Azərbaycanda həyata keçirilən islahatlar....
19.05.2022 [09:57]
Hüquqi dövlət quruculuğu prosesində mühüm rol oynayır
Nardar BAYRAMLI
Azərbaycan müstəqillik əldə etdikdən sonra hüquqi, demokratik dövlət quruculuğu istiqamətində böyük nailiyyətlər qazanıb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlət quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan siyasət nəticəsində müstəqil Azərbaycan inkişaf edən güclü, demokratik dövlətə çevrilib. Bununla belə, hüquqi dövlət quruculuğu prosesi davam edir və burada islahat amili mühüm rol oynayır.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, ölkəmizdə davamlı olaraq islahatlar həyata keçirilir, iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılaraq bir-birini tamamlayır. Azad, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biridir. Onun sözlərinə görə, sürətlə dəyişən reallıqlar islahatların aparılmasını vacib vəzifə kimi müəyyən edir və bu fakt hüquqi dövlət quruculuğu prosesində önəmlidir: “Prezident İlham Əliyevin son illər həyata keçirdiyi islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin edən amillərdən biridir. Dünyada iqtisadi böhrana, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalq-Prezident birliyi Azərbaycanın qazandığı uğurların əsas səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə davam etdirilir. Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmişdi və ölkənin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanmışdı. Dövlətimizin başçısı islahatlar modelini yığcam olaraq belə ifadə etmişdi: “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”. Bu gün hakimiyyətin bütün qollarında-qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar gedir, yeni hüquqi aktlar qəbul edilir, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır. Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları 2019-cu ilin son aylarından etibarən daha da intensivləşib. Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, hüquq-mühafizə orqanlarında struktur və kadr dəyişiklikləri aparılıb, eləcə də 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu formalaşıb”.
Millət vəkili qeyd edib ki, Azərbaycanda demokratik inkişafın struktur elementlərindən birini ictimai institutların təkmilləşdirilməsi təşkil edir. Bu baxımdan, ayrı-ayrı ictimai təsisatlarla yanaşı, Azərbaycan milli mətbuatının da səmərəli fəaliyyətinə real əlverişli şərait yaradılıb. “Demokratik islahatlardan bəhs edərkən qeyd etmək lazımdır ki, Azərbaycanda hüquqi dövlət quruculuğu kontekstində şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub”, - deyən P.Kərimzadənin fikrincə, ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması dövlətin bu sahəyə dəstəyinin ifadəsidir. Bundan başqa, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı da xüsusi diqqət mərkəzindədir. Həmsöhbətimiz hesab edir ki, aparılan islahatlar nəticəsində dövlətin QHT sektoruna dəstəyi kifayət qədər artıb: “Bir sözlə, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün lazımi şərait yaradılıb. Ötən illər ərzində vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən dəstək göstərilib. Demokratik inkişaf yolu seçən bütün dövlətlərdə olduğu kimi Azərbaycanda da vətəndaş cəmiyyəti quruculuğu sahəsində ictimai sektorun inkişafı üçün zəruri tədbirlər görülüb. Bu təşkilatların qanunauyğun fəaliyyətinin təmin edilməsi istiqamətində qanunvericiliklə müəyyən edilən tədbirlər həyata keçirilib. Nəticədə, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin olması onların fəaliyyətinə öz müsbət təsirini göstərib. Hazırda da bu sektora lazımi dəstək davam etdirilir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə yüzlərlə qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Qeyri-hökumət təşkilatları demokratik cəmiyyətlərin əsas elementlərindən biridir. Vətəndaş cəmiyyəti həm də milli və dövlət maraqlarının müdafiəsində də fəal iştirak edir. Beləliklə, ölkəmizdə vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu istiqamətində aparılan dövlət siyasəti uğurla davam etməkdədir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar ölkəmizin ümumi inkişafına böyük töhfələr verir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27

