"Ulu öndər" odasını ən böyük uğurum, yaradıcılığımın zirvəsi hesab edirəm
12.06.2009 [08:43]
Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı, mədəni ənənələrin, tarixi dəyərlərin qorunması hökumətin prioritet hesab etdiyi sahələrdən biridir. Eyni zamanda, mədəniyyətimizə xidmət edən sənət xadimləri, xüsusən də gənclər dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunublar. Buna bariz misal kimi, imzalanan fərman və sərəncamlar, dövlət tərəfindən təşkil olunmuş yüksək səviyyəli tədbirləri göstərmək olar. Prezident İlham Əliyevin imzaladığı “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” Sərəncama, həmçinin, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq musiqi sahəsində xüsusi istedadı olan şəxslərin adlarının Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılması, eləcə də, xüsusi aylıq təqaüdlərin ayrılması da dövlət qayğısının əyani sübutudur.
Bugünkü müsahibimiz də gənc və olduqca istedadlı bir xanımdır. 1994-cü ildə Bakı şəhərində anadan olub. 3 yaşı olarkən bəstəkar Oqtay Zülfüqarovun uşaq xorunda oxumağa başlayıb. 6 yaşında isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olub. Beləliklə, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin builki məzunu, gənc bəstəkar Odoğlu Ayan Ertan qızı ilə müsahibəmizi oxuculara təqdim edirik.
- Ayan, ilk musiqini nə zaman bəstələmisən?
- Bəlkə də, inandırıcı olmaz, amma ilk musiqimi altı yaşımda ikən bəstələmişəm. Artıq 9 yaşım olanda Dövlət Teleradio Şirkəti nəzdindəki “Bənövşə” xorunun solisti idim. Mahnılarımı orada da ifa etmişəm. Bülbül adına məktəbdə oxuduğum dövrlərdə isə görkəmli bəstəkar üzeyir Hacıbəyovun varisi İsmayıl Hacıbəyovdan dərs almışam.
ümumiyyətlə, 50-dən artıq klassik əsərin müəllifiyəm. “İthaf”, “Cəngi”, “Lay-lay”, “Arılar”, “Düşüncə” və “Rondo” kimi silsilə prelüdiyalarım var. Mahnı yazmağı sevdiyim üçün özümü bu janrda da sınamışam. Bu gün mahnılarımın çoxu populyar sənətçilər tərəfindən ifa olunur. Sevinirəm ki, gözəl şairimiz Baba Vəziroğlunun sözlərinə bəstələdiyim və Xalq artisti Faiq Ağayevin ifa etdiyi “Bağışladım” mahnısı, Əməkdar artist Azərinin ifasında səslənən “Gənclər himni” dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
- Bəstəkar kimi yetişməyində kimlərin rolu olub?
- Bəstəkar kimi yetişməyimdə bir çox müəllimlərimin rolu olub. Mərhum bəstəkar İsmayıl Hacıbəyov həmişə deyərdi: “Musiqi bəstələməyi öyrətmək qeyri-mümkündür. Bu, Tanrı vergisidir”. O hesab edirdi ki, istedadlı şəxsə mütləq mövzunu duymaq və bunu musiqinin dili ilə ifadə etmək imkanı verilməlidir. Tələbələrinə həmkarı kimi, hörmətlə yanaşırdı. Müəllimimin qəfil vəfatı mənim üçün ağır bir zərbə oldu. Uzun müddət partitura, fortepiano arxasına keçəndə özümü müəllimimə hesabat verirmiş kimi hiss edirdim. Musiqiçi kimi formalaşmağımda Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının dosenti, mərhum bəstəkar Qara Qarayevin sevimli tələbələrindən olan bəstəkar Aydın Əzimovun da böyük zəhməti olub. Artıq üç ildir ki, musiqi sənətinin bütün incəliklərini ondan öyrənməyə çalışıram.
- Bildiyimizə görə, bir çox beynəlxalq müsabiqələrdə də ölkəmizi təmsil etmisən. İstərdik bir qədər də həmin tədbirlər barəsində məlumat verəsən.
- Doğrudur, bir çox beynəlxalq müsabiqələrin iştirakçısı olmuşam. İki il öncə Belarus Respublikasının Qrodno şəhərində gənc bəstəkarların Yuri Semenyako adına IX Beynəlxalq müsabiqəsi keçirilmişdi. Bu mötəbər müsabiqədə ölkəmizi təmsil etmək də mənə nəsib olmuşdu. Tanınmış Belarus şairi Yakub Kolasın sözlərinə yazdığım “Bahar nəğməsi” mənə qalibiyyət gətirdi. Və bu əsər ən yaxşı musiqi əsəri diplomuna layiq görüldü. Həmin mahnını nota alarkən Belarus xalqını, onun milli xarakterini, coşqunluğunu və həyat eşqini musiqinin dili ilə ifadə etməyə çalışmışdım.
Bu il fevral ayının 2-də Gənclər Günü ilə əlaqədar, daha bir diploma layiq görüldüm. Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən 2008-ci ildə qazanılan yaradıcılıq uğurlarıma görə mənə “Gənclər mükafatı” diplomu təqdim olundu.
- Göründüyü kimi, ötən il sənin üçün kifayət qədər uğurlu keçib. İl ərzində bir neçə sonatina, skertso, prelüd, pyes və mahnı bəstələmisən. Yazdığın “Gənclər himni” isə bunlar arasında xüsusi yer tutur. Maraqlıdır, bu əsəri ərsəyə gətirmək ideyası necə yarandı?
- Mənim üçün “Gənclər himni”, əslində, gəncləri vətən uğrunda birliyə səsləyən, insanlara ülvi məhəbbət hisslərini təlqin edən vətənpərvər bir əsərdir. Bu əsəri yazmaqla son illər doğma Azərbaycanımızın əldə etdiyi uğurlara görə keçirdiyim qürur hissimi ifadə etməyə çalışmışam. ölkəmizin beynəlxalq aləmdə daha da artıq nüfuz qazanması məni bu dövlətin gənc bir vətəndaşı olaraq hədsiz sevindirir. Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm. Prezident İlham Əliyev cənablarının diqqət və qayğısı ilə ölkəmiz yeniləşir, inkişaf edir, dünyanın nüfuzlu ölkələri arasında yerini daha da möhkəmləndirir. Digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsi də yüksək dövlət qayğısı ilə əhatə olunub. Əslində, “Gənclər himni”ni yazmaqla mən gənclərə göstərdiyi böyük etimad və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə təşəkkürümü ifadə etmək istəmişəm. Fikrimcə, dünyamiqyaslı uğurlarımız, idman və mədəniyyət aləmində qazanılan qələbələr məhz bu qayğı və diqqətin nəticəsidir.
- Ulu öndər Heydər Əliyevin xatirəsinə ithaf etdiyin əsər haqqında nə deyə bilərsən? Necə oldu ki, belə bir əsər meydana gəldi?
- Bəstələdiyim “Ulu öndər” odasını xalqımızın ümummilli lideri Heydər Əliyevə olan böyük məhəbbətimin bəhrəsi hesab edirəm. Bu mahnını bəstələmək üçün fortepiano arxasına keçəndə qeyri-ixtiyari beynimdə səslənən həzin musiqini ağ-qara dillərdə səsləndirməyə başladım. ümummilli liderimizin vəfatından bir il sonra isə əsər Fuad Əlişovun çəkdiyi klip şəklində tamaşaçılara təqdim olundu. Bundan başqa, “Ulu öndər” odasını Belarusda müsabiqədə iştirak edərkən də ifa etmişdim. Doğrusu, bu əsəri ən böyük uğurum, yaradıcılığımın zirvəsi hesab edirəm.
- Bir az da gələcək planlarından danışaq. Qarşıda hansı yeniliklər gözlənilir?
- Bir xalq olaraq zəngin musiqi ənənələrinə sahibik. Təqdirəlayiq mədəniyyəti olan bir dövlətimiz var. Mənim də amalım yaradıcılığımda Hacıbəyov və Qarayev bəstəkarlıq məktəbinin gözəl ənənələrini layiqincə davam etdirməkdir. öz növbəmdə Azərbaycanın gözəl musiqisini, paralel olaraq da öz əsərlərimi dünyanın möhtəşəm musiqi salonlarında səsləndirmək arzusundayam. Ən böyük arzum isə doğma vətənim Azərbaycana həsr olunmuş möhtəşəm bir opera bəstələməkdir. Arzularım çoxdur. Bir abituriyent olaraq hazırda ən böyük istəyim Bakı Musiqi Akademiyasının tələbəsi adını qazanmaqdır.
TURANƏ
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

