Bakıda keçirilən Beynəlxalq Muğam Festivalı hələ uzun illər yaddaşlarda yaşayacaq
30.03.2009 [10:42]
Bir həftə ərzində Bakı “Muğam aləmi” Beynəlxalq Festivalına ev sahibliyi edib. Milli mədəniyyətimizin və xalq sənətimizin qorunması və inkişafına yüksək diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 40-dan çox ölkəsinin muğam ifaçısı Beynəlxalq Muğam Festivalında bir araya gəlib. Martın 25-də Heydər Əliyev Sarayında Beynəlxalq muğam festivalının təntənəli bağlanış mərasiminə həsr edilən konsert olub.
İslam mədəniyyətinin paytaxtı Bakı bir həftə ərzində dunya mədəniyyətinin şah əsəri adlandırılan muğamın məkanına çevrilib. Martın 18-dən 25-dək Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəldib. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək, festival proqramını həm rəngarəng, həm də yaddaqalan edib.
Festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konserti üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri açıb. Orkestrin bədii rəhbəri Rauf Abdullayevin dirijorluğu ilə Fikrət Əmirovun “Şur” simfonik muğamı ifa olunub.
Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Mövlamova “Şur” təsnifini ifa ediblər.
Tamaşaçılar Azərbaycan musiqisinin ən gözəl incilərini dinləyiblər. “Muğam aləmi” Beynəlxalq festivalının bağlanış mərasiminə həsr edilən konsert proqramı zənginliyi ilə fərqlənib. Azərbaycan musiqisi böyük maraqla izlənilib, hər bir ifa sürəkli alqışlarla qarşılanıb.
Beləliklə, Azərbaycanda martın 18-dən başlayan “Muğam aləmi” Beynəlxalq Festivalına martın 25-də yekun vurulub.
Muğam sənətinin qorunması və inkişafına xidmət edən “Muğam aləmi” Beynəlxalq Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilib.
2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi çərçivəsində, Novruz bayramı günlərində şəhərimizdə keçirilən bu möhtəşəm musiqi bayramı muğam ifaçılığı tarixində ilk belə tədbir kimi artıq tarixə çevrilib. Bakı bir həftə ərzində həqiqətən də, xalqımızın milli sərvəti, dünya mədəniyyətinin şah əsəri olan muğamın paytaxtına çevrilib. Yenidən nəzərlər Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkəmizə yönəlib - bu dəfə Azərbaycan mədəniyyətinin təntənəsinə...
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Muğam aləmi” Beynəlxalq festivalının açılışı martın 20-də Beynəlxalq Muğam Mərkəzində olub.
Tədbirdə nitq söyləyən Prezident İlham Əliyev ölkəmizdə keçirilən birinci Beynəlxalq muğam festivalını yüksək qiymətləndirərək deyib: “Bu hadisə bizim üçün çox önəmlidir. Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil ki, birinci Beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir”...
Beynəlxalq muğam festivalının açılışında, festival çərçivəsində keçirilən bir sıra tədbirlərdə YUNESKO-nun baş direktoru Koişiro Matsuura da iştirak edib.
Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 18-də Milli Tarix Muzeyində “Muğam aləmi” Beynəlxalq elmi simpoziumu keçirilib. Simpoziumun açılış mərasimində xalqımızın mədəni irsinin keşiyində ləyaqətlə dayanan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib. Azərbaycan muğamı YUNESKO-nun Dünya İrs Siyahısına da məhz Mehriban xanım Əliyevanın xidməti sayəsində daxil edilib. “Biz azərbaycanlılar muğamımızla fəxr edirik” deyən Mehriban Əliyeva muğamı gözəlliyin və məhəbbətin rəmzi adlandıraraq qeyd edib ki, bu simpozium muğamın təkcə Azərbaycanda yox, bütün dünyada məşhurluğunun göstəricisidir. Mehriban xanım Əliyeva deyib: “Mən bu gün çox böyük fəxr hissi ilə demək istəyirəm ki, həm Heydər Əliyev Fondu, həm Azərbaycan Mədəniyyətinin Dostları Fondu bu sahədə öz layiqli töhfəsini verib. Bildiyiniz kimi, son illər biz bir sıra irimiqyaslı layihələr həyata keçirmişik: muğam müsabiqələri, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının nəşri və sair. Bu sırada “Muğam ensiklopediyası”nın nəşri xüsusi yer tutur”.
YUNESKO təmsilçisi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq “Muğam ümumi bir dil, ümumi bir məqamdır, o, musiqiçilər arasında anlaşma, ünsiyyət vasitəsidir” deyərək Azərbaycan muğamının inkişaf etdiyini, zənginləşdiyini və onun bu istiqamətdə digər ölkələrə yol göstərdiyini vurğulayıb.
üç gün davam edən elmi simpoziumda Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən gələn muğam tədqiqatçılarının məruzələri dinlənilib. Muğam sənətinin tarixində yeni, mühüm bir mərhələ olan simpozium muğamın qorunması və inkişaf etdirilməsi, onun müsəlman ölkələrinin mədəniyyətləri arasında əlaqələrin möhkəmləndirilməsinə təsiri baxımından yüksək qiymətləndirilib.
Festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında italiyalı Silvio Barbatonun dirijorluğu ilə üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin konsertini Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və YUNESKO-nun Baş direktoru Koişiro Matsuura da izləyiblər.
Beynəlxalq Muğam Mərkəzində keçirilən festival konsertlərdə azərbaycanlı ustad ifaçılarla yanaşı, İtaliyanın “Maraği”, Suriyanın “Al Kindi”, İraqın “Anqam Al Rafidain”, Mərakeşin “Nahda”, özbəkistanın “çargox”, Misirin “Əl Ədvar” ansambllarının çıxışları anşlaqla keçib.
Martın 22-dən 24-dək Dövlət Kukla Teatrında keçirilən Muğam müsabiqəsi isə əsl sənət yarışmasına çevrilib. Müsabiqədə 11 ölkədən 20 ən istedadlı ifaçının çıxışları münsiflər heyətinin işini çətinləşdirsə də, seçimin nəticəsindən hamı - ifaçılar da, münsiflər heyətinin bütün üzvləri də, tamaşaçılar da razı qalıblar. “Qran-pri” Azərbaycan ifaçısına - Təyyar Bayramova nəsib olub. Birinci yerə özbəkistandan Yulduz Turdıyeva, ikinci yerə İrandan Məhəmməd Motamidi, üçüncü yerə misirli Mustafa Səid layiq görülüblər.
Bakı Caz Mərkəzində keçirilən etno-caz gecələri də festivala bir rəngarənglik gətirib.
Bütövlükdə “Muğam aləmi” Beynəlxalq festivalı mədəniyyətin, incəsənətin, musiqinin, ən əsası muğamın bayramına çevrilmiş, ayrı-ayrı xalqların nümayəndələrini bir araya gətirmək baxımından özünü misilsiz bir tədbir kimi təsdiq edib, xalqların daha da yaxınlaşmasına mühüm bir töfhə olub. “Muğam aləmi” Beynəlxalq muğam festivalı indiyədək bu istiqamətdə mühüm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun muğamın qorunub saxlanması, gələcək nəsillərə çatdırılması sahəsində atdığı daha böyük bir addımdır. Bu festival bütün türk dünyasına xas olan muğamın tacının da Azərbaycanda olduğunu sübut edib. Bir həftəlik möhtəşəm muğam bayramından sonra çoxsaylı qonaqlar islam mədəniyyətinin paytaxtı olan, Şərq və Qərb mədəniyyətini özündə sintez edən gözəl Bakıdan festivalın bir daha təkrarlanacağı arzusu ilə ayrılıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

