“Media haqqında” qanun layihəsi siyasi oyunların hədəfində olmamalıdır
18.12.2021 [11:18]
Şöhrət El-Dəniz
Bu gün Milli Məclisdə “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirildi. Müzakirədə mən də iştirak etdim. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, o cümlədən İnsan hüquqları komitəsinin birgə keçirdiyi onlayın toplantıda media və televiziya qurumlarının rəhbərləri, müstəqil jurnalistlər, MEDİA agentliyi və Milli Televiziya və Radio Şurasının rəhbərliyi iştirak etdilər. Məhsuldar müzakirə oldu. Əksər maddələr üzrə münasibət bildirildi və təkliflər verildi. O cümlədən, mən də qanunda media subyektlərinə reklam verilməsi mexanizminin yaradılması və güzəştli kreditlərin verilməsi ilə bağlı öz təkliflərimi səsləndirdim.
Cəmiyyətdə və sosial mediada geniş müzakirə mövzusuna çevrilən “Media haqqında” qanun layihəsi qeyd etdiyim kimi bu gün Milli Məclisdə keçirilən toplantıda da geniş diskussiyaya səbəb oldu. Bu tədbir barədə rəsmi və qeyri-rəsmi məlumatlar yayıldığına görə üstündə çox dayanmayacağam. Mən diqqətinizi Azərbaycan mediası və jurnalistləri üçün böyük əhəmiyyət kəsb edən bu qanun layihəsi ətrafında yaranan söz-söhbətlərə yönəltmək istəyirəm.
Təbii ki, müzakirələr varsa, deməli yenilik var, irəliləyiş var, sağlam tənqid və təkliflər, mediada olan mövcud vəziyyəti düzəltmək, inkişaf etdirmək cəhdi var. Amma hüquqi müstəvidə ərsəyə gətirilən bir nizama siyasi don geydirmək, öz maraqları naminə ajiotaj yaratmaq cəhdi varsa deməli ortada boş söz-söhbət, qeybət elementləri də var. Ki bunu edənlərin məqsədi medianın inkişafı deyil. Əksinə hələ də qüvvədə olan və 62 maddədən ibarət “KİV haqqında” qanunu 79 dəfə öz maraqları naminə dəyişib Azərbaycan mediasını dərin bir uçuruma salan qüvvələrin maraqlarını bilərəkdən və yaxud bilməyərəkdən müdafiə etməkdir. Bilməyərəkdən edənlər özlərini “demokrat” kimi tanıdanların xətrinə dəyməmək yolunu tutanlardır. Bir də mənəmlik xəstəliyindən yaranan küsmək vərdişinə sahib olanlar.
Bəzi jurnalistlərdə, baş redaktorlarda köhnədən qalmış çox pis bir vərdiş hələ də aradan götürülməyib. Hər yerə dəvət edilməliyəm, hər yerdə mənim adım birinci çəkilməlidir, başı çıxdı-çıxmadı hər şey barədə o danışmalıdır kimi eqoist bir vərdişdən bəzi mətbuat nümayəndələri əl çəkməlidir. Bu eqoistlik onlara bəzən doğru olana yalan deməyə məcbur edir. Süni yaradılan ajiotaj axarına düşməyə vadar edir. Nəticədə isə bütövlükdə Azərbaycan mediası əziyyət çəkir. Küsüb tənqid etmək, ağı qara görmək, qisas almaq fikri bax burdan qaynaqlanır.
Dünən internet televiziyalarından birində “Media haqqında” qanun layihəsini müzakirə edirdilər. Müzakirənin ilk dəqiqələrində deyilən bəzi fikirlər məndə elə bir təəssürat yaratdı ki, obyektiv fikir olacaq. Amma verilişin 5-ci dəqiqəsindən sonra hələ qüvvədə olan “KİV haqqında” qanunu başladılar tərifləməyə. İş o yerə çatdı ki, köhnə qanunu əla dəyərləndirərək dünyada ən mütərəqqi və hətta avropalıların bizə qibtə edəcəyi bir statusa qaldırdılar...
Niyə bu misalı çəkdim. Ona görə ki, çıxışçılar qanun layihəsinin hazırlanması zamanı müzakirəyə dəvət edilməmələrinin hirsini, qəzəbini hiss etdim. Halbuki, onlar daha obyektiv çıxış edib qanun layihəsinin maddələrində qüsurlar tapıb deməliydi və yaxud təkliflər verməliydi. Amma təəssüf ki, elə olmadı. Yenə deyirəm edilən tənqidlərin əksəriyyətində bu mənəmlik qəzəbi və eqoistlik hiss olunur.
Bir də daha təhlükəli olan siyasi oyunbazlıqdır. Fikir verirəm, Azərbaycanda irəli sürülən ən mütərəqqi, ciddi ideyaları, fikirləri həmən siyasi müstəviyə yönəldib oyuna, sonra isə lağlağıya çevirirlər. İdeyanın, fikrin əsas qayəsi qalır kənarda, ortaya atılan siyasi pafos mediada və sosial şəbəkədə at oynadır. Nəticədə ziyan yenə də düşünən beyinlərə, görülən əməllərə dəyir.
Mənim fikrimcə “Media haqqında” qanun layihəsi siyasi oyunların, mübarizələrin hədəfində olmamalıdır. Hədəf medianı bu durumdan çıxardacaq “Media haqqında” qanun layihəsini daha mütərəqqi etməkdir.
P.S. Heç bir fikir, qanun ideal deyil. Bütün qanunlar müzakirələr aparmaqla, təkliflər verməklə təkmilləşir. Bu gün Milli Məclisdə gedən müzakirələr zamanı sosial mediada tənqid olunan maddələr barədə də fikirlər səsləndirildi və təkliflər verildi. Qanunu hazırlayan işçi qrup bu təkliflərin əksəriyyətini nəzərə alaraq ya izahat verdi, ya da düzəlişlər ediləcəyini bildirdi.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

