Ulu Öndərin azərbaycançılıq ideologiyası dünəndən bu günə
23.02.2022 [10:18]
44 günlük müharibədə qazanılan zəfər azərbaycançılıq ideologiyasının qələbəsidir
“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır”
Günel ABBAS
Ümummilli lider Heydər Əliyevin bu məşhur kəlamını təsadüfi qeyd etməmişəm. Azərbaycançılıq ideyasını uğurla həyata keçirən, onu daha da zənginləşdirən, məhz ümummilli lider Heydər Əliyevdir. Tarixdən məlumdur ki, azərbaycançılıq ideologiyası 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyəti dövründə milli ideologiyamızın tərkib hissəsi kimi önə çəkilib. Ancaq həmin dövrdə Azərbaycanın bolşeviklər tərəfindən işğalı gənc dövlətdə başlanmış hər şeyə son qoydu. Azərbaycançılıq ideyası yalnız ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycana ilk dəfə rəhbər gəlməsi ilə yenidən təbliğ olunmağa başlandı. 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul olunarkən ilk dəfə azərbaycan dili dövlət dili kimi qəbul olundu və azərbaycançılıq ideyası irəli sürüldü. Bununla da Azərbaycanda müsbətə doğru köklü dəyişikliklər əldə edildi.
Azərbaycançılıq ideyasını sovet təbliğatının qızğın çağında respublikada və onun h?dudlarından kənarda təbliğ etmək kimi çətin, lakin çətin olduğu qədər də, çox şərəfli işin öhdəsindən, məhz Heydər Əliyev çox cəsarətlə gəldi. Bu gün də azərbaycançılıq ideyasının ölkəmizdə və dünya azərbaycanlıları arasında genişlənməsi Ümummilli Liderin adı ilə bağlıdır. Bu ideologiya?? Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılıq ideologiyası imperiya siyasətinə qarşı müqavimət göstərməklə, formalaşmış azadlıq və istiqlal ideologiyasıdır.
Azərbaycançılıq ideyasının təbliği sahəsində ölkəmizin atdığı ardıcıl sistemli addımlar xalqımızın və dövlətimizin daha da güclənməsinə, beynəlxalq arenada nüfuz qazanmasına əvəzsiz töhfə verir. Vaxtı ilə dünya ictimaiyyətinə məlum olmayan Azərbaycan dövləti və xalqı hazırda dünya ictimaiyyətinin diqqətini cəlb edir, ölkəmizə böyük maraq göstərilir. Azərbaycanın beynəlxalq siyasi dialoqların, sivilizasiyalararası mədəniyyətlərin, dinlərin, BMT-nin platformasının geniş müzakirəsinin, dünya və Avropa idman oyunlarının hər il keçirildiyi möhtəşəm ölkəyə çevrilməsi hər kəsin iştirakı və gözü qarşısında baş verir. Ölkəmizin qeyd etdiyimiz və etmədiyimiz bütün uğurlarının mayasında azərbaycançılıq ideyasının məqsədyönlü təbliğatının dövlətimiz tərəfindən müvəffəqiyyətlə aparılmasının xüsusilə böyük rol oynamasına heç kim şübhə etmir.
Qürur doğuran haldır ki, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev də diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Ötən 8 ildə bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulamışdır.
Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, bu gün azərbaycançılıq ideologiyası bütün soydaşlarımızı vahid amal ətrafında birləşdirir: “Azərbaycançılıq ideologiyası birdən-birə yaranmayıb. Bu ideologiya bəlli bir inkişaf mərhələsindən keçib. Biz bir millət olaraq formalaşmağımızda, ilk növbədə maarifçilərimizə borcluyuq. Bizə çarizm dönəmində dini mənsubiyyətimizlə müsəlman deyirdilər. Amma maarifçilərimizin fəaliyyəti nəticəsində milli özünüdərk, milli şüur yarandı. Milli şüurun formalaşması milli hərəkata gətirib çıxardı. Azərbaycan ifadəsi bəzən yazıldığı kimi Stalinin dırnaqarası kəşfi deyildi. Hələ XIX əsrin sonlarında rusdilli mətbuatlarda bu ifadə işlədilirdi. Deməli, azərbaycançılıq özündə dövlət milliyyətçiliyini, vətənpərvərliyi, dövlətçil?yi birləşdirir. 1918-1920-ci illərdə azərbaycançılıq ilk addımlar kimi hakim olmağa başladı. Bizim millətimiz ilk dəfə olaraq XX əsrdə dövlət millətinə çevrildi. Sovet dövründə müstəqil olmasaq da, Azərbaycan millətinin mədəniyyəti, dili, ədəbiyyatı, maarifi sahəsində böyük bir yol keçildi. Dövlət müstəqilliyi bərpa ediləndən sonra Ulu Öndər tərəfindən bu ideologiya sistem halına salındı və rəsmi ideologiyaya çevrildi. Azərbaycançılıq ideologiyası hamını tək vətən, dövlət və bayraq altında birləşdirir. Bu ideologiyanın qüdrətini müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə zamanı aydın gördük. Bütün şəhərlərdə, kəndlərdə yaşayanlar dövlət başçısının ətrafında birləşərək ümumi düşmənə qarşı savaşdı. 44 günlük müharibədə əldə olunan qələbə azərbaycançılıq ideologiyasının qələbəsi idi”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42

