Heydər Əliyev Mərkəzində Budapeştin Ferens List Kamera Orkestrinin konserti keçiriləcək
16.03.2016 [09:50]
Mayın 3-də Heydər Əliyev Mərkəzində Budapeştin Ferens List Kamera Orkestrinin konserti keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, konsert proqramında dünya klassik musiqisinin görkəmli nümayəndələri Volfqanq Amadey Motsart, Pablo de Sarasate, Kamil Sen-Sans, Bencamin Britten, Pyotr Çaykovski, Yohannes Brams və Ferens Listin əsərləri təqdim olunacaq.
Konsertdə bir sıra ölkələrdə dinləyicilərin qəlbini fəth etmiş virtuoz skripkaçı Yojef Lendvay solist olaraq çıxış edəcək.
Yojef Lendvay müasir dövrün görkəmli skripka ustalarından biridir. 1974-cü ildə Budapeştdə anadan olub, Ferens List adına Budapeşt Musiqi Akademiyasında təhsil alıb. Yojef Lendvay çoxsaylı müsabiqələrin, o cümlədən İsveçrədə keçirilən Tibor Varqa adına Beynəlxalq Skripka Müsabiqəsinin laureatıdır. O, bir çox mükafat və təqaüdlərlə, o cümlədən Macarıstanın “Qızıl Xaç” medalı ilə təltif olunub.
Qeyd edək ki, kamera orkestrini 1963-cü ildə görkəmli bəstəkar və pianoçu Ferens Listin adını daşıyan Budapeşt Musiqi Akademiyasının məzunları yaradıb. Musiqi kollektivinin belə adlandırılması təsadüfi olmayıb, çünki bu ad hər kəsdə Macarıstan və onun musiqi ənənələrinə bağlılıq assosiasiyası yaradır.
Hazırda bütün dünyada məşhur olan Ferens List Kamera Orkestrinin özünəməxsus musiqi obrazı var. Orkestrin repertuarı bütün dövrləri və üslubları əhatə edir. Repertuara barokko, klassik, romantik və müasir əsərlər daxildir. Öz vətənində çoxsaylı mükafatlara, həmçinin Parisdə “Grand Prix du Disque” mükafatına layiq görülən orkestr indiyədək 200-dən çox disk yazdırıb.
Kollektiv 50-dən çox ölkədə, o cümlədən Nyu-Yorkda Karnegi zalı, Sidney Opera Teatrı, Tokioda Santori zalı, Parisdə De la Vill teatrı kimi məşhur salonlarda çıxış edib.
Orkestr Svyatoslav Rixter, Yehudi Menuhin, Mstislav Rastropoviç, Adam Fişer, İsaak Stern, Marta Arqerix və digər tanınmış musiqiçilərlə əməkdaşlıq edib, nüfuzlu musiqi festivallarının iştirakçısı olub.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08

