Kübarlıq və yüksək mədəniyyət nümunəsi...
06.06.2024 [11:15]
Xuraman Qasımovanın doğum günüdür
Hər zaman xoş xatirələr şirin olur. Xatırlayanda insanın əhvalı dəyişir, bəzən köks ötürürsən, bəzən də dodaqların qaçır və çöhrənə təbəssüm qonur. Onun da xoşbəxt anları çox olub və bu anları xatırlayanda gülür, gözləri parıldayır...
Sənətdə ilk böyük mükafatını 1977-ci ildə ifaçıların 5-ci Cənubi Qafqaz müsabiqəsində qazanmışdı. Musiqi mədəniyyətimizdə, akademik vokalın təbliğ və populyarlaşmasında, onun əvəzsiz rolu olub. Xuraman Qasımova bu gün istər yüksək peşəkarlıq və istedada malik opera ifaçısı, istərsə də Azərbaycan xanımının incəliklərini bütünlükdə həyat tərzinə çevirən mükəmməl bir nümunə kimi yetişən ifaçı nəsli üçün əsl məktəbdir.
Ən gözəl alət insanın səsidir...
Özü ilə bağlı xatirələrini bölüşərkən ailəsində biliyə tərbiyəyə, mədəniyyətə çox böyük önəm verilirdiyini deyir: “Böyük qardaşım, bacım və mən, yəni üçümüz də musiqi ilə məşğul olurduq, müxtəlif dərnəklərə gedirdik. Qardaşımız bizdən daha istedadlı idi, lakin o, sonralar elm yolunu seçdi. Fiziologiya ilə məşğul olmağa başladı, Moskvaya köçdü. Bacım isə rəsmlə məşğul olur, şeir yazırdı. 16 yaşına qədər skripka çalırdı. Gözəl səsi var idi. Allah ona bunu böyük töhfə kimi vermişdi. Skripka da gözəl alətdir, amma ən gözəl alət insanın səsidir. O da oxumağı seçdi. Mən gah xor, gah rəqs, gah baletdə özümü sınayırdım. Uğurlu bir gənc idim. Məqsədim var idi, başqalarından seçilməliydim. İndi hamı oxumaq istəyir. Amma çox adam düşünmür ki, bunu bacarır ya yox? Mən bacarmasaydım, bu sənətin dalınca getməzdim...”.
Valideynlərim şərt qoydu ki...
10-dan yuxarı filmə çəkilib. Ən çox xoşladığı rolu isə “Liftçi qız” filmindəki roludur. Xalq artisti bu filmə çəkilən zaman yaşının az olduğunu deyirdi: “O vaxtı filmlər üçün yeni simalar lazım idi. Mən də məktəbdə oxuyurdum. “Liftçi qız” filmi üçün məni məktəbdən seçdilər. Arıq, uzun boylu gənc qız axtarırdılar. Mən 6-cı sinifdə oxuyurdum, amma qəhrəmanım 17 yaşında olan gənc bir qız idi. Təsəvvür etmirdim ki, bu rol üçün məni təsdiqləyəcəklər. Foto və video sınaqlardan sonra məni rejissor Həsən Seyidbəyli seçdi. Artıq 2-ci filmə dəvət gələndə valideynlərim şərt qoydu ki, dərslərinə mane olacaqsa, çəkilmə! Təkcə dərs yox, obrazın mürəkkəbliyi də məni yorurdu. Söhbət “Mən ki, gözəl deyildim” filmindən gedir. Bu filmdə də mənim qəhrəmanım yaşca məndən böyük idi. Çətin idi, biz Bakıdan ayrılmaq məcburiyyətində qalırdıq. Film Gəncədə çəkilirdi, əksər səhnələr orda idi. 3-4 ay Gəncədə olduq. Gəncəyə çəkilişə anamla gəlmişdim, hətta anam dərslərimdən geri qalmamaq üçün məni Gəncədə məktəbə də yazdırmışdı...”
Səhnədən uzaqlaşsa da, sənətdən hələ də uzaqlaşmayıb. Uzun illərdir ki, Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışır. Yetişdirdiyi tələbələrin səsi dünyanın böyük səhnələrindən gəlir. Onlar solo konsertlər verir və ölkəmizi xarici ölkələrdə layiqincə təmsil edirlər...
Opera və Balet Teatrı ikinci evim idi...
X.Qasımova onu Opera və Balet Teatrından təqaüdə vaxtsız çıxardıqlarını söyləyir: “Bir adam soruşmadı ki, görəsən, nə baş verib ki, bu adamı təqaüdə çıxarmısız? Niyə o cür çətin əsərləri ifa edən sənətçi Opera və Balet Teatrının səhnəsində görünməməlidir?! Niyə səhnəni atıb pedaqoji fəaliyyətlə məşğul olur? Sənətkarın səsi itənə qədər səhnədə olmalı, ifa etməlidir. Mən səhnədən uzaqlaşanda cavan qız idim. Filmlərdə də çəkilmişəm. Kiminsə məndən xoşu gəlmirsə, mən teatrı tərk etməli idim?! Siz məni sevmirsinizsə, mənim evimə gəlməyin, mən də sizin evinizə gəlmərəm! Opera və Balet Teatrı mənim ikinci evim sayılırdı, mən oradan öz xoşumla heç vaxt üz döndərib getməzdim!...”.
Əlbəttə, Xuraman xanımın Opera və Balet teatrından uzaqlaşmasını mədəniyyətimizə bir zərbə kimi də dəyərləndirmək olar. Yüksək mədəniyyət, kübarlıq onun varlığına hakim olan keyfiyyətlərdəndir. Xanımlara xas olan davranışı onu daha da ecazkar göstərir. O qədər gözəl xüsusiyyətlərə malikdir ki, bəlkə də özü hiss etmədən Azərbaycan mədəniyyətində bir dəyərə çevrilib.
“Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli xalq artisti Xuraman Qasımova bir dəyərdir. Çünki adı Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılıb. Bu gün xalq artistinin doğum günüdür. İllər ötəcək, zaman dəyişəcək, amma Xuraman xanımın adı səhnədə həmişə yaşayacaq...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49

