuram. Xalq artistimiz İlham Namiq Kamalın mahir ifası, Mərcan bəy obrazını özününküləşdirmə bacarağı, səhnədə etdiyi ekspromtlar heç zaman biz tamaşaçıların xatirindən silinməyəcək”, - deyib.
Təbriz şəhərindən ailəsi ilə ölkəmizə təşrif buyuran İsfəndiyar Sirus da tamaşanı izləməyə gələnlərin sırasında öz yerini almışdı: “Biz bura qonaq gəlmişik. Öz sevimli tamaşaçılarının görüşünə gələn tanınmış simaları yaxından görmək şərəfinə nail olduq. “Ər və arvad” səhnə əsəri güldürməklə yanaşı, düşündürməyi də bacardı”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

