XI Bakı Beynəlxalq Caz Festivalı öz işinə başlayıb
25.10.2013 [11:44]
Azərbaycanda caz mədəniyyətinin inkişaf tarixinin çox dərin kökləri var. Təsadüfi deyil ki, məhz bizim milli musiqimizin zəngin mədəni irsi sayəsində, ötən əsrin 50-70-ci illərində Azərbaycan Dövlət Konservatoriyasında çalışan müəllim heyətinin yüksək peşəkarlığı nəticəsində Tofiq Quliyev, Vaqif Mustafazədə, Rafiq Babayev və diğər caz bəstəkarlarının və caz musiqiçilərinin peşəkar inkişafı üçün yaxşı mühit yaranmışdı.
Bu musiqiçilərin hər biri caz sahəsində yüksək peşəkar erudisiyaya malik olduğları üçün ayrı-ayrı kollektivlər yaratmış, caza səmimi sevgi hissi ilə yanaşan musiqiçiləri həmin kollektivlərə cəlb edə bilmişdi.
Planetimizin digər yarımkürəsində səpilmiş caz toxumları bizdə də cücərmişdir. Burada o, yeni dəyərlər, sinfi cizgilər kəsb etmişdir. Düzdür, ötən əsrdə olduğu kimi, bu gün də caz musiqisi bəziləri tərəfindən çox böyük təşəbbüskarlıqla qarşılandığı halda, başqaları onu hələ də qəbul etmir. Amma hər halda müasir dövrdə, xüsusən, gənclər arasında incəsənətin bu növünün tərəfdarlarının sayı sürətlə artmaqdadır.
Azərbaycan cazının tarixi
Belə hesab edilir ki, Azərbaycan cazının bünövrəsi ötən əsrin 30-cu illərinin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət cazı” adı ilə tanınan Dövlət estrada Orkestri tərəfindən qoyulub. Ansamblın ilk tərkibi 3 trombon, eyni sayda truba, 5 saksafon, royal, gitara və zərb alətlərindən ibarət idi. Orkestrin ilk konsert proqramına klassik cazla eyni səviyyədə Niyazinin və Tofiq Quliyevin pyesləri də daxil idi.
1945-ci ildə, Böyük Vətən Müharibəsi qurtarandan sonra “Dövlət cazı”nın rəhbəri Rauf Hacıyev təyin olunur. Amma 50-60-cı illərdə SSRİ - nin Qərb əleyhinə yönəlmiş təbliğat maşını ölkədə bu musiqi janrının inkişafına güclü ziyan vurdu. Ancaq bütün bu qadağalara baxmayaraq, caz musiqisinin fanatları bir yerə toplaşır, Qərb radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri musiqi parçalarını müstəqil surətdə ifa etməyə cəhd edirdilər.
60-cı illərdə Qara Qarayev, Niyazi, Rauf Hacıyev və Tofiq Quliyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada, həmçinin, caz musiqisinin ikinci həyatı başlanır; “Qaya” kvarteti yaranır və nəhayət Vaqif Mustafazadə dövrü başlanır. Vaqif Mustafazadə Şərq muğamını Qərb dinləyicisi üçün anlaşılan dildə - yəni caz dilində təqdim edib, yurdunun dinləyiciləri üçün isə cazı doğma muğam dilində səsləndirirdi. Məşhur caz tənqidçisi, amerikalı Velis Konover deyirdi: “Vaqif Mustafazadə ekstra ifaçıdır. O, dinlədiyim lirik caz ifaçıları arasında ən gözəl ifaçıdır”.
İmprovizasiyanın azad xüsusiyyəti muğamla caz əlaqələrinin əsas hissəsinə çevrilmişdi. Vaqif Mustafazadə bunu çox gözəl dərk edirdi və 60-cı illərin əvvəllərində musiqidə yeni axın - caz-muğam axınını yaradır. Ancaq, necə deyərlər, böyük caz, böyük qurbanlar tələb edir. Bir çox başqa dünyaşöhrətli ifaçılar kimi o da həyatdan tez köçür, Azərbaycan xalqına isə öz “vərəsəsi”, qızı Əzizəni yadigar qoyur.
Azərbaycan cazı bu gün
Azərbaycan cazı unudulmamış əfsanədir. Cazın görkəmli nümayəndələrindən biri Rain Sultanov demişkən, “caz var, amma olduqca az...”. Rainin doğma qardaşı Rauf Sultanov uzun müddət müxtəlif caz orkestri və qruplarının tərkibində Bakı və Moskva şəhərlərində çıxışlar edib. Rain kimi Rauf Sultanov da müxtəlif caz festivallarında iştirak edib, bir çox qastrol səfərlərində olub, hazırda isə “Azteleradio”nun caz orkestrinin tərkibində çıxış edir. Hazırda Salman Qəmbərovun rəhbərliyi altında “Bakustik caz” qrupu da mövcuddur. Əfsuslar olsun ki, yetişməkdə olan nəslin caz sahəsində heç bir istedadının olmaması kimi rəylər də mövcuddur. Amma bütün bunlara baxmayaraq, Azərbaycan cazı dünyanın hər yerində yüksək qiymətləndirilir. Rain Sultanov və digər aparıcı musiqiçilərimiz də bununla razıdır. Onlar əmindirlər ki, Azərbaycan cazının ənənələri yaşayır və bu musiqiyə laqeyd olmayan insanların köməyi ilə də davam etdiriləcək.
Bakı Beynəlxalq Caz Festivalı
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Bakı Beynəlxalq Caz Festivalı 2002-ci ildən etibarən hər ilin oktyabr ayında Bakı şəhərində keçirilir. Festivalda həm xarici, həm də yerli caz ulduzları iştirak edir. Festivalı Azərbaycan respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu təşkil edir. Tədbir çərçivəsində musiqiçilər Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Respublika Sarayı və eləcə də, Caz Mərkəzində konsert proqramları ilə çıxış edirlər.
XI Bakı Beynəlxalq Caz Festivalı Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə öz işinə başlayıb. Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Beynəlxalq Muğam Mərkəzində keçirilən mərasimi telejurnalist Rahib Azəri açıb. O bildirib ki, festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam və Bakı Caz mərkəzləri, eləcə də, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünyaşöhrətli musiqiçilər - Kenny Garrett, Avishai Cohen, Marcus Miller, Bob James, David Sanborn və başqalarının çıxışları gözlənilir.
Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və digər istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.
Festivalın açılış mərasiminə Fransanın görkəmli aktyoru Jerard Depardye də qatılıb.
Festivalın ilk günündə səhnəyə tanınmış kaliforniyalı saksofonçu Joshua Redman-ın kvarteti çıxıb. Kvartetə Aaron Goldberg (piano), Reuben Rogers (kontrabas), Gregory Hutchinson (zərb alətləri) daxildir. Kvartet yeni caz kompozisiyaları və Joshua Redman-ın bu ansambl üçün yazdığı klassik caz bəstələrini, eləcə də, onun 2013-cü ildə buraxılmış “Walking Shadows” adlı balladasayağı lirik musiqi albomundan seçilmiş əsərləri ifa edib.
Qrupun təqdim etdiyi caz kompozisiyalar alqışlarla qarşılanıb.
Qeyd edək ki, festival noyabrın 2-dək davam edəcək.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24

