Uğurlu diaspor siyasəti nəticəsində...
06.08.2022 [11:03]
Xarici ölkələrdə yaşayan soydaşlarımızın Vətənlə əlaqələri genişlənir
Ayaz Mirzəyev: Dünyada öz Vətəninə bağlı, yurdunu, dövlətini sevən diasporlardan biri məhz Azərbaycan diasporudur
Pərviz SADAYOĞLU
Müasir Azərbaycan dövlətinin inkişafında xüsusi əhəmiyyət daşıyan çoxşaxəli və rasional dövlət siyasəti kursu milli həmrəyliyin qorunub saxlanılması, daha da gücləndirilməsi istiqamətində vahid platforma formalaşdırıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi kurs milli birliyin güclənməsi və inkişafı kontekstində strateji önəm kəsb edir. Milli həmrəyliyə xidmət edən, diasporanın vahid ideoloji platformada birləşməsinə yönəlmiş bu siyasi kurs milli-mənəvi dəyərləri qoruyub saxlamaqla yanaşı, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnir. Bu isə milli dəyərlərimizin bəşəri təbliğində müstəsna rol oynayır. Bu kontekstdə dünya azərbaycanlıları arasında aparılan işin müsbət nəticə verdiyini də söyləyə bilərik. Eyni zamanda, xarici ölkələrdəki diasporumuzun, Azərbaycan mədəniyyət mərkəzlərinin uğurlu fəaliyyəti, öz növbəsində ölkəmizin beynəlxalq səviyyədə təbliğinə də yaxından köməklik göstərir. Avqustun 2-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada açılış mərasimi baş tutmuş Diaspor Gənclərinin III Yay Düşərgəsi də bunun əyani süb?tudur. Belə ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın məhz yaşadıqları ölkədə dünyaya gələn övladlarının, gənclərimizin müstəqil və milli-ideoloji konsepsiya çərçivəsində fəaliyyət göstərməsinə, yetişməsinə böyük ehtiyac duyulur. Bu kimi addımlar isə xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də yüksək qiymətləndirilir. Vurğulayaq ki, əlli ölkədən 115 gəncin qatıldığı Diaspor Gənclərinin III Yay Düşərgəsi bir neçə ay əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının məntiqi davamıdır. Bu iki mühüm tədbirin Şuşa şəhərində təşkil edilməsi isə Azərbaycan diaspor tarixinin əlamətdar hadisələrindən biri kimi dəyərləndirilir.
Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə baş tutub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir. Avqustun 2-dən 8-dək davam edən düşərgə müddətində gənclər tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanı əldə edirlər. Proqram çərçivəsində gənclər Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanış olur, müqəddəs məkanları ziyarət edir, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşürlər.
Qloballaşan dünyada dövlətlərin xarici siyasət və diplomatiya sahəsində qazandığı nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür. Azərbaycan dövləti də məhz bu reallıqdan çıxış edərək xarici ölkələrdə yaşayan soydaşlarımızın Ana Vətənlə əlaqələrini genişləndirmək, onların milli-mənəvi birliyinə nail olmaq üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir. Son illərdə diaspor quruculuğu sahəsində gerçəkləşdirilən vahid dövlət siyasətinin prioritet məqsədi də eyni zamanda xaricdə yaşayan soydaşlarımızda milli özünüdərki gücləndirmək və onları milli mənafelər naminə səfərbər etməkdir.
Məsələ ilə bağlı fikirlərini bölüşən “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev son illərdə xaricdə yaşayan azərbaycanlıların milli maraqlarımızın qorunması istiqamətində olduqca yüksək fəallıq nümayiş etdirdiyini bildirib. Onun fikrincə, milli diasporumuzun bu fəallığı, ümumiyyətlə formalaşması son 20 il ərzində görülən işlərin məntiqi nəticəsidir: “Mən bir faktı qeyd etmək istəyirəm ki, dünyada öz Vətəninə bağlı, yurdunu, dövlətini sevən diasporlardan biri məhz Azərbaycan diasporudur. 2020-ci il Vətən müharibəsi və post-müharibə dövründə diasporumuzun fəaliyyəti xüsusi vurğulanmalıdır. Bu mənada ki, artıq ölkəmizə qarşı aparılmasına cəhd göstərilən “qara piar” kampaniyalarının qarşısı həm də diasporumuz tərəfindən alınır. Son illərdə atılan uğurlu addımlar xaricdə yaşayan soydaşlarımızın fəaliyyətində aparıcı rola malikdir. Xaricdə yaşayan soydaşlarımız ölkəmizlə bağlı həqiqətləri, dövlətimizin inkişafını, Dağlıq Qarabağ məsələsi ilə bağlı 30 ilə yaxın uğradığımız ədalətsizlikləri dünyaya çatdırırlar. Bu gün Şuşada ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görən gənclərimizin sosial şəbəkələrdəki aktivliyinin, təbliğatlarının, digər dövlətlərin rəhbər şəxsləri qarşısında Azərbaycanla bağlı həqiqəti əks etdirən məsələləri qaldırması çox əhəmiyyətlidir. Bunun ən əsas səbəbi isə bu gənclərin yaşadıqları ölkənin vətəndaşları olmasıdır. Gənclərimizin yaşadıqları xarici ölkənin vətəndaşı olaraq öz tarixi vətəni Azərbaycanla bağlı reallığı, həqiqəti işıqlandırmaları, təqdim etmələri daha böyük effekt verir. Bəli, bunlar həm də dövlətimizin uzaqgörən siyasətinin nümunəsidir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

