“Şuşa İli” Milli Dram Teatrı üçün əlamətdar hadisələrlə yadda qalıb
15.12.2022 [10:51]
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində 2022-ci ili “Şuşa İli” elan etdiyini bildirdi.
Yanvarın 5-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Bu Sərəncam bir daha ölkəmizdə milli-mədəni, tarixi irsimizin qorunması və təbliğ olunmasına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini nümayiş etdirdi. “Şuşa İli” milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr verdi.
“Şuşa İli” çərçivəsində tədbirlər planına uyğun olaraq, mədəniyyət müəssisələrində bir sıra tədbirlər təşkil edilib. Bu il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı üçün də əlamətdar olub. Mədəniyyət ocağı bu il tamaşaçılarının qarşısına Vətən müharibəsində qazandığımız tarixi qələbəyə həsr olunan “Zəfər yolu” tamaşasının premyerası ilə çıxıb.
Teatrın mətbuat katibi Cavid Zeynallının qəzetimizə verdiyi məlumata görə, məktəblilər, tələbələr və digər yaş qruplarından olan tamaşaçıların böyük maraq və alqışlarla qarşıladığı tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. O, bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəyə ərməğan olan tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Tamaşada Xalq artistləri Əli Nur, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov və başqaları çıxış ediblər.
Qeyd edək ki, Akademik Milli Dram Teatrının 4 əməkdaşı Vətən müharibəsində iştirak edib, onlardan biri qazi olub. Teatrın aktyoru, Xalq artisti Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə Şuşanın azadlığı uğrunda aparılan döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bundan başqa, Akademik Milli Dram Teatrı cari il mayın 5-9-da Türkiyədə keçirilən Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil edib. Festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə V. Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” səhnə əsəri iki dəfə Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində də nümayiş etdirilib.
Eləcə də teatr 4.4 Qısa Tamaşalar Festivalında “Küknarlara məktub” tamaşası ilə iştirak edib.
Teatrın bu il üçün son premyerası isə “Xurşidbanu Natəvan” tamaşası olub. Səhnə əsəri “Şuşa İli” və Natəvanın yubileyi münasibətilə teatrsevərlərə təqdim edilib. Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan eyniadlı yeni yaradıcılıq işinin bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır. Dövlət sifarişi ilə hazırlanan tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Əsərdə Natəvanı həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir.
İl ərzində teatrda görkəmli sənətkarlar Ağasadıq Gəraybəylinin, İsmayıl Osmanlının, İsmayıl Dağıstanlının yubiley tədbirləri də təşkil olunub.
“Şuşa İli”ndə sənət ocağının yaradıcı kollektivi azyaşlı tamaşaçıları da unutmayıb, onlar üçün bir-birindən maraqlı tamaşalar hazırlanıb.
C.Zeynallının sözlərinə görə, Akademik Milli Dram Teatrı növbəti ildə də yeni-yeni səhnə əsərləri ilə öz tamaşaçılarını sevindirəcək.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

