Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açılıb
11.12.2024 [17:56]
Dekabrın 11-də Milli Kitabxanada TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Respublikası və digər ölkələrin milli kitabxana direktorlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisinin açılışı və elektron məlumat bazasının təqdimatı keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Milli Kitabxananın direktoru professor Kərim Tahirov bildirib ki, müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin vəfatından 21 il ötür. Ulu Öndərin Vətən qarşısında xidmətlərindən və Azərbaycana layiqincə rəhbərlik etməsindən danışan direktor onun Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət və qayğısını qeyd edib. Vurğulayıb ki, Ulu Öndər 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya gələrək kitabxananın problemləri ilə maraqlanıb və böyük çətinliklər dövrünü yaşayan kitabxananın fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırıb.
İlk gəlişində Ümummilli Liderin kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə etdiyini söyləyən direktor bildirib ki, bu gün həmin kitablar, habelə kitabxanada olarkən etdiyi çıxışların lent yazıları oxuculara təqdim olunur.
O vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi, Müzəffər Azərbaycan Ordusunun iştirakı ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunub və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib.
Kərim Tahirov deyib ki, müstəqil Azərbaycan dövləti durduqca, yaşadıqca Ulu Öndərin əziz xatirəsi daim xatırlanacaq, heç vaxt unudulmayacaq.
Qazaxıstan Milli Kitabxanasının direktoru Bakitjamal Ospanova Ulu Öndərin nəinki Azərbaycan xalqının, bütün Türk dünyasının ictimai-siyasi xadimi olduğunu, məhz onun uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutduğunu söyləyib. O, Qazaxıstan Milli Kitabxanasında zəngin Azərbaycan fondunun olduğunu və hər il Ulu Öndərin doğum və xatirə gününə həsr edilmiş sərgilərin hazırlandığını diqqətə çatdırıb.
Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının xilaskar, qurucu, yaradıcı lideri olduğunu bildirib, bu gün sərgidə onunla bağlı nümayiş edilən demək olar ki, bütün kitabların Özbəkistan Milli Kitabxanasında da olduğunu diqqətə çatdırıb.
Qırğızıstan Milli Kitabxanasının direktoru Aynura Askarova, Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət Mərkəzinin direktoru Ceyhan Özyıldız, Qazaxıstan Akademik Milli Kitabxanasının direktoru Qaziza Nurqaliyeva, Türkiyə Milli Kitabxanasının şöbə müdiri Filiz Berna Gültəkin çıxış edərək Ümummilli Lider Heydər Əliyevin öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə müstəqil Azərbaycan dövlətini qurduğunu, bütün Türk dünyasında özünəməxsus yeri olan böyük rəhbər kimi ölməzlik qazandığını vurğulayıblar.
Tədbirin davamında “Ümummilli lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı olub. Qeyd edək ki, “Ana səhifə”, “Rəsmi sənədlər”, “Heydər Əliyev – Əbədiyaşar şəxsiyyət”, “Haqqında nəşrlər”, “Heydər Əliyev Milli Kitabxanada”, “Heydər Əliyev dünya kitabxanalarında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” adlı bölmələrdən ibarət olan elektron məlumat bazasında materiallar tam mətnləri ilə 3 dildə nümayiş olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/H.Aliyev/index.html linkindən istifadə edə bilərlər.
Daha sonra tədbir iştirakçıları təşkil olunmuş sərgiyə baxıblar. Sərgidə kitabxananın fondlarında qorunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

