Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib

Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib

13.12.2024 [20:12]

Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanı general-mayor Kənan Seyidov Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə general-mayor K.Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.

Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi və Mustafa Kamal Atatürkün məzarı önünə gül dəstəsi qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.

General-mayor K.Seyidov səfər çərçivəsində ordu generalı S.Bayraktaroğlu ilə görüşüb. Görüş zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin və birgə taktiki-xüsusi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlərdən və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

Paylaş:
Baxılıb: 898 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31