İnkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin təcəssümü - Möminə xatun türbəsi
24.05.2025 [11:14]
Bu günlərdə Prezident İlham Əliyev tarixi irs nümunələrimizlə bağlı daha bir mühüm sənəd imzalayıb. Söhbət dövlətimizin başçısının imzaladığı “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncamdan gedir. Sərəncama əsasən, Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 (bir) milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Tarixi irs nümunələrinə həssas yanaşma
Azərbaycan xalqının yüz illiklər boyunca keçdiyi yol tarixi irs nümunələrində öz əksini tapıb. Bu irs nümunələri keçmişimizlə bu günümüz arasında körpü rolunu oynayır və milli vəhdətimizi təmin edir. Bir sıra xalqlar özləri barəsində qondarma tarixlər yaradırlar. Azərbaycan xalqının isə öz keçmişi ilə bağlı miflər uydurmasına heç bir lüzum yoxdur. Ökəmizin ərazisində olan çoxlu sayda tarixi mədəni-dini irs nümunələri xalqımızın milli kimliyini, bu yerlərin aborogen etnosu olduğunu əyani şəkildə təsdiqləyir. Buna görə də tarixi irs nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsi son dərəcə vacibdir. Hazırda respublika ərazisində 27 dövlət, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir ki, bu da tarixi irs nümunələrimizin zənginliyini əyani şəkildə təsdiqləyir.
Azərbaycan dövləti ölkə ərazisində olan tarixi mədəni-dini irs nümunələrinin qorunmasına son dərəcə həssas münasibət sərgiləyir. Bu siyasətin əsası böyük siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Onun təşəbbüsü ilə qəbul edilmiş 1998-ci il 10 aprel tarixli “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə hüquqi bazanın formalaşmasını təmin edib.
Sonrakı mərhələdə isə tarixi irs nümunələrinə davamlı və məqsədyönlü qayğı siyasəti Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində eyni ardıcıllıqla davam etdirilib. Belə ki, dövlətimizin başçısı müxtəlif illərdə tarixi irs nümunələrinin qorunması və bərpası ilə bağlı çoxlu sayda sənədlər imzalayıb. Bu sırada “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nı xüsusi qeyd edə bilərik. Tarixi irs nümunələrinin qorunmasında, bərpasında və təbliğində institusional strukturların yaradılması da mühüm əhəmiyyətə malikdir. O cümlədən Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması, həmçinin Xidmətin regional strukturlarının formalaşdırılması bu istiqamətdə yeni bir başlanğıc olmuşdur.
Tarixi mədəni-dini irs nümunələrinin qorunmasında, həmçinin Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fondun rəhbəri Mehriban xanım Əliyevanın ardıcıl səyləri sayəsində bir sıra tarixi-mədəni irs nümunələrimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Fond tərəfindən ölkə ərazisində çoxlu sayda tarixi mədəni-dini abidələrin bərpası layihələri uğurla tamamlanıb. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə belə layihələr həmçinin postmüharibə mərhələsində azad Qarabağda da həyata keçirilir.
Dünya əhəmiyyətli mədəni irs nümunəsi
Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanda zaman-zaman zəngin mədəniyyətimizin mühüm bir qolu formalaşıb. Burada bu gün də öz əhəmiyyətini qoruyub saxlayan nadir tarixi mədəni-dini abidələr yaradılıb. Bu sırada Yusif Küseyir oğlu türbəsi, Əlincəqala, Qarabağlar Türbə Kompleksi kimi nadir irs nümunələrini qeyd edə bilərik. Ordubad rayonunun ərazisi Qədim Daş dövründən başlayaraq son orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir.
Naxçıvanın zəngin tarixi irs nümunələri sırasında Möminə xatun türbəsinin xüsusi yeri var. Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Möminə xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir. XII əsrin görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin dühası ilə yaradılmış bu nadir və monumental sənət nümunəsi öz kompozisiya həllinə, kamilliyinə və zərifliyinə görə bütövlükdə İslam aləminin şah əsərləri sırasında fəxri yer tutur. Sərəncamda vurğulandığı kimi, misilsiz gözəlliyə malik türbə Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür. Möminə xatun türbəsi xalqımızın milli sərvəti kimi dövlət səviyyəsində mühafizə olunan dünya əhəmiyyətli mədəni irs nümunələri siyahısına salınıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

