İKT-nin inkişafı...
20.07.2023 [11:23]
Yeni əsrin ən aktual çağırışı
Yeganə BAYRAMOVA
XXI əsr informasiya-kommunikasiya texnologiyaları (İKT) əsridir. Müasir texnologiyalar həyatımızın bütün sahələrinə sürətlə daxil olmaqdadır. Təsadüfi deyil ki, İKT cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə, insanların həyat tərzini əhatə edib. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.
İKT-nin tətbiqi səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur. Hazırda ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların İKT-dən səmərəli istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır. Son illər bu sahənin inkişaf etdirilməsi üçün ardıcıl addımlar atılıb, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. İnkişaf etmiş bütün ölkələrdə yeni texnologiyaların tətbiqi sahəsinin inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılır. İKT-dən səmərəli istifadə müasir dövrdə ölkələrin iqtisadi rəqabət qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan bu sahə inkişaf səviyyəsinə görə bir çox ölkələrdən fərqlənir.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, İKT-nin inkişaf etdirilməsi günün əsas tələblərindən, dövrün əsas çağırışlarından sayılır. Deputat vurğulayıb ki, Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət ayırır, sərmayə qoyur: “Azərbaycanda “Elektron Hökumət” layihəsi uğurla həyata keçirilir. Vətəndaşların rahatlığını təmin edə bilmək, zamana qənaət, bütün prosesləri mərkəzi anbarda toplaya bilmək, bütün bunları arxivləşdirmək üçün “Elektron Hökumət” xidmətləri yaradılıb. ASAN Xidmət, Dost Mərkəzləri bu missiyanı uğurla yerinə yetirir. Vətəndaşların prosesləri daha rahat, çevik həll edə bilmələri üçün elektron sistemlər, demək olar, bütün dövlət strukturlarında tətbiq edilir. Hətta elektron sənəd dövriyyəsi də dövlət müəssisələri arasında tətbiq edilməkdədir. Elektron xidmətlərin sayı gündən-günə artır. Bu da vətəndaşların dövlət xidmətlərindən daha rahat istifadə etmələrini təmin edir. Bütün bunlarla yanaşı, bank xidmətləri də artıq elektron qaydada təşkil edilib. Bu da insanların rahatlığına əsas şərait yaradan amillərdəndir”.
N.Həmzəyev qeyd edib ki, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir: “Yeni biliklərə malik, müasir tələblərə cavan verən kadrlar hazırlanır, rəqabətəqabiliyyətliliyi artırmaq üçün mütəmadi işlər görülür, layihələr həyata keçirilir. İnternetdən istifadə ilə bağlı statistika ildən-ilə artır, keyfiyyət göstəriciləri dəyişir. Artıq genişzolaqlı, fiber-optik şəbəkə formalaşdırılıb. Əksər şəhərlərdə internetə daha sürətli çıxış təmin olunub. Rayon və kənd yerlərində də bu cür xidmətlərin təmin edilməsi ilə bağlı işlər həyata keçirilir. İnanıram ki, görülən tədbirlər effektini verəcək və ölkəmizdə internetin daha sürətli olması, əlçatanlığı, sürətli internetə çıxışın miqyası böyüyəcək. Təəssüf ki, bəzi hallarda bir sıra regionlarda bunu müşahidə etmək olmur, bu xidmət hər yerə çatdırıla bilmir. Düşünürəm, Azərbaycan hökuməti bununla bağlı işlər aparır. Aidiyyəti qurumlar daha müasir internet zolağının formalaşdırılması, vətəndaşların ucuz, sürətli internetə əlçatanlığını təmin edilməsi barədə pilot layihələr həyata keçirirlər. İstənilən halda biz Azərbaycanda informasiya texnologiyaları sahəsində görülmüş işləri müsbət dəyərləndiririk. İnanırıq ki, Azərbaycan digər inkişaf etmiş dövlətlərlə rəqabətdə irəli sıralarda olacaq, regionda İKT-nin tətbiqi, vətəndaşların İKT-yə çıxışının əlçatanlığı ilə əlaqədar reytinqlərdə öz yerini daha da möhkəmləndirə biləcək”.
Bəli, inkişafın ən mühüm amili elm, təhsil və müasir biliklərdir. İKT də daxil olmaqla, müasir texnologiyalardan bilik və informasiyanın ötürülməsi üçün istifadə olunması qlobal səviyyədə də inkişafın əsas şərtlərindən sayılır. Dövlətimiz “qara qızıl”ın insan kapitalına çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlər həyata keçirir. Görülən işlər isə deməyə əsas verir ki, yaxın illərdə İKT sahəsində regional mərkəzə çevriləcək, Qərblə Şərq arasında informasiya axınını da təmin edəcəyik.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

