“GÖRÜŞ” “Yeni Azərbaycan”da baş tutdu
02.11.2021 [21:14]
Özbəkistanda səfərdə olmuş jurnalistlər “Yeni Azərbaycan” qəzetinin redaksiyasında dəyirmi masa keçiriblər
Oktyabrın 24-də Özbəkistanda növbəti prezident seçkiləri keçirilib. Bu seçkiləri müşahidə etmək və mediada işıqlandırmaq məqsədilə Azərbaycanı təmsil edən 7 jurnalist Özbəkistanda səfərdə olub.
Noyabrın 2-də Özbəkistanda səfərdə olmuş jurnalistlər “Yeni Azərbaycan” qəzetinin redaksiyasında dəyirmi masa keçirərək öz təəssüratlarını bölüşüblər. Dəyirmi masada Özbəkistanın ölkəmizdəki səfirliyinin əməkdaşları da iştirak ediblər.
Qonaqları salamlayan “Yeni Azərbaycan” qəzetinin baş redaktorunun müavini Nəzirə Nurullayeva bildirib ki, azərbaycanlı jurnalistlərin həm keçirilən seçkilərlə bağlı, həm də umumiyyətlə bu səfərlə əlaqədar təəssüratları olduqca yüksəkdir. Səfər zamanı jurnalistlərimiz seçkiləri müşahidə etməklə yanaşı, Daşkənd və Səmərqənd şəhərləri ilə də yaxından tanış olmaq imkanı qazanıblar. Nəzirə Nurullayeva bu səfərin gerçəkləşməsində göstərdiyi dəstəyə görə, Özbəkistanın ölkəmizdəki səfirliyinə təşəkkürünü bildirib.
Özbəkistanın ölkəmizdəki səfirliyinin müşaviri Maxamedcan Botraliyev çıxış edərək bildirib ki, oktyabrın 24-də Özbəkistanda keçirilən prezident seçkiləri ölkənin tarixində mühüm siyasi hadisədir. Onun sözlərinə görə, seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyib. Bu baxımdan, azərbaycanlı müşahidəçiləri də xüsusi qeyd etmək olar. “Müşahidəçilərin sırasında Azərbaycanı təmsil edən jurnalistlərin olması xüsusi qeyd olunmalıdır. Çünki KİV nümayəndələri seçkilərin gedişini izləyərək təmsil etdikləri media orqanlarında işıqlandırdılar. Dünya ictimaiyyəti məhz jurnalistlərin yaydığı məlumatlar əsasında seçkilər haqqında bilgilər əldə edir. Bu baxımdan, azərbaycanlı jurnalistlərin ölkəmizdəki seçkilərlə bağlı mövqeyini yüksək qiymətləndiririk. Ümumiyyətlə, Özbəkistanla Azərbaycan dost və qardaş ölkələrdir. Əlaqələrimizin daha da güclənməsində media orqanları da öz töhfələrini verir”,-deyə diplomat qeyd edib.
Özbəkistanın ölkəmizdəki səfirliyinin mətbuat attaşesi Baxram Qayıpov isə bildirib ki, oktyabrın 24-də keçirilən seçkilərdə özbək xalqı demokratiyaya, rifaha, həyata keçirilən islahatların davamına səs verdilər. “Azərbaycanın media nümayəndələri də özbək xalqının seçiminin şahidi oldu”, -deyən səfirlik əməkdaşı ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Daha sonra Özbəkistanda prezident seçkilərini izləmiş jurnalistlər çıxış ediblər. "Mədəniyyət/Culture" jurnalı və medeniyyet.info saytının rəhbəri Zöhrə Əliyeva dost ölkəyə səfərin uğurlu olduğunu deyib. Azərbaycan və özbək xalqının əlaqələrinin tarixindən bəhs edən Zöhrə Əliyeva xalqalrımızı ortaq dil, din, ənənələrin birləşdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ədəbiyyatımız və mədəniyyətimiz bütövlükdə türk dünyasının tərkib hissəsidir. O, hazırda iki ölkə arasındakı mədəni əlaqələrin inkişafı haqqında da fikirlərini bölüşüb.
“Region Plus” jurnalının baş redaktoru Namiq Mayılov isə Özbəkistanda seçkilərin yüksək seçici fəallığı şəraitində baş tutduğunu diqqətə çatdırıb: “Bu, o deməkdir ki, özbək xalqı öz ölkəsinin gələcəyini, rifahını, demokratiyanın inkişafını düşünərək seçimini etdi. Xüsusilə, gənclər bu seçkilərdə fəal şəkildə iştirak edirdilər. Bir sözlə, Özbəkistanda prezident seçkiləri yüksək səviyyədə təşkil olunmuşdu”. Namiq Mayılovun sözlərinə görə, beynəlxalq təşkilatların müşahidə missiyaları da bu seçkilər haqqında müsbət rəy veriblər.
“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev də çıxışında həmin seçkilərin şəffaf və ədalətli keçirildiyini, namizədlər üçün bərabər imkanların yaradıldığını qeyd edib. Onun sözlərinə görə, son illər Özbəkistan iqtisadi cəhətdən də davamlı olaraq inkişaf edir. Bu ölkədə həyata keçirilən islahatlar öz müsbət nəticələrini verməkdədir. Fuad Hüseynəliyevin fikrincə, qarşıdakı beş ildə Özbəkistan iqtisadi cəhətdən daha böyük nailiyyətlərə imza atacaq. O, həmçinin Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlığın böyük potensialı olduğunu diqqətə çatdırıb.
“Region Plus” jurnalının baş redaktor müavini Elçin Hüseynov səfərin təşkilinə görə Özbəkistanın ölkəmizdəki səfirinə və səfirliyin əməkdaşlarına təşəkkür edib. Onun sözlərinə görə, səfər zamanı azərbaycanlı jurnalistlərə göstərilən diqqət əsl dostluq və qardaşlıq nümunəsidir. Elçin Hüseynov iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə əminliyini ifadə edib.
Tədbirdə iştirak edən Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, Özbəkistanda keçirilən prezident seçkilərində Azərbaycanı təmsil edən jurnalistlərin müşahidəçi qismində iştirakı təqdirəlayiq haldır. Onun fikrincə, bütövlükdə ölkələrmizin media orqanları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi hər iki tərəf üçün faydalıdır.
Müşfiq Ələsgərli türkdilli ölkələr arasında ortaq media platformasının yaradılmasının əhəmiyyətini də vurğulayıb: “Bilirsiniz ki, oktyabr ayında İstanbulda Türk Şurasının Media Forumu keçirildi. Həmin forumda Özbəksitandan da media təmsilçilərinin iştirak etməsi bu ölkənin də bu platformada iştiraka maraqlı olduğunu göstərir. Gələcəkdə QHT müstəvisində də belə bir paltformanın yaradılması nəzərdə tutulur. Bu platformalar türk dövlətləri arasında münasibətlərin güclənməsinə öz töhfələrini verəcək”.
Tədbirdə “Yeni Azərbaycan” qəzetinin kollektivi adından Özbəkistanın ölkəmizdəki səfirliyinin əməkdaşlarına hədiyyələr təqdim olundu.
Sonda xatirə şəkli çəkdirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

