Ətraf mühitin mühafizəsi: Dövlətin prioritet məsələsi!
14.07.2022 [10:04]
Yeganə BAYRAMOVA
Ölkəmizdə flora və faunanın, təbiətin qorunması, ətraf mühitin, təbii ehtiyatların mühafizəsi və bərpası davamlı inkişaf konsepsiyamızın tərkib hissəsinə çevrilib. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir. İkinci dəfə müstəqilliyimizi əldə etdikdən sonra dövlətin qarşısında bir sıra mühüm vəzifələr dayanırdı. Bu vəzifələr sırasında ekologiya və ətraf mühitin mühafizəsi də başlıca prioritetlərdən biri sayılırdı. Çünki müstəqillik illərindən əvvəl ekologiya və ətraf mühitin mühafizəsi məsələsi demək olar ki, arxa plana keçmişdi.
Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 70-ci illərdən yarımçıq qalan bir sıra tədbirlərin davam etdirilməsinə başladı. Bu sıraya ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində ardıcıl işlərin aparılması da daxil idi. Həmin ildən başlayaraq paytaxtın yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi. Ekoloji siyasətə dair imzalanan “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında yeni dövr üçün ekoloji strategiya müəyyənləşdirildi. 1998-ci ildə isə “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” qəbul edildi. 1999-cu ildə Milli Məclisin qəbul etdiyi “Ekoloji təhlükəsizlik haqqında” qanun təsdiqləndi. 2000-ci ildə isə daha iki - “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar qəbul olundu. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması bir gerçəkliyi ortaya qoydu ki, ekoloji problemlərin həlli dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdəndir.
“Ekologiya ili”-dönüş ili
Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də bütün sahələr kimi ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirir, bu istiqamətdə məqsədyönlü addımlar atır. Məhz İlham Əliyevin Azərbaycan Prezidenti kimi ölkəyə rəhbərlik etdiyi son 13 il ərzində ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb. Cənab Prezidentin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda bir çox tələblərlə yanaşı, meşələrin seyrəkləşməsinin, torpağın erroziyasının, meşə massivlərinin azalmasının qarşısının alınması barədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Azərbaycan dövləti və Prezident İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsinə nə qədər önəm verdiyi 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması ilə bir daha təsdiqini tapdı. Təsadüfi deyil ki, bu tarix Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması baxımından dönüş ili kimi yazıldı. Ekoloji problemlərə həsr olunmuş müşavirələrdə Prezident İlham Əliyev qeyd edirdi: “Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su-bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir”. Ümumiyyətlə, ölkə başçısının elə bir çıxışı yoxdur ki, ekoloji məsələlərə diqqət yönəldilməsin, onların həlli yolları açıqlanmasın. Azərbaycanın ümumilikdə 2020-ci ilə kimi prioritet istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə dövlətin ekoloji siyasətinin əsas istiqamətləri kimi götürülüb. Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı prioritet istiqamətlər müəyyənləşdirilərək, həyata keçiriləcək vəzifələr əks olunub. Bütün bunların nəticəsidir ki, son illərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində kifayət qədər işlər görülüb. Xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılması istiqamətində Göygöl Milli Parkında ekoturizm infrastrukturu və marşrutları yaradılıb. Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılması məqsədilə zəruri avadanlıqlar alınaraq, sərhədlərin demarkasiyası və buraxılış-nəzarət infrastrukturu yaradılıb. Bununla da Milli Parkda heyətin mühafizə və nəzarət imkanları təkmilləşdirilib.
Görülən işlərin uğurlu nəticəsi
Bütün bunların nəticəsidir ki, Azərbaycanda ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Belə ki, ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-ci ilin yanvar ayında Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi hazırlanıb. Qiymətləndirmə nəticələrinə əsasən ABŞ-ın Yel və Kolumbiya Universitetləri mövcud ekoloji vəziyyətə görə Azərbaycan dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 31-cı sırada qərarlaşıb. Bununla da reytinq sıralanmasına görə Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən ön mövqe tutmuş olub. Ekoloji Fəaliyyətin Effektivliyi İndeksində meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə isə Azərbaycan 180 ölkə arasında 5-ci yeri tutub.
Ancaq onu da etiraf etmək lazımdır ki, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Lakin ölkəmizdə təbiətin mühafizəsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir. Ona görə də bu sahədəki dövlət siyasəti hər zaman olduğu kimi yenə də uğurla davam etdiriləcək.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
27 Sentyabr 23:00

Xəbər lenti
27 Sentyabr 21:25

Xəbər lenti
27 Sentyabr 19:00

Xəbər lenti
27 Sentyabr 18:35

Siyasət
27 Sentyabr 18:04

Xəbər lenti
27 Sentyabr 17:25

Xəbər lenti
27 Sentyabr 16:46

Xəbər lenti
27 Sentyabr 16:34

Xəbər lenti
27 Sentyabr 16:08

Dünya
27 Sentyabr 16:05

Xəbər lenti
27 Sentyabr 15:21

Xəbər lenti
27 Sentyabr 15:13

İqtisadiyyat
27 Sentyabr 15:12

Xəbər lenti
27 Sentyabr 14:45

Siyasət
27 Sentyabr 14:42

Xəbər lenti
27 Sentyabr 14:39

Xəbər lenti
27 Sentyabr 14:17

Xəbər lenti
27 Sentyabr 14:10

Xəbər lenti
27 Sentyabr 14:08

Xəbər lenti
27 Sentyabr 13:54

Xəbər lenti
27 Sentyabr 13:32

Xəbər lenti
27 Sentyabr 13:12

Xəbər lenti
27 Sentyabr 13:00

Xəbər lenti
27 Sentyabr 12:54

Turizm
27 Sentyabr 12:32

Xəbər lenti
27 Sentyabr 12:24

Siyasət
27 Sentyabr 12:20

Xəbər lenti
27 Sentyabr 12:10

Xarici siyasət
27 Sentyabr 12:03

Xəbər lenti
27 Sentyabr 12:01

Xəbər lenti
27 Sentyabr 11:57

Xəbər lenti
27 Sentyabr 11:56

İqtisadiyyat
27 Sentyabr 11:51

Xəbər lenti
27 Sentyabr 11:48

MEDİA
27 Sentyabr 11:40

Xəbər lenti
27 Sentyabr 11:30

Xəbər lenti
27 Sentyabr 11:23

Sosial
27 Sentyabr 11:22

Siyasət
27 Sentyabr 11:10

Xəbər lenti
27 Sentyabr 11:09

İqtisadiyyat
27 Sentyabr 11:00

Siyasət
27 Sentyabr 10:50

İqtisadiyyat
27 Sentyabr 10:40

Siyasət
27 Sentyabr 10:30

Gündəm
27 Sentyabr 10:29

Siyasət
27 Sentyabr 10:20

Xəbər lenti
27 Sentyabr 10:18

Siyasət
27 Sentyabr 10:10

Xəbər lenti
27 Sentyabr 09:42

Gündəm
27 Sentyabr 09:30

Gündəm
27 Sentyabr 00:52

Gündəm
26 Sentyabr 23:37

Xəbər lenti
26 Sentyabr 21:59

Siyasət
26 Sentyabr 21:56

Gündəm
26 Sentyabr 21:54

Xəbər lenti
26 Sentyabr 19:09

Xəbər lenti
26 Sentyabr 18:13

Xəbər lenti
26 Sentyabr 18:09

Xəbər lenti
26 Sentyabr 17:40

Xəbər lenti
26 Sentyabr 17:06

Xəbər lenti
26 Sentyabr 16:30

Xəbər lenti
26 Sentyabr 16:15

Xəbər lenti
26 Sentyabr 16:13

Xəbər lenti
26 Sentyabr 16:07

Turizm
26 Sentyabr 16:05

Xəbər lenti
26 Sentyabr 15:45

Xəbər lenti
26 Sentyabr 15:00

Dünya
26 Sentyabr 14:47

Xəbər lenti
26 Sentyabr 14:36

Xəbər lenti
26 Sentyabr 14:25
