Sağlamlığımızın qorunması üçün...
28.01.2023 [11:27]
Təbiətdə baş verənlərə biganə qalmamalıyıq
N.Dilqəmli
Sağlam və gümrah qalmaq üçün gündəlik həyatda riayətedilməli olan bir çox önəmli məqam var. Qatqısız, sağlıqlıqidalardan istifadə, açıq havada hər gün yerimək və bu kimi birçox digər əhəmiyyətli məsələlərə diqqət yetirmək gələcəkdəgözlənilən xəstəlik risklərini xeyli aşağı salmağa kömək olur. Məlumdur ki, texnologiya əsri olduğundan hazırda iş yerlərindəəməliyyatlar əsasən kompüterlər vasitəsilə icra edilir. Bu datəbii ki, hərəkətsizliyə səbəb olur. Bir çox hallarda isə ağır işqrafikindən sonra yaranan yorğunluq hissi bir neçə dəqiqəlik dəolsa, təmiz havada yerimək planını arxa plana keçirir. Təəssüfdoğuran məqam bundan ibarətdir ki, analoji hal bəzən həftələrlə, hətta aylarla davam edir. Bu da təbii ki, qan dövranınınzəifləməsinə, nəticədə isə ürək-damar xəstəliklərininyaranmasına gətirib çıxarır.
Qeyd edilən məqamlar bir daha onu deməyə əsas verir ki, istər respublikanın şəhər və rayonlarında, istərsə də paytaxtdayaşayanların tez-tez oksi?enlə zəngin olan yaşıl məkanlara - bağlara, meşələrə, parklara üz tutmaları çox önəmlidir. Sağlamhəyat tərzi keçirənlər adətən yerimək üçün gündəlik normatətbiq edirlər. Elə həmin şəxslər üçün də yaşıllıqla zəngin olanərazilərdə yerimək daha faydalıdır.
Sevindirici haldır ki, ölkəmizdə ekologiya və ətraf mühitinqorunması dövlət tərəfindən xüsusi nəzarətdə saxlanılır. Müxtəlif illərdə yeni-yeni parkların salınması, ağacəkməkampaniyalarının keçirilməsi, aidiyyəti qurumların yarananproblemlərin həllində operativ, çevik olması deyilənləri bir dahatəsdiq edir. Mütəmadi olaraq ictimaiyyətə görülən işlər barədəməlumatlar verilir, maarifləndirici posterlər, videoçarxlarhazırlanır.
Maraqlıdır, ekologiya və ətraf mühitin qorunmasıistiqamətində cari ilin yanvar ayı ərzində hansı addımlar atılıb? Kiçik bir araşdırma etdikdə məlum olur ki, təkcə qeyd ediləndövr ərzində müvafiq qurumlar tərəfindən xeyli işlər görülüb. Onlardan bir neçəsinə nəzər salaq.
Zərərvericilərə qarşı tədbirlər
Son dövrlərdə respublikamızın şimal-qərb bölgəsində rastgəlinən qəhvəyi mərmər bağacığı zərərvericisinin yayılmasınınqarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər, KəndTəsərrüfatı nazirliklərinin və Azərbaycan Qida TəhlükəsizliyiAgentliyinin əməkdaşlarından ibarət qrup tərəfindənmonitorinqlər davam edir.
ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəsmisi VahidFərzəliyev bildirib ki, hazırda mütəxəssislərlə birgə Zaqatala-Balakən zonasının meşə fondu torpaqlarında və meşə sahələrinəyaxın ərazilərdə müvafiq müayinə və müşahidə işləri aparılır. Aparılan monitorinqlərin nəticəsinə uyğun olaraq zərərvericilərəqarşı müvafiq tədbirlər görülür.
Meşəbərpa tədbirləri
Növbəti meşəbərpa tədbirləri Sabirabad, Şəki, Qəbələ, Tovuz, Şamaxı və Ağcabədi rayonlarının meşə fondutorpaqlarında aparılıb.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribovbildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyininrəsmilərinin və regional meşə təsərrüfatı mərkəzlərininəməkdaşlarının iştirakı ilə gün ərzində həmin rayonların meşəfondu torpaqlarında 6 min 660 ədəd müxtəlif növ ağac tingiəkilib.
“Bu ilin ötən dövrü ərzində Şəki, Qəbələ, Quba, Tovuz, Bərdə, Şamaxı, Şabran, Ağcabədi, Sabirabad, Masallı vəLənkəran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrəksahələrində 100 mindən çox ağac tingi əkilib, 5 tondan çoxtoxum səpilib”, - deyə C.Qəribov qeyd edib.
50 minə yaxın ağac əkilib
Cəbrayılın “Dostluq Meşəsi” adlandırılan sahəsinin, ocümlədən ətrafdakı terrasların 10 hektardan artıq ərazisindəRegional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakıilə 8 min 100 ağac tingi əkilib. Meşələrin İnkişafı Xidmətininrəsmisi Cabbar Qəribov Azərbaycan və Türkiyənin birgətəşəbbüsü ilə Cəbrayıl rayonunda yaradılan “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik vəDostluq Meşəsi Kompleksi”nin “Dostluq Meşəsi” adlandırılansahəsində və ətrafdakı yamaclarda ötən ilin sonlarından etibarənağacəkmə tədbirlərinin davam etdirildiyini diqqətə çatdırıb: “Bugünədək layihə çərçivəsində “Dostluq Meşəsi”nin və ətrafdakıyamacların 54 hektardan çox sahəsində 50 minə yaxın müxtəlifnöv ağac tingi əkilib”.
Qeyd edilən tədbirlər görülən işlərin yalnız bir hissəsidir. Lakin unutmaq olmaz ki, bu işdə vətəndaşların da dövlətorqanları ilə birgə fəaliyyət göstərməsi çox vacibdir. Busəbəbdən də təbiətdə baş verənlərə biganə qalmamalıyıq.
Məqalə“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”ninmaliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrəhazırlanmışdır
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

