Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Bakıda “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasının bağlanış mərasimi keçirilib

Bakıda “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasının bağlanış mərasimi keçirilib

21.12.2013 [09:17]

Xəbər verdiyimiz kimi, paytaxtdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaxınlığında quraşdırılmış balaca taxta evlərdə Azərbaycanın aparıcı və dəbli “Nargis” jurnalının təşkilatçılığı ilə “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkası təşkil edilib.
AzərTAc xəbər verir ki, dekabrın 20-də yarmarkanın təntənəli bağlanış mərasimi keçirilib.
Məlumat verilib ki, yarmarkadan əldə olunan vəsait 3 nömrəli lal-kar uşaqlar üçün internat məktəbinin hesabına köçürüləcək. Sonra uşaqlar səhnəyə dəvət edilib və tədbir iştirakçıları dəstək əlaməti olaraq onları alqışlayıblar.
Mərasimin qonaqları lotereyada iştirak edərək “Nargis” jurnalının tərəfdaşları tərəfindən müxtəlif hədiyyələr əldə ediblər. Lotereyada üç əsas hədiyyə isə tanınmış müğənni Emin Ağalarovun konsertinə iki bilet, “Nargis” jurnalının iPhone 5s mobil telefonu və “Pasha Travel”dən Dubaydakı beşulduzlu otellərin birinə bilet oynanılıb.
Sözügedən hədiyyələri müvafiq olaraq səhnəyə dəvət edilən tanınmış müğənni Emin Ağalarov, “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova, həmçinin gecənin Rusiyadan olan xüsusi qonağı, www.buro247.ru kimi tanınmış dəbli saytın yaradıcısı, eləcə də bu saytın Azərbaycan versiyasının açılışı ərəfəsində paytaxtımızda olan Miroslava Duma təqdim edib və ürək sözlərini deyiblər. Rusiyalı qonaq Azərbaycanın ən gözəl, dəbli, mədəni ölkə olduğunu vurğulayıb. Bildirib ki, bu gözəlliyi yalnız gəlib görmək lazımdır. Siz ölkənizlə fəxr etməlisiniz.
Daha sonra 3 nömrəli internatda tərbiyə alan uşaqların əl işləri hərraca çıxarılıb və satılıb.
Sonda atəşfəşanlıq olub, mərasim iştirakçıları əsl bayram əhval-ruhiyyəsi yaşayıblar.
Yarmarkaya gələn şəhər sakinləri və qonaqlar bayram ab-havasından zövq alıb, Jan Atelier, Lilak, Carrousel, Ali&Nino və digər brendlərdən hədiyyələrini əldə edib, Yeni il qabağı əsl sürprizlə qarşılaşıblar.
Buraya gələnləri suvenirlərin əldə olunması və ləziz yeməklərdən əlavə, Azərbaycanın tanınmış yazıçılarının avtoqraf-sessiyası, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr və əlbəttə, Şaxta baba ilə Qar qız da qarşılayıblar. Qonaqlar hər gün Yeni il hitlərindən həzz alıb, isti şokolad içmiş və “Nargis” jurnalının tərəfdaşları tərəfindən təşkil olunan əyləncələrə qoşulublar.
“Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasının baş sponsoru “Bank Technique”dir.

Paylaş:
Baxılıb: 1636 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30