Hellouin: Əyləncə, yoxsa faciə?
02.11.2022 [11:15]
“Bayram” qurban tələb edirsə...
Yeganə BAYRAMOVA
Hər il oktyabr ayının son günü xarici ölkələrin əksəriyyətində Hellouin bayramı qeyd edilir. Bu bayram ingilis dilində “Halloween”, dilimizdə isə Hellouin - “balqabaqlar bayramı” adlanır. Balqabaq Hellouinin əsas atributlarından biri hesab olunur. İnsanlar məhz bu gün balqabaqların içini oyub, içərisinə şam qoyurlar. Onlar ölmüş yaxınları ilə birlikdə dünyaya gəlmək istəyən ziyanverici ruhları qorxutmaq üçün qəribə makiyajlar edir, qorxu saçan paltarlar geyinirlər.
Balqabaqlar bayramı xristian dünyasına, hətta daha qədimdə keltlərə məxsus olsa da, son zamanlar Azərbaycanda da qeyd edilir. Hər birimizin filmlərdə görüb izlədiyimiz Hellouin əslində bizim bayramlarımıza uyğun gəlmir. Bəlkə də, bir çoxumuz bu bayramın necə yarandığını bilmirik. O zaman balqabaq bayramının bir az kökünə gedək...
Hellouin sözü “All hallows eve”, yəni “bütün müqəddəslərin axşamı” kimi tərcümə edilir. Bu bayram ilk dəfə “Allahın təbiətinə qarşı çıxan”, “fəsilləri iki yerə ayıran”, İngiltərə, İrlandiya və Fransanın şimalında özlərinə yer edən qədim kelt qəbilələrində qeyd olunub. Bayramın qeyd edildiyi 31 oktyabr tarixi hər kelt ilinin son günü hesab edilirdi. Keltlər hesab edirdilər ki, həmin gecə bu dünya ilə o dünya arasındakı qapılar açılır və ruhlar bizim aləmimizə qonaq gəlirlər. İnsanlar “ifritə”, “meyit”, “vampir” və s. qorxulu libaslar geyinib, bir növ karnaval keçirib əylənirlər.
Amma bu “əyləncələr” heç də həmişə xoşbəxt sonluqla bitmir. Hətta vaxtaşırı Hellouin “qurbanlar” da verir. Elə son günlər yaşananlar bunu sübut edir.
Belə ki, oktyabrın 29-dan etibarən bir sıra ölkələrdə keçirilmiş Hellouin bayramlarında ölən və yaralananlar olub. Cənubi Koreyanın Seul şəhərində bayram şənliyində yaşanan izdiham zamanı yaranan kütləvi izdiham nəticəsində 154 nəfər ölüb. Qeyd edək ki, oktyabrın 29-u axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi Seulun İtavon adlı ərazisində təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənlikləri zamanı kütlənin 40 metr uzunluğundakı dar, maili döngədən endiyi zaman sıxlıq yaranıb. İzdihamdakı insanlardan bir neçəsinin müvazinətini itirməsi “domino effekti” yaradaraq, digərlərinin də yıxılıb ayaqlar altında qalmasına səbəb olub. Hadisə nəticəsində ölənlərin çoxunun 20-30 yaş arası gənclər olduğu bildirilir. Bundan başqa, ölənlər arasında məktəblilər də var.
Hellouin Amerikada da faciələrə səbəb olub. Belə ki, Hellouin şənliyində atışma baş verib. Hadisə nəticəsində 14 nəfər yaralanıb.
Bu cür bayramlar, belə ənənələrin formalaşması uşaqların, yeniyetmələrin psixologiyasına hansı təsirlər göstərə bilər?
Uşaqların psixologiyasına uyğun deyil
Sualımızı cavablandıran psixoloq Gülnar Orucovanın sözlərinə görə, Hellouində hər kəsin üzünə keçirdiyi maska onun içindəki qara qüvvələrə olan münasibətini təcəssüm edir. Bu “bayram” heç də şənləndirmək, əyləndirmək, ruhu sakitləşdirmək mahiyyəti daşımır: “Mən psixoloq kimi Hellouinin qeyd olunmasının qəti əleyhinəyəm. Müraciət edən valideynlərə də Hellouini keçirməyi məsləhət görmədim. Bunun əvəzində, təklif edirəm ki, valideynlər Payız bayramına daha çox diqqət etsinlər, övladlarını buna yönləndirsinlər”.
Psixoloq qeyd edib ki, insanlar Hellouini mahiyyətinə varmadan, əslini bilmədən qeyd edirlər: “Hellouin tərəfdarlarını sorğu-suala çəksək, görərik ki, məntiqi açıqlama, bu bayramı sevməyə səbəb gətirə bilmirlər. Sadəcə, həmrəylik psixologiyasına qoşulub, “bir neçə nəfər qeyd edirsə, mən niyə kənarda qalım” fikri ilə bir-birinin bəhsinə Hellouin keçirirlər. Onlar düşünürlər ki, beləliklə, olduğundan fərqli, qeyri-adi, cəlbedici görünə biləcəklər”.
Stress, əsəb, psixi pozuntu...
Psixoloq bildirib ki, belə bayramların sürətlə yayılması uşaqlarda qorxu hissini çoxaldır: “Valideynlər bəzən şikayət edirlər ki, övladlarımız gecələr normal yatmır, yatdıqları zaman diksinirlər. Onlar bilməlidirlər ki, övladları istər televiziyada, istər?? internetdə nə qədər qorxulu personajları olan filmlər, cizgi filmləri izləyəcəksə, bu, onların psixologiyasına ciddi şəkildə təsir edəcək və onlar gecə qorxudan yata bilməyəcəklər. Çünki onların şüurları zəifdir və ənənəvi olmayan, qorxulu obrazlar, personajlar şüuraltına tez təsir göstərirlər. Məhz buna görə də, uşaqlarda ciddi psixi pozuntular, stress, əsəbilik kimi hallara tez-tez rast gəlinir. Uşaqları və yeniyetmələri dünyada olan müxtəlifliklərlə bağlı maarifləndirmək lazımdır. Onlar qorxaraq həyəcan yaşamamalı, onların həyəcanları əyləncələrinə bağlı olmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

