Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycan Müəllimlər İnstitutunda Elçin Hüseynbəyli ilə görüş keçirilib

Azərbaycan Müəllimlər İnstitutunda Elçin Hüseynbəyli ilə görüş keçirilib

14.05.2009 [12:11]

Dünən Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) yazıçı Elçin Hüseynbəyli ilə görüş keçirilib. Görüşdə AMİ-nin gənc yazarları, müəllim kollektivi və müxtəlif ali məktəblərin tələbələri iştirak edib. Görüşdə E.Hüseynbəyli öz kitablarını fəal oxuculara təqdim edib və olduqca maraqlı diskussiya aparılıb. Görüş iştirakçıları önündə çıxış edən E.Hüseynbəyli son vaxtlar gənclərdə  mütaliəyə marağın artdığını deyərək onu da bildirib ki, istedadlı gənclərin əsərlərini baş redaktoru olduğu “Ulduz” jurnalında dərc etdirməyi nəzərdə tutub.
Yeri gəlmişkən qeyd edək ki, yazıçının “İmperator” əsəri əsasında hazırda Uşaq Teatrında məşqlər aparılır. Tragekomediya janrında yazılan əsərin quruluşçu rejissoru Əməkdar artist Vidadi Əliyevdir. Qeyd edək ki, rollarda Mehman Piriyev, Rəşad Bəxtiyarov, Esmira Həsənli və İntiqam Soltan iştirak edir. Tamaşa iyun ayının əvvəllərində təhvil veriləcək.



Paylaş:
Baxılıb: 1833 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30