Yeni çağırışlar fonunda
25.06.2022 [10:12]
Azərbaycan - Özbəkistan əlaqələri yeni mərhələyə qədəm qoyur
Müşfiq Cəfərov: İki ölkə arasında imzalanan Bəyannamə gələcək fəaliyyətimizin yol xəritəsidir
Müstəqil Azərbaycan dövləti milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursu həyata keçirir. Eyni zamanda, ölkəmiz dünyada meydana çıxan yeni çağırışlar fonunda beynəlxalq həmrəyliyin güclənməsinə davamlı töhfələr verir. Ölkəmizin xoş mərama əsaslanaraq irəli sürdüyü təşəbbüslər dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar arasında körpülərin yaradılmasına, etimad mühitinin möhkəmlənməsinə, əlaqələrin intensivləşməsinə, sülhün və beynəlxalq əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Hər zaman ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycan xüsusilə də dost, qardaş ölkələrlə münasibətlərin çoxşaxəli inkişafını prioritet sayır. Belə ölkələrdən biri də Özbəkistan Respublikasıdır. Yeri gəlmişkən, Prezident İlham Əliyevin iyunun 21-22-də Özbəkistana etdiyi dövlət səfəri də iki dost ölkə arasında əlaqələrin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Səfər əsnasında imzalanan sənədlər, keçirilən ikitərəfli görüşlər bu fikirlərin əyani təsdiqinə çevrildi.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və milli maraqlara əsaslanan xarici siyasət kursu konseptual əsaslara söykənir, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini və beynəlxalq nüfuzunun artmasını təmin edir. Bu mənada türkdilli dövlətlərlə münasibətlərimizin inkişafı xüsusi bir əhəmiyyət təşkil edir. Millət vəkili vurğulayıb ki, Azərbaycan türk dövlətləri arasında daim əlaqələndirici rol oynayır. Bu, həm coğrafi mövqeyimizə, həm tarixi-mədəni köklərimizə, həm də körpü rolunda çıxış etməyimizə görədir. Azərbaycan dili türk dilləri sırasında ləhcə və dialekt yaxınlığına görə həm Anadolu, həm də Orta Asiya türklərinin başa düşdüyü dildir. Təsadüfi deyil ki, cənab Prezidentimiz Özbəkistana səfəri zamanı tərcüməçiyə ehtiyac olmadığını və dillərimizin olduqca yaxın olmasını xüsusi vurğuladı. Qeyd edilməlidir ki, digər türkdilli dövlətlər kimi Özbəkistanla da münasibətlərimiz olduqca yüksək səviyyədədir. M.Cəfərovun sözlərinə görə, iki ölkə arasında dostluq əlaqələri ümumi dəyərlər və tarixi bağlılıqla yanaşı, ikitərəfli səfərlər və görüşlər zamanı imzalanmış bir sıra birgə bəyanatlar və müqavilələrə əsaslanır. Əlaqələrimiz isə çoxşaxəlidir: “Mədəniyyət sahəsində də iki ölkə arasında mühüm əməkdaşlıqlar mövcuddur. 2002-ci ildən Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyət Özbəkistan Nazirlər kabineti yanında Xarici ölkələrlə beynəlxalq münasibətlər və dostluq əlaqələri üzrə Komitənin nəzdində fəaliyyət göstərir və hər il Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə tədbirlər, layihələr həyata keçirir. Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkələrimiz arasında mədəniyyət, elm, təhsil, turizm sahələrində əməkdaşlığın inkişafında xüsusi rol oynayır. Eləcə də, iki ölkə arasında mühüm müqavilə-hüquq bazası formalaşdırılıb, Azərbaycan və Özbəkistan arasında 150-dan çox sənəd imzalanıb. Təkcə Prezident İlham Əliyevin Özbəkistana son səfəri zamanı ikitərəfli əlaqələrin inkişafını özündə təcəssüm etdirən 20-dən çox sənədə imza atıldı. Bununla yanaşı, Azərbaycan və Özbəkistanın parlamentlərində fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir. İki ölkə arasındakı ticarət dövriyyəsi də ildən-ilə artmaqdadır. Məsələn, bu göstərici 2017-ci ildə 30,6 milyon ABŞ dolları təşkil edirdisə, pandemiyadan öncə, yəni 2020-ci ildə 82,32 milyon dollara qədər artıb. Bu, bir daha dövlətlərarası münasibətlərin yüksələn dinamika ilə inkişaf etdiyini göstərir”.
M.Cəfərov onu da əlavə edib ki, Prezident İlham Əliyevin Özbəkistana son səfəri ikitərəfli əlaqələrin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni siyasi-iqtisadi reallıqlar istər ticari, istərsə də siyasi əlaqələrin daha yüksək dinamizm qazanacağını deməyə əsas verir: “İki ölkə arasında imzalanan Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə ikitərəfli münasibətlərdə yeni bir səhifədir. Prezident İlham Əliyev Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamənin qlobal xarakter daşıdığını bildirdi və bu sənədi gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdı. Öz növbəsində Özbəkistan prezidenti də vurğuladı ki, burada ən mühüm prioritet ticarəti və sənaye kooperasiyasını genişləndirməkdir. Bu istiqamətdə ciddi irəliləyişlər müşahidə edilməkdədir. Bu, olduqca mühüm məqamlardır və Azərbaycan ilə Özbəkistanın yaxın və dərin əlaqələrinin inkişafı türkdilli dövlətlərin ümumi inkişafına müsbət təsirlərini göstərəcək”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27

