Threads: “İplər” kimin əlindədir?
08.07.2023 [12:00]
Yeni sosial şəbəkədə rekord göstərici
İnternetin nəhəng məlumat bazası hər saniyə yeni informasiya ilə zənginləşir. İnternet genişləndikcə sosial şəbəkələr yaranır ki, bu şəbəkələr vasitəsilə dünyanın istənilən nöqtəsində yaşayan insanlarla virtual ünsiyyət qurmaq, məktublaşmaq, online keçirilən müxtəlif forumlarda iştirak etmək, gündəlik hadisələr haqqında operativ məlumatlar almaq mümkündür.
Dünyada sosial şəbəkə istifadəçi sayı 2022-ci il hesablamalarıına görə “Facebook” 2,91 milyard sayla ilk pillədə yer alıb. “Facebook”dan sonrakı pillələrdə isə 2,56 milyard istifadəçi sayı ilə “Youtube”, 2 milyard ilə “WhatsApp”, 1,47 milyard ilə “İnstagram” ön sıralarda yerini alıb.
İki gün öncə insanların istifadəsinə verilən “Threads” sosial şəbəkəsi rekord göstəriciyə çatdı. Belə ki, “Meta” şirkəti tərəfindən yaradılan “Threads” platforması 7 saat ərzində 30 milyon istifadəçi toplaya bilib. Bu barədə “Meta” şirkətinin rəhbəri Mark Zukerberq paylaşım edib. Mark Zukerberq 11 ildən sonra ilk tvitini dərc edib. Bu, “Threads” sosial şəbəkəsinin istifadəyə verilməsindən bir neçə saat sonra baş verib. Onun paylaşımından sonra “Threads” sürətlə izləyicilərin diqqətini cəlb edib. yeni platformada mətn məzmununu paylaşmaq və ictimai çatlarda iştirak etmək olur. “Threads” 100 ölkədə mövcud olsa da, Avropa Birliyi ölkələrində hələ də aktiv deyil. Buna səbəb AB-nin nizamnamələridir.
Qeyd edək ki, ingilis dilindən tərcümədə “threads” “iplər” deməkdir. “İnstagram”ın “Twitter”ə rəqib olması üçün yaradılan bu sosial şəbəkə tarixin ən sürətlə böyüyən tətbiqi olub. Bir neçə ay əvvəl isə bu başlıq “ChatGPT”ə məxsus idi. (2 ay ərzində 100 milyon istifadəçiyə çatıb).
“Semafor” portalının məlumatına əsasən tviter özünə rəqib kimi görünən “Threads” adlı yeni sosial şəbəkənin istifadəyə verilməsinə görə “Meta”nı məhkəməyə verə bilər. Məlumata görə, iyulun 6-da yeni onlayn platformanın istifadəyə verilməsindən qısa müddət sonra tviteri təmsil edən “Quinn Emanuel” şirkətinin hüquqşünası Aleks Spiro “Meta”nın rəhbəri Mark Zukerberqə məktub göndərib və orada korporasiyanı “Twitter”in əqli mülkiyyətindən istifadədə ittiham edib. Xüsusilə, Spiro, keçən il İlon Mask tərəfindən satın alındıqdan sonra şirkətin ixtisarı zamanı “Meta”nın hələ də ticarət sirri məlumatlarına çıxışı olan onlarla “Twitter” işçisini işə götürdüyünə diqqət çəkib. Məktubda: “Twiter öz əqli mülkiyyət hüquqlarını ciddi şəkildə tətbiq etmək niyyətindədir və “Meta”dan şirkətin kommersiya sirri olan hər hansı məlumatdan istifadəni dayandırmaq üçün dərhal addımlar atmasını tələb edir”, - deyə qeyd olunub.
Beləliklə, “iplər”in kimin əlində olacağını zaman göstərəcək.
Şahanə XANKİŞİYEVA
Xəbər lenti
Hamısına baxSiyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11

