Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Azərbaycanda informasiya cəmiyyəti quruculuğu

Azərbaycanda informasiya cəmiyyəti quruculuğu

19.11.2013 [11:00]

“İnformasiya cəmiyyəti” anlayışı ötən əsrin 60-cı illərin əvvəllərində Yaponiyada gündəmə gəlib və yarım əsrdən çoxdur ki, bu, elmi-nəzəri tədqiqat obyektinə çevrilməkdədir. Ümumiyyətlə, informasiya cəmiyyətinin əsas fəlsəfi mənası bütün insanların informasiya, bilik tələbatını ödəməkdən, onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və düşüncələrini, istədikləri məlumatı ictimaiyyətə çatdırmaqdan ibarətdir. Onun əsas məqsədi informasiya bolluğunun yaradılması və bu prosesin köməyi ilə bir tərəfdən bəşəriyyətin qarşısında duran problemləri həll etmək, digər tərəfdən isə cəmiyyətin inkişafını təmin etməkdir. Başqa sözlə ifadə etsək, informasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur.
İnformasiya cəmiyyəti -dövlətin prioritet istiqaməti kimi
İnformasiya cəmiyyəti qurulması müstəqil Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Son illər bu sahədə həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlər informasiya texnologiyalarının cəmiyyət həyatındakı rolunu xeyli artırmışdır. Hələ 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyev İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafına dair milli strategiyanın işlənməsi haqda fərman imzalamışdı. Respublikamızda informasiya cəmiyyətinin qurulmasının əsas müddəaları həmin strategiyada öz əksini tapırdı. Bu strategiyanın qarşıya qoyduğu vəzifələr sonralar Heydər Əliyev siyasətinin davamçısı, Prezidentimiz cənab İlham Əliyev tərəfindən də qayğı ilə qarşılandı. Bunun bariz nümunəsi olaraq cənab İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra ilk xarici səfərini Cenevrəyə etdi. 9-12 dekabr tarixlərində Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirak edən bütün aparıcı dövlətlərin nümayəndələri qarşısında çıxış edən ölkə Prezidenti bəyan etdi ki, Azərbaycan dövlətinin siyasətinin əsas prioritetlərindən biri də, məhz, informasiya cəmiyyətinin qurulmasıdır. Sonrakı illərdə Azərbaycanda informasiya texnologiyalarının kütləviləşməsi, bu sahənin inkişafında nəzərəçarpacaq addımlar atıldı, dövlətin ciddi dəstək və qayğısı nəticəsində bu sahədə böyük uğurlar əldə olundu.
Ümummilli liderin qəbul etdiyi Milli Strategiyanın gerçəklənməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”) qəbul edildi və proqramın icrasına başlanıldı. Xatırladaq ki, 2005-2008-ci illər üçün “Elektron Azərbaycan” Dövlət Proqramında nəzərdə tutulan tədbirlər informasiya cəmiyyətinə keçidi təmin etmək üçün ilkin mərhələdə görüləcək işləri əhatə edirdi. Bu dövrdə İKT sektoruna xeyli investisiyalar cəlb olundu, normativ hüquqi baza inkişaf etdirildi, telekommunikasiya infrastrukturu müasirləşdirildi, ən yeni texnologiyaların tətbiqi genişləndirildi, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin kəmiyyəti və keyfiyyəti yüksəldildi.
İKT-nin inkişafı yeni mərhələyə qədəm qoyub
 Hazırda ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı yeni mərhələyə qədəm qoyub. Son zamanlar ölkəmizdə dövlət orqanları, biznes qurumları və vətəndaşların qarşılıqlı fəaliyyətində İKT-nin imkanlarından geniş şəkildə istifadə olunur. İKT sektoru neftdən sonra ölkə iqtisadiyyatında ikinci prioritet sahə hesab olunur. Təsadüfi deyil ki, İKT-nin ölkə iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğu Prezident İlham Əliyev tərəfindən də dəfələrlə bəyan edilib. Məhz bu səbəbdən də ölkə Prezidenti  2013-cü ili  “ İnformasiya –kommunikasiya texnologiyaları ili” elan etmişdir. Dövlət başçısının 28 mart 2013-cü il tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmiş və onun icrasına başlanılmışdır.
İKT-nin inkişafına görə regionda liderik
Yeri gəlmişkən, daha bir məqamı xüsusi ilə qeyd etmək lazım gəlir. Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Eyni zamanda, son illərdə məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin İKT sektoru hər üç ildə 2 dəfə artıb və son 8-10 ildə orta illik artım tempi 20-25% təşkil edib və bu artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır. Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir və dünya orta göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır. Əldə olunan nailiyyətlər beynəlxalq aləmin də diqqətindən yayınmayıb. Belə ki, «Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları – 2012» hesabatında Azərbaycan «Şəbəkələşmə hazırlığı indeksi»nə görə əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlib. Bu hesabata əsasən, ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin say çoxluğuna görə MDB-də I yerdədir.
Bundan əlavə, kosmik sənayenin inkişafı üzrə nəzərdə tutulmuş ilk telekommunikasiya peykimiz - «Azerspace-1» bu ilin fevral ayında uğurla orbitə göndərilib, 2015-ci ildə yer səthinin müşahidə peykinin, 2016-cı ildə isə ikinci telekommunikasiya peykinin orbitə çıxarılması planlaşdırılır. Bütün bunlar isə onu deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan İKT-nin inkişafı baxımdan regiondakı lider mövqeyini qoruyub saxlamaqda davam edəcəkdir.
Səlim Balayev
«Onlayn Media» ya təqdim olunur

Paylaş:
Baxılıb: 7206 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30