Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Euronews” televiziya kanalında “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi ilə bağlı süjet yayımlanıb

“Euronews” televiziya kanalında “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi ilə bağlı süjet yayımlanıb

11.02.2014 [09:10]

Dünyanın nüfuzlu “Euronews” televiziya kanalında Bakıda, Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun və “Baku” jurnalının birgə təşkilatçılığı ilə açılmış “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi haqqında süjet yayımlanıb.
AzərTAc xəbər verir ki, süjetdə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi barədə ətraflı məlumat verilib, sərgidə olduqca maraqlı əsərlərin nümayiş olunduğu bildirilib. Vurğulanıb ki, bu əsərlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, layihənin ideya müəllifi Leyla Əliyevanın əsərləri də böyük maraqla qarşılanır.
Sərgidə müxtəlif janrlarda işləyən azərbaycanlı rəssamların 100-dən artıq əsəri nümayiş olunur.
Qeyd edilib ki, bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Böyük Britaniyanın paytaxtı Londonda açılıb. “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi iki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilib.
“Euronews” televiziya kanalının süjetində əminliklə bildirilib ki, mart ayınadək davam edəcək sərgi ziyarətçilər üçün böyük maraqla qarşılanacaq.
Bu süjetin dünyanın nüfuzlu kanallarından biri olan “Euronews”da yayımlanması bir daha sübut edir ki, Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyətinin, müasir incəsənətimizin dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi əhəmiyyətə malikdir.

Paylaş:
Baxılıb: 1478 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30