Ölkəmizdə yaşayan bütün xalqlar azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşiblər
11.09.2021 [10:01]
Kamal Abdulla: Biz 44 günlük Vətən müharibəsində müxtəlif xalqların, etnik qrupların nümayəndələrinin torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyi qəhrəmanlıqların şahidi olduq
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi bugünkü və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. O cümlədən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Azərbaycançılıq ideologiyası müstəqilliyə nail olmaq və qorumaq, möhkəmləndirmək üçün mühüm amil kimi çıxış edir. Artıq Azərbaycan dövlət müstəqilliyinin 30-cu ildönümü ərəfəsindədir. Bu dövrdə keçilən yol müstəqil dövlətçiliyimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib ki, bu prosesdə azərbaycançılıq ideologiyası əsas amillərdən biridir. Azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən Ulu Öndər Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olub. Çox önəmli amillərdən biri isə odur ki, ölkəmizdə yaşayan müxtəlif xalqlar azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşiblər.
Məsələ ilə bağlı Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev xalqımız və dövlətimiz üçün misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, ölkəmizdə yaşayan bütün xalqları, etnik qrupları birləşdirən azərbaycançılıq ideologiyası da məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət ideologiyası kimi təsbit olunub. Bu gün azərbaycançılıq ideologiyasından söhbət açarkən digər məqamlarla yanaşı, bu ideologiyanın tərkib hissəsi olan multikulturalizm və tolerantlıq məsələlərinə xüsusi toxunmaq yerinə düşər. Çünki azərbaycançılıq ideologiyası həm də azərbaycanlıların ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içərisində yaşamaq istəyinin bariz göstəricisidir. Vurğulamaq yerinə düşər ki, “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir”, - deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi-siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb, məhz bunun nəticəsində də multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib.
Kamal Abdulla qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının mərkəzində Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Ulu Öndər Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan bu gün Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir.
Akademik Kamal Abdulla deyib ki, Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqludur və öz inancına görə azaddır. Onun sözlərinə görə, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Bu gün Azərbaycan etnik müxtəlifliyə görə zəngin ölkədir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Hazırda dünyanın bir sıra nüfuzlu universitetlərində Azərbaycan multikulturalizminin tədris olunması da ölkəmizin böyük uğurudur.
“Azərbaycanda müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələri qardaşlıq şəraitində yaşayırlar”, - deyən akademik söyləyib ki, Azərbaycan xalqının ruhundakı multikulturalizm əhval-ruhiyyəsi bütün dünyaya yaxşı məlumdur. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları öz ətrafında birləşdirir. Biz 44 günlük Vətən müharibəsində müxtəlif xalqların, etnik qrupların nümayəndələrinin torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyi qəhrəmanlıqların şahidi olduq.
Kamal Abdullanın sözlərinə görə, azərbaycançılıq ideologiyasının təbliğində, o cümlədən ölkəmizdə yaşayan xalqların bu ideologiya ətrafında sıx birləşməsində, multikulturalizm ənənələrinin qorunmasında, inkişafında və təbliğ olunmasında Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri danılmazdır.
Bütövlükdə isə, azərbaycançılıq ideologiyası və etnik müxtəliflik faktorunun, multikultural ənənələrin əhəmiyyəti ilə bağlı vacib layihələr reallaşdırılır ki, bu da nəinki ölkəmizdə, o cümlədən beynəlxalq miqyasda da təqdir olunur.
Nardar BAYRAMLI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

