Cəmiyyəti dövlətlə birləşdirən qırılmaz bağlar
08.12.2022 [13:59]
İctimai maraqların müdafiəsi Azərbaycan üçün prioritetdir
Günel ABBAS
Ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi, məhz həyata keçirilən uğurlu siyasət sayəsində təmin edilir. Nəzərə alsaq ki, ictimai və dövlət maraqlarının müdafiəsi sözün əsl mənasında həyati əhəmiyyət kəsb edir, bu məsələ daim öz aktuallığını qoruyur. Bu baxımdan ictimai və dövlət maraqlarının müdafiəsi ölkəmizdə əsas vəzifələrdən biri hesab olunur. Cəmiyyəti təşkil edən fərdlərin birgə marağında olan məsələlər, ümumilikdə, çoxluğun maraqları ictimai maraqlardır və bu maraqların tanınması, təbliği və müdafiəsi hökumət tərəfindən sığortalanır, qorunur. İctimai maraqlar dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir imkanlarına malikdir və məhz bu baxımdan dövlət tərəfindən tənzimlənir və hətta müdafiə edilir. Eyni zamanda, ictimai maraqların müdafiəsini müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları hüquqi imkanlarla gerçəkləşdirə bilər.
Milli Məclisin üzvü Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan bəşəri və milli dəyərləri nəzərə alan, qoruyan və geniş miqyasda təbliğ edən ölkədir: “Bu baxımdan ictimai və milli maraqların təmin olunması ölkəmizdə prioritet məsələlərdən hesab olunur. Azərbaycan xalqının dəyərləri, insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatları ictimai və milli maraqlar məcmusudur. Azərbaycan cəmiyyəti yetkin bir cəmiyyətdir, ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edir, eləcə də bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacarır. Məhz ideal cəmiyyətin formalaşması üçün həm dövlətin mənafeyinə zərər gəlməməsi, həm ictimai maraqların təmin edilməsi, həm də ortaq maraqların müəyyənləşdirilməsi tələb olunur ki, ölkəmizdə belə bir mühitin formalaşdığının hər kəs şahididir.
Ölkə başçısı cənab Prezident İlham Əliyevin, “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri də təsdiq edir ki, Azərbaycanda dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti mövcuddur və bu siyasət Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır. Məhz bu ideologiya sayəsində də milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşür ki, bu da dövlətin suverenliyinin daha da möhkəmlənməsi deməkdir”.
Deputatın sözlərinə görə, cəmiyyətlə dövləti birləşdirən qırılmaz bağlar var və bu danılmazdır: “Əgər cəmiyyət ayrı-ayrı fərdləri özündə birləşdirərək, sonunda böyük bir toplum kimi çıxış edirsə, dövlət də bu toplumu bir araya gətirməklə bir növ, himayəçilik missiyasını öz üzərinə götürür və bu baxımdan cəmiyyət və dövlətin bir-birindən ayrı mövcud olması mümkünsüzdür. Əks halda mütərəqqi inkişafdan söhbət belə gedə bilməz və məhz mütərəqqi inkişafa ictimai maraqla dövlətin maraqlarının üst-üstə düşməsi nəticəsində nail olmaq olar.
Dövlətimizin ictimai maraqların təminatçısı rolunda çıxış etməsi ölkəmizdə təhsil, səhiyyə, gənclər, idman siyasətində də keçirilən islahatlardan aydın şəkildə görünür. Bunu eləcə də, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin verilməsi kimi ictimai maraqların təmin edilməsində də görmək mümkündür. İctimai və dövlət maraqlarının müdafiəsi müstəqil, azad, inkişaf etmiş, sabit, təhlükəsiz bir ölkədə yaşamaq deməkdir və məhz bu baxımdan da ölkə vətəndaşları, cəmiyyət üzvləri üçün böyük məna kəsb edir, əhəmiyyət daşıyır, hətta, bütün vətəndaşların mənəvi borcu sayılır. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, ictimai və dövlət maraqları hər bir cəmiyyət üçün, hər zaman mühüm, müstəsna əhəmiyyət kəsb edir. Məhz bu baxımdan da ictimai və dövlət maraqlarının müdafiəsi hər zaman, hər yerdə öz aktuallığını qoruyur. Bəli, elə buna görə də bu vəzifələr, ictimai və dövlət maraqlarının qorunması əsas vəzifələrdəndir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

