“YAY!” qalereyasında əfqan rəssamı Reza Həzarenin “Anesteziya” sərgisi açılıb
12.09.2014 [09:54]
“YARAT” Müasir incəsənət Məkanının “YAY!” Qalereyasında Azərbaycanda fəaliyyət göstərən əfqan rəssamı Reza Həzarenin “Anesteziya “adlı fərdi sərgisi açılıb.
AzərTAc xəbər verir ki, sərgidə nümayiş olunan yeni rəsmlər müəllifin qaçqın qismində şəxsi həyatda keçirdiyi enişləri və yoxuşları əks etdirir.
Əfqan qaçqını olan Reza Həzare 1987-ci ildə İranın Zahedan şəhərində dünyaya göz açıb. O, 2005-ci ildə Tehran Ali Təsviri İncəsənət Məktəbini, 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını qurtarıb.
Reza Həzarenin işlərində keçmişlə indiki zaman arasında olan gərginlik hisslərinə - dini və dünyəvi həyat tərzi arasında çarpışmaya və onun təməlini təşkil edən ənənə və müasirlik arasında münaqişəyə istinad olunur. Ənənəvi müsəlman ölkəsi olan İrandan Azərbaycana köç edən rəssam dünyəvi həyat tərzinə alışmaq üçün səy göstərirdi, eyni zamanda ölkəsində tüğyan edən böhranı izləyirdi.
Uzun illərdir ki, ölkədə baş verən vətəndaş müharibəsi və ixtilaf Əfqanıstan cəmiyyətini dini ənənə və tayfa təfəkkürü fonunda kəskinləşən böhrana qərq edib. Bir zaman çiçəklənən ölkə sayılan bu məmləkət, hazırda zülmət və hərc-mərcliyin qurbanıdır. Belə bir vəziyyət Əfqanıstan cəmiyyətinin üç nəslinə mənfi təsir göstərməkdədir.
Reza Həzarenin mənsub olduğu nəsil qürbətdə doğulub boya-başa çatıb və yaşadığı ölkələrlə heç bir rabitəyə malik deyil. Məsələn, İranda dünyaya göz açan əfqanlar bu ölkədə heç bir vətəndaş haqlarına sahib deyillər. Bu insanlar öz Vətənində-Əfqanıstanda da qəbul olunmurlar. Çünki onlar fərqli bir cəmiyyətdə böyüyüb, fərqli mədəni dəyərlərə malik insanlar sayılırlar. Nəticədə onlar heç bir ölkədə kök sala bilmir və daimi mühacirət ağrısı ilə yaşayırlar.
Müharibədən sonrakı dövrdə yaşayan insanlar illərdir ki, qaçqın statusu ilə həyat sürürlər, çox zaman həyatlarını yenidən - sıfırdan başlamağa məcburdurlar. Onlar yeni ixtisaslara yiyələnməli və kənar təzyiqlərə tab gətirməlidirlər. Yaşadıqları ölkələrdə təməl vətəndaş haqlarına malik olmamaları və ailələrdən ayrılmaq məcburiyyəti həmin insanları olduqca qarışıq vəziyyətinə sürükləyir. Bu insanlar siyasi və sosial çətinliklərlə rastlaşdığı zaman özlərini yalqız və təcrid olunmuş hiss edir, ətraflarında cərəyan edən hadisələrə biganə yanaşırlar.
Zaman keçdikcə, əfqan qaçqınları da özlərini ətraf mühitə qarşı laqeyd aparır, eyni zamanda doğma ölkələri viran olduğundan və oraya qayıtmaq imkanları olmadığından mənlik hisslərini tədricən itirirlər. Əfsuslar olsun ki, belə biganəlik hətta həyatlarında ağır vəziyyətlərin öhdəsindən gələn insanlarda da müşahidə olunmaqdadır. Zülmət qaranlıqdan qaçış son nəticədə onları yenidən zülmətə düçar edir.
Reza Həzarenin “Anesteziya” adlı fərdi sərgisi kəsilən ağrının sakit əks-səda verdiyi və başlanğıc nöqtəsində bitən səyahətə istinad edir.
Sərgi oktyabrın 26-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52

