Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Nargis” jurnalının baş redaktoru Gürcüstanın məşhur “Nanukas Show” televiziya verilişinin qonağı olub

“Nargis” jurnalının baş redaktoru Gürcüstanın məşhur “Nanukas Show” televiziya verilişinin qonağı olub

28.02.2014 [09:21]

Azərbaycanda nəşr olunan “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova Gürcüstanın məşhur “Nanukas Show” televiziya verilişinin qonağı olub.
AzərTAc xəbər verir ki, Ülviyyə Rəhmanova “Nargis” jurnalının hazırda Gürcüstanda təqdimatını keçirir. Verilişdə “Nargis” jurnalının yaranmasından danışan Ülviyyə Rəhmanova bildirib ki, təqdimatla əlaqədar jurnalın “Welcome to Georgia” əlavəsi hazırlanıb. “Jurnalın sonuncu nömrəsində biz Gürcüstan, Tbilisi şəhəri, həm gürcü, həm də azərbaycanlı istedadlar haqqında yazmışıq. Bizim gürcü xalqı ilə oxşar cəhətlərimiz çoxdur. Mədəniyyətimiz, mətbəximiz, mübarizlik ruhumuz çox bənzərdir”, - deyə Ülviyyə Rəhmanova qeyd edib.
Nəşr haqqında danışarkən baş redaktor bildirib ki, jurnal Azərbaycanın birinci xanımı tərəfindən də bəyənilir və onun birinci nömrəsində ilk fotosessiya məhz Mehriban Əliyevanın iştirakı ilə olub.
O, həmçinin təqdimat çərçivəsində moda nümayişinin keçiriləcəyini və geyimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi ornamentlərdən istifadə olunduğunu deyib.
Sonda Ülviyyə Rəhmanova verilişin aparıcısına Azərbaycan xalçası və kəlağayı hədiyyə edib.

Paylaş:
Baxılıb: 1364 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30