Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

20.08.2026 [13:38]

Türkiyənin Yalova şəhərində XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başlayıb.

AZƏRTAC xəbər verir ki, “Qafqazda və bütün dünyada sülh naminə” şüarı altında təşkil olunan tədbirdə Azərbaycan “Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı tərəfindən təmsil olunur.

Festivalda Azərbaycanla yanaşı, Adıge, Dağıstan, Gürcüstan, Kabarda Balkariya və Şimali Osetiyadan, ümumilikdə, 350-dən çox sənətçi iştirak edir.

Tədbirin əsas məqsədi Qafqaz xalqlarının zəngin mədəni irsinin qorunması, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdir.

Festivalın avqustun 19-da təşkil edilən açılış mərasimində “Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı rəngarəng musiqi və rəqs proqramı ilə çıxış edib. Konsertdə "Odlar yurdu" rəqsi və müğənni Elvina Heydərovanın ifasında “Şirindil“ mahnısı təqdim olunub.

Ansamblın festival repertuarına “Şadvilin suvar” („Bayram sevinci“), “Görüş”, “Çəmənlik”, “Naz eləmə”, “İrs” və “Ləzginka avazı” rəqsləri, həmçinin Cəvahir Abdulovanın ifasında “Kanidi” („Sevdiyim“), “Sarı gəlin”, “Azərbaycan”, Elvina Heydərovanın təqdimatında isə “Perizada”, “Qara dəniz” və “İyerval” (Gözəllik”) mahnıları daxildir.

Təmsilçilərimiz avqustun 20-də Türkiyənin Balıkesir vilayətində konsert proqramı ilə tamaşaçıların qarşısına çıxacaq, avqustun 21-də keçiriləcək Qala konsertində geniş proqramla çıxış edəcəklər.

Paylaş:
Baxılıb: 402 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30