Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “YARAT” Müasir İncəsənət Məkanı “FutureShorts” qısametrajlı film festivalının qış mövsümünün açılışını elan edib

“YARAT” Müasir İncəsənət Məkanı “FutureShorts” qısametrajlı film festivalının qış mövsümünün açılışını elan edib

25.01.2014 [10:39]

“YARAT” Müasir İncəsənət Məkanı pop-ap janrında keçirilən dünyanın ən nəhəng “FutureShorts” qısametrajlı film festivalının qış mövsümünün açılışını elan edib.
“YARAT” Müasir İncəsənət Məkanından AzərTAc-a bildiriblər ki, qış mövsümündə Fransa, Polşa, Serbiya, Finlandiya və Əfqanıstanda çəkilmiş 6 film nümayiş olunacaq. Əslində bu mövsüm qısametrajlı filmlər dünyasına beynəlxalq səyahəti xatırladacaq.
Tamaşaçılara əvvəlcə Eduardo Uilliamsın “Mən daim düşürəm” (“Que Je Tombe Tout le Temps”) filmi təqdim ediləcək. Bu film onları Paris metrosunun dərinliyinə qərq edəcək. Həmin filmin ardınca tamaşaçılar analarını axtaran iki polşalı bacıları təsvir edən, rejissor Yakub Stoşekin ərsəyə gətirdiyi “Əlçatmaz məkanda” filminə baxıb, 2007-ci ildə Fransada ekranlaşdırılmış “Görünməz nöqtə” adlı cizgi filminin qəhrəmanlarının qarşılaşdıqları gözlənilməz hadisənin şahidi olacaqlar.
Serbiyalı rejissorlar Nedelkoviç və Maydak tamaşaçıları “Dovşanlar ölkəsinə” (2012) qeyri-adi səyahətə aparacaq. Finlandiyalı rejissor Toivoniemi tərəfindən 2012-ci ildə çəkilən “Görüş” filmi isə tam fərqli bir görüşdən bəhs edəcək. Nəhayət, 2011-ci ildə Əfqanıstanda rejissor Sem Frençin çəkdiyi “Buzxaşidən olan uşaqlar” filmində iki yaxın dostun timsalında əfqanıstanlı yeniyetmələrin özünəməxsus dünyası haqqında hekayə nəql edilir.
Bakıdakı nümayişlər fevralın 7-dən 9-dək “Cinemalux” kinoteatrında keçiriləcək. Filmlər fevralın 7-də 19:30-da, ayın 8-9-da isə 18:00-da göstəriləcək.
Biletlər şəhərin kassalarında satılır.

Paylaş:
Baxılıb: 1564 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30