/ / Heydər Əliyev Mərkəzində “Küknar” Beynəlxalq İncəsənət müsabiqəsi çərçivəsində məxsusi dizaynda hazırlanmış əsərlərin təqdimat mərasimi olub
Heydər Əliyev Mərkəzində “Küknar” Beynəlxalq İncəsənət müsabiqəsi çərçivəsində məxsusi dizaynda hazırlanmış əsərlərin təqdimat mərasimi olub
24.12.2013 [09:20]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib
Dekabrın 21-də Heydər Əliyev Mərkəzi yeni layihəsini - “Küknar” Beynəlxalq incəsənət sərgisi və müsabiqəsini reallaşdırıb.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib, “Küknar” Beynəlxalq incəsənət müsabiqəsi çərçivəsində 2014-cü ilin tam fərqli tərtibatda bəzədilmiş Yeni il küknar ağaclarına baxıb.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, “Küknar” Beynəlxalq incəsənət müsabiqəsi Azərbaycanın və xarici ölkələrin sənət adamları arasında elan edilib. Artıq müsabiqəyə təqdim edilmiş 18 müasir incəsənət əsəri Heydər Əliyev Mərkəzinin parkında sərgilənib.
Anar Ələkbərov bu layihəni dəstəkləyən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. O, Heydər Əliyev Mərkəzinin daha bir layihəsini elan edib. Diqqətə çatdırıb ki, bu, Novruz bayramı ərəfəsində reallaşacaq “Səməni” müasir incəsənət festivalı olacaq. Bu festival müddətində də sənətkarlarımız öz əsərlərini Heydər Əliyev Mərkəzinin parkında təqdim edəcəklər.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Yeni il ərəfəsində belə bir beynəlxalq incəsənət sərgisinin və müsabiqəsinin keçirilməsinə görə Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin rəhbərliklərinə dərin minnətdarlığını bildirib və belə tədbirlərin sayının artacağına əminliyini ifadə edib.
Sonra müsabiqənin qaliblərinin adları açıqlanıb. Fərəc Rəhmanov müsabiqədə birinci, Novruz Məmmədov ikinci, Camiddin Murtuzəliyev isə üçüncü yerləri tutublar. Onlara diplomlar və pul mükafatları verilib.
Yeni il ərəfəsində həyata keçirilən bu layihənin məqsədi Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına töhfə vermək və Bakı sakinlərinə bayram ovqatı yaşatmaq olub.
Müxtəlif ölkələrdə fərqli ənənələrlə qeyd edilsə də, dinindən, dilindən, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün insanlar Yeni ili eyni ümidlərlə - yeni uğurlar, xoşbəxtlik arzusu ilə qarşılayırlar. Bayramın rəmzi olan bəzədilmiş küknar ağacı isə həm də bu diləklərin ölməzliyini ifadə edir. İnsanların Yeni il ağacının dövrəsində şənlənməsi bir növ gələcəklə bağlı xoş arzulara inamın əlamətidir.
Heydər Əliyev Mərkəzi Yeni il ərəfəsində Azərbaycanın mədəniyyət və incəsənət xadimlərini, sənətsevərləri, paytaxt ictimaiyyətinin nümayəndələrini 18 qeyri-adi küknar ağacının ətrafında toplayıb. Mərkəzin parkında quraşdırılmış bu nadir, fərqli tərtibatlı Yeni il küknar ağacları 18 heykəltəraş və rəssamın (onların arasında tanınmış sənətkarlarla yanaşı, gənclər də vardır) əsərləridir.
İki aya yaxın davam etmiş incəsənət müsabiqəsində rəssam və heykəltəraşların eskizləri əsasında hər birinin hündürlüyü 3 metrdən çox olan qeyri-adi formalı küknar ağacları hazırlanıb. Soyuğa və istiyə davamlı müxtəlif materiallardan hazırlanmış bu ağaclar rəssamlar tərəfindən dizayn edilərək bəzədilib.
Müsabiqənin qalibləri Heydər Əliyev Mərkəzinin parkında təşkil olunmuş mərasim iştirakçılarının səsverməsi əsasında müəyyənləşdirilib.
“Küknar” Beynəlxalq incəsənət sərgisi 2014-cü il martın 1-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35
Mədəniyyət
29 İyun 14:08

