30 il təbiətin qənimi rolunda
22.10.2021 [10:16]
Təxminən üç onilliyi əhatə edən işğal dövründə ermənilər zamanında havadarlarının dəstəyi ilə öz nəzarətləri altına keçirdikləri Azərbaycan torpaqlarında ağlasığmaz vandalizm əməlləri törədiblər. Ötən il Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdən təqdim olunan foto və videomateriallar bu barədə konkret təsəvvür yaradır. Bəhs olunan ərazilərdə bütün tikililər dağıdılıb, tarixi, dini-mədəni abidələrimiz təhqirlərə məruz qalıb. Bütün bu dağıntıları, insanlığa yaraşmayan əməlləri görəndə “sanki bu yerlərdən vəhşi qəbilələr gəlib keçiblər” təsəvvürü yaranır.
Ermənilər işğal dövründə öz mənfur izlərini, həmçinin Qarabağın gözəl təbiətində qoyublar. Daha dəqiq ifadə etsək, onlar 30 il ərzində təbiətin qənimi rolunda çıxış ediblər. Meşələrimizdə qiymətli ağacların kəsilərək satış və mebel sənayesində istifadə məqsədilə Ermənistana daşınmasını, faydalı qazıntıların qanunsuz hasilatını, torpaqlarımızın istismar edilməsini, çayların axınının məqsədli şəkildə dəyişdirilməsini başqa cür dəyərləndirmək mümkün deyil. Ermənilər işğal dövründə ölkəmizin meşə fonduna ciddi ziyan vurublar. Bunu təsdiqləyən çoxlu sənədlər, o cümlədən də “Azərkosmos”un təqdim etdiyi fotolar var. Bu fotolarda aydın şəkildə görünür ki, bəhs olunan ərazilərdə işğaladək və işğaldan sonra nə qədər sahə meşələrin altındadır. Prezident İlham Əliyev bildirib ki, ağacla dolu olan 60 min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar, yəni kəsiblər.
Yada salaq: İşğal illərində ermənilər Qarabağın zəngin su ehtiyatlarını, sözün əsl mənasında, siyasi təzyiq vasitəsinə çevirmişdilər. Məlum olduğu kimi, Azərbaycan hələ keçmiş sovet dönəmində böyük həcmlərdə maliyyə vəsaiti yönəltməklə bəhs olunan ərazilərdə bir neçə su anbarı inşa etdirmişdi. Ümumiyyətlə, torpaqlarımız işğal altına düşməzdən əvvəl burada 6426 kilometr suvarma şəbəkəsi, 2 hidroqovşaq, 330 kilometr kollektor-drenaj şəbəkəsi, 8003 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu vardı. Ümumilikdə isə 125 min 800 hektar suvarılan torpaq sahəsi işğal altında qalmışdı. Mənfur düşmən torpaqlarımızı işğal altına aldıqdan sonra su anbarlarının, eləcə də çayların bəndlərini yayda suya tələbat artanda bağlayır, qışda suya tələbat azalanda isə açırdılar. Beləcə, keçmiş təmas xəttinin yaxınlığında yerləşən rayonlarda minlərlə hektar ərazidə əkin-biçin aparmaq mümkünsüz olurdu, münbit torpaqlarımız şoranlaşırdı. Vurğulamaq yerinə düşər ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində iğaldan azad olunmuş ərazilərdə 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb.
Mənfur düşmənin təbiətimizə vurduğu bu kimi ziyanlar cinayətdir və hüquqi məsuliyyət yaradır. Yeri gəlmişkən, Baş Prokurorluğun mətbuat xidmətinin bir qədər bundan öncə yaydığı məlumatında bildirilir ki, aparılmış araşdırmalarla Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələri tərəfindən növbəti dəfə barbarlıq nümayiş etdirilərək nadir flora və faunası olan Laçın rayonunda bu bölgənin işğaldan azad olunmasından az müddət öncə qanunsuz olaraq 1818 ədəd müxtəlifcinsli, kökü üstdə çoxillik ağacların kəsilməsinə və bunun nəticəsində ölkəmizə 1 milyon 511 min 330 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Üç onilliyi əhatə edən işğal dövründə Ermənistan və bir sıra xarici şirkətlər, həmçinin Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə məşğul olmaqla da təbii sərvətlərimizi talayıblar. O cümlədən Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə respublikamızın qızıl yataqları xarici şirkətlər tərəfindən istismar edilib. Bütün bu kimi cinayətləri törədənlər öz əməllərinə görə mütləq cavab verməlidirlər və verəcəklər. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə mənfur düşmənin ərazilərimizdə ekoloji terror törətdiyinə diqqət çəkərək günahkarların cəzalandırılacağını bildirib. “Bilirsiniz ki, Oxçuçayı ermənilər nə günə qoymuşlar. Oxçuçay təbii fəlakət zonasıdır. Oradan götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi normadan bəlkə də 10 dəfə, 20 dəfə artıqdır. Biz bu çayları təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək. Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz olaraq istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik, yaxın gələcəkdə eşidəcəksiniz. Onların bu işdən boyun qaçırmaq cəhdləri demək olar ki, imkansızdır. Çünki hər şey göz qabağındadır. Başqa ölkənin ərazisində qanunsuz işlər görüb, buradan qızılı qanunsuz olaraq daşıyıb və dünya bazarlarında satıb. Biz onlarla əlbir olanları da məsuliyyətə cəlb edəcəyik. Beynəlxalq hüquqşünasları da cəlb etdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad olunan ərazilərdə çoxlu sayda bərpa və infrastruktur quruculuğu layihələrinin icrasına başlanılıb. O cümlədən düşmənin işğal dövründə təbiətimizə vurduğu ziyanın aradan qaldırılmasını hədəfləyən layihələr hazırlanıb. Prezident İlham Əliyev 20 oktyabr 2021-ci il tarixində “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə vurğulanır ki,Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnmişdir.
Dövlət başçısının imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində 107 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa ediləcək. Bununla bağlı respublikanın müvafiq qurumlarına tapşırıqlar verilib. Sənəddə qeyd olunduğu kimi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun “yaşıl zona”ya çevrilməsinə şərait yaradacaq.
Mübariz ABDULLAYEV
İstiqamət: “Ekologiya və ətraf mühitin mühafizəsi”
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

