Vətən müharibəsində möhtəşəm qələbə qazanan Azərbaycan mühüm geostrateji reallıqlar yaradıb
18.07.2021 [09:26]
Ötən il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, bu tarixi qələbə son 18 ilə yaxın müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir. Təbii ki, Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə tarix yazıb. Eyni zamanda, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.
Yeni reallıqlar rifah və inkişaf vəd edir
Ölkəmiz həm də çox mühüm strateji presedentin əsasını qoydu. Belə ki, Azərbaycan 30 ilə yaxın mövcud olmuş Dağlıq Qarabağ münaqişəsini öz milli gücü ilə həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etməyə müvəffəq oldu. Bu, heç şübhəsiz, dünya siyasi tarixinin çox əlamətdar hadisələrindən biri, eləcə də ədalətin və beynəlxalq hüququn təntənəsidir.
Vacib nüanslardan biri budur ki, Azərbaycan tarixi Zəfər əldə etməklə olduqca mühüm geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır. Üstəlik, yeni reallıqlar təkcə Azərbaycan dövləti üçün deyil, həm də region xalqları və ölkələri üçün gələcək inkişaf və rifah naminə strateji əhəmiyyət daşıyır, mühüm perspektivlər vəd edir.
Azərbaycanın qlobal informasiya məkanında mövqeyinin möhkəmlənməsi strateji önəm daşıyır
Xüsusi vurğulamaq gərəkdir ki, postkonflikt mərhələsində Azərbaycan dövləti tərəfindən görülən işlər - irəli sürülən strateji təşəbbüslər möhtəşəm tarixi qələbəmizin möhkəmləndirilməsi, ölkəmizin informasiya-təbliğat və diplomatiya müstəvisində mövqeyinin gücləndirilməsi baxımından olduqca önəmlidir. Prezident İlham Əliyev müxtəlif tədbirlərdə tarixi-siyasi reallıqları diqqətə çatdıraraq Azərbaycanın prinsipial mövqeyini dəfələrlə ifadə edib. Xüsusilə də, Azərbaycan Prezidenti 44 günlük müharibə zamanı geniş auditoriyaya xitab edən transmilli media orqanlarına müsahibələr verməklə, ölkəmizin prinsipial mövqeyini ifadə etməklə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısı müxtəlif tədbirlər zamanı çıxışlarında postkonflikt mərhələsində də regional təhlükəsizlik və əməkdaşlıq məsələsinə, bu kontekstdə bölgənin gələcəyi ilə əlaqədar strateji önəm kəsb edən nüanslara dair konkret mesajlar verib. Bütün bunlar həm də Azərbaycanın gələcəyə aydın strateji baxışlarının olduğunu göstərir.
Sirr deyil ki, təcavüzkar Ermənistan xalqımıza qarşı çoxlu sayda cinayət əməlləri, vandalizm aktları törədib. Müxtəlif dövrlərdə, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı bu ölkənin hərbi-siyasi rəhbərliyi Azərbaycan əleyhinə terror və təxribat hərəkətlərinə yol verməklə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozub. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl və məqsədyönlü tədbirlər Ermənistanın sülh və insanlıq əleyhinə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə dolğun surətdə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bu, həm erməni vandalizminin ifşası, həm də ermənipərəst dairələrin qara piar kampaniyasının iflasa uğradılması üçün olduqca vacibdir. Məhz bütün bu sistemli və kompleks tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, Ermənistan havadarlarına əsaslanaraq yenidən özü üçün münbit informasiya mühitini yaratmaq niyyətini gerçəkləşdirə bilmir. Eyni zamanda, beynəlxalq mediaya nəzər yetirdikdə görürük ki, qalib Azərbaycanın haqlı, ədalətli və prinsipial mövqeyi dünya miqyasında geniş təbliğ olunur. Dünyanın nüfuzlu nəşrlərində Azərbaycan həqiqətlərinin təbliğ edildiyi, ermənilərin çirkin təbliğatının darmadağın olunduğu çox sayda informasiyaya və analitik materiallara rast gələ bilərik. Xüsusilə də, nüfuzlu ekspertlər, tanınmış jurnalistlər Azərbaycan Prezidentinin fikirlərinə və faktlara istinad etməklə Vətən müharibəsi zamanı və postkonflikt mərhələsində cərəyan edən hadisələr və proseslərin mahiyyəti barədə geniş məqalələlərlə çıxış edirlər.
Bütövlükdə, Azərbaycanın qlobal informasiya məkanında mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq ictimai rəyin ölkəmizin lehinə dəyişməsi yeni mərhələdə respublikamızın ardıcıl strateji nailiyyətlər qazanmasını təmin edən mühüm faktorlardan biri kimi çıxış edir.
Nurlan QƏLƏNDƏRLİ
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxHadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48

