Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Azərbaycan və Serbiyanın Hərbi Hava qüvvələrinin komandanları görüşüb

Azərbaycan və Serbiyanın Hərbi Hava qüvvələrinin komandanları görüşüb

17.04.2025 [21:37]

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, HHQ-nin Mərkəzi Komanda Məntəqəsində keçirilən görüşdə general-leytenant N.İslamzadə onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.

Tərəflər hər iki ölkənin HHQ-si ilə bağlı görülən işlərin cari vəziyyətini təhlil edib, perspektivdə duran məsələlər ətrafında geniş müzakirələr aparıblar.

Görüş başa çatdıqdan sonra Serbiyadan olan nümayəndə heyətinə müasir standartlara uyğun qurulmuş, modern idarəetmə sistemləri ilə təchiz olunmuş komanda məntəqəsinin fəaliyyət istiqaməti və qarşıda duran məqsədləri barədə ətraflı məlumat verilib.

Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 1022 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30