Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Aleksandr Faymon: Təbiət qoynunda konsert vermək musiqiçiyə unudulmaz hisslər yaşadır

Aleksandr Faymon: Təbiət qoynunda konsert vermək musiqiçiyə unudulmaz hisslər yaşadır

02.08.2013 [09:53]

Qəbələ gözəl şəhərdir və təbiət qoynunda konsert vermək musiqiçiyə sözlə ifadəsi mümkün olmayan unudulmaz hisslər yaşadır.
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Yerusəlim Simfonik Orkestrinin üzvü Aleksandr Faymon AzərTAc-a müsahibəsində deyib.
Festivalda iştirakından məmnunluğunu dilə gətirən Aleksandr Faymon proqrama uyğun olaraq orkestrin bir neçə konsertlə çıxış etdiyini, Avropa bəstəkarlarının əsərlərinin səsləndirildiyini bildirib.
Qonaq çox gənc olan bu festivalın tamaşaçı auditoriyasının klassik musiqiyə böyük həvəs göstərdiyini xüsusilə vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan durmadan inkişaf edən ölkədir: “Ölkənizdə belə füsunkar məkanın olduğunu bilmirdim. Mən 14 il əvvəl Azərbaycanda olmuşdum. Qəbələyə isə ilk gəlişimdir. Təklif olarsa, yenə də böyük məmnuniyyətlə ölkənizə gəlmək istəyərəm. Buranın insanları çox səmimi və qonaqpərvərdirlər. Festivalda sizin musiqiçilərlə tanış oldum, yeni dostlar qazandım. Bu möhtəşəm sənət bayramının təşkilatçılığı yüksək səviyyədədir. Bizə daim böyük qayğı göstərirlər. Hesab edirəm ki, tamaşaçılar ifamızdan razı qaldılar. Bu, çox vacibdir. Belə gözəl təbiətin qoynunda təşkil edilən möhtəşəm festivala görə Heydər Əliyev Fonduna təşəkkür etmək lazımdır”.

Paylaş:
Baxılıb: 1682 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30