Ana səhifə »  MEDİA »  Azərbaycançılıq ruhu, xalqımızın tarixi, adət-ənənələri milli rəqslərimizdə də öz əksini tapır
A+   Yenilə  A-
Azərbaycançılıq ruhu, xalqımızın tarixi, adət-ənənələri milli rəqslərimizdə də öz əksini tapır

Dövlətimizin daha da güclənməsində mühüm rol oynayan azərbaycançılıq ideologiyasının təbliği milli rəqslərimizdə, o cümlədən rəqqaslarımızın yaradıcılığında özünəməxsus yer tutur
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı nailiyyətlər qazanan Azərbaycan Respublikası məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli ideologiya və strategiya əsasında inkişaf edir. Heç şübhəsiz ki, bu inkişafda azərbaycançılıq ideologiyasının xüsusi payı var. Çünki Ümummilli Liderin əsasını qoyduğu azərbaycançılıq ideologiyası cəmiyyətimizin inkişafının ideya təməlini təşkil etməklə yanaşı, müstəqil Azərbaycan dövlətinin daha da güclənməsində mühüm rol oynayır. Ötən müddət ərzində istər ölkəmizdə yaşayan bütün xalqların vahid yumruq kimi birləşməsində, istərsə də xaricdə məskunlaşmış soydaşlarımızın Azərbaycanla əlaqələrinin daha da güclənməsində önəmli rol oynayan azərbaycançılıq ideologiyasının hansı dəyərə sahib olduğu 44 günlük Vətən müharibəsi zamanı bir daha təsdiqləndi.
Bütün bunlar isə həm də bir reallığı ortaya qoyur. Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində addımlar davamlı olmalıdır. Bu kontekstdə bir məsələni növbəti dəfə vurğulamağı özümüzə borc bilirik. Söhbət bu ideologiyanın təbliğində cəmiyyət olaraq üzərimizə düşən vəzifədən gedir. Yəni bu günə qədər olduğu kimi, bundan sonra da bu ideologiyanın təbliği istiqamətində dövlət qurumları ilə yanaşı, ictimai təsisatların, qeyri-hökumət təşkilatlarının, həmçinin ziyalıların, sənətçilərin, bir sözlə, hər birimizin üzərinə mühüm vəzifə düşür. Təbii ki, bu sırada rəqqaslarımız da var. Çünki azərbaycançılıq ideologiyasının təbliği milli rəqslərimizdə, o cümlədən rəqqaslarımızın yaradıcılığında da özünəməxsus yer tutur.
Bəlli olduğu kimi, ölkəmizin ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlərin açılış və bağlanış mərasimlərində təqdim edilən proqramlar rəqslərimizin, musiqimizin, milli geyimlərimizin və digər mədəniyyət nümunələrimizin dünya miqyasında təqdimatında da əvəzsiz rol oynayır. Ölkəmizə gələn qonaqlar milli mədəniyyət nümunələrimizi böyük maraqla qarşılayır və heyranlıqlarını gizlətmirlər. Heç şübhəsiz, bu da azərbaycançılıq ideologiyasının təməl prinsiplərinə müvafiq olaraq ölkəmizin dünyada tanıdılması istiqamətində görülən işlərə verilən daha bir dəstəkdir.
Lakin rəqslərimizin azərbaycançılıq ideologiyasının təbliğində oynadığı rol təkcə bununla tamamlanmır. Məlum olduğu kimi, rəqslərimiz milyon illərdən bəri həyat tərzimizdə, mədəniyyətimizdə özünə layiqli yer tutan qədim incəsənət növüdür. Rəqslərimiz Azərbaycan xalqının tarixi qədər qədimdir desək, yanılmarıq. Əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər ritual və ov rəqsləri olub. Sənətşünasların bildirdiyinə görə, ibtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs edirdilər. Bu cəhətdən Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlər səciyyəvidir. Qobustanda qayaüstü rəsmlərdə qədim insanların bizim hazırda “Yallı” kimi tanıdığımız rəqsəbənzər ifasının əks olunması rəqslərimizin qədimiliyinə danılmaz sübutdur. Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb.
Azərbaycanda rəqs sənəti məişətdə, xalqımızın adət-ənənəsində müəyyən mövqe tutur. Bu da ölkənin tarixində, xalqın mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyət daşıdığının göstəricilərindən sayılır. Xalq şənliklərini, toy mərasimlərini, bayramları rəqssiz təsəvvür etmək qeyri-mümkündür.
Rəqslərdən danışarkən bildirək ki, bunlar içərisində “Yallı” rəqsi xüsusi yer tutur. Xalqımızın kütləvi rəqslərindən olan yallılar çeviklik, mətanət və zəhmət tələb edir. Milli rəqslərimizin fövqündə insanlara birlik təlqin edən “Yallı” rəqsi dayanır. Bu rəqs insan qəlbində pak duyğular oyadır, onu vətənpərvərlik hissləri ilə doldurur.
Əsrlərdir, Azərbaycanın istedadlı rəqqasları milli rəqslərimizi yaşadıblar, təbliğ ediblər. Rəqqaslarımız öz ifalarında milli elementləri qoruyub saxlamaqla onları xeyli inkişaf etdirməyə müvəffəq olublar.
Məsələ ilə bağlı Əməkdar artist, Bakı Xoreoqrafiya Akademiyasının incəsənət fakültəsinin dekanı, baş müəllim Sənan Hüseynli qəzetimizə açıqlamasında bildirib ki, xalqımızın tarixi, adət-ənənələri, azərbaycançılıq ruhu, bir sözlə, xalqımıza xas olan bütün xüsusiyyətlər rəqslərimizdə öz əksini tapır: “Öncə onu deyim ki, azərbaycançılıq ideologiyası ayrı-ayrı şəxslərin düşüncə və duyğularına hakim kəsilən təsəvvürlərin məcmusunu, onların özlərinin, ailələrinin, xalqının, Vətəninin sabahı naminə arzularını əks etdirir. Məlumdur ki, xalqımıza xas olan bütün xüsusiyyətlər, həmçinin rəqs vasitəsilə ötürülərək bu günümüzə qədər gəlib çatıb. Ümumiyyətlə, hər bir xalqın rəqsinə baxsaq, orada həmin xalqın ruhunu, igidliyini hiss edə bilərik. Mən bu fikri öz milli rəqslərimizə də şamil edirəm. Rəqslərimizə nəzər yetirsək, kitablarda yazılmayan bir tariximizi oxuya bilərik. Milli rəqslərdə xalqın özünəməxsusluğu, adət-ənənələri, döyüş ruhu, vətənpərvərliyi, inkişaf səviyyəsi əks olunur”.
Azərbaycançılıq ideologiyasında vətənpərvərlik amilinin də mühüm yer tutduğunu deyən S.Hüseynli bildirib ki, vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir: “Bildiyiniz kimi, Azərbaycan xalqı əsrlərboyu müharibələr görüb, hücum və basqınlara məruz qalıb. Tarixin bütün keşməkeşli yollarını aşaraq geridə qoyan xalqımız düşmən basqınlarına mərdliklə sinə gərib, qəhrəmanlıq göstərib, gücünü, qüvvəsini səfərbər edib, son nəticədə döyüşdən qalib çıxıb. Onu da deyim ki, hələ qədimlərdə Azərbaycanda döyüşə gedənləri ruhlandırmaq üçün “cəngi”lər çalınar, aşıqlar xalqı qələbəyə səsləyərdilər. Düşmən üzərində çalınan hər bir qələbə, zəfər böyük xalq bayramlarına çevrilərdi. İgidlərin şəninə dastanlar qoşular, mahnılar bəstələnər, qələbə sevincini əks etdirən müxtəlifməzmunlu rəqs havaları yaradılardı. “Cəngi”, “Beşaçılan”, “Qəhrəmani”, “Pəhləvani”, “Misri”, “Süvarilər rəqsi”, “Çaparlar rəqsi” və başqaları belə rəqslərdəndir. Çalışırıq ki, müasir dövrdə də rəqsin dili ilə xalqımızın mərdliyini, qələbəmizi göstərək”.
Müsahibimiz onu da deyib ki, İkinci Qarabağ müharibəsindən sonra qəhrəmanlıq və cəngavərlik mövzusunda yeni rəqslərin hazırlanması üçün bizim xoreoqraflara tapşırıq verilib: “Artıq hazırlıq işləri görülür. Rəqslər hazırlanır, kliplər çəkilir. Rəqqaslar bizim ordumuzun döyüş ruhunu rəqs vasitəsilə nümayiş etdirirlər. Bu da bir vasitədir ki, müharibə anını canlandıraq və insanlarımız görsünlər ki, bizim əsgərlərimiz necə igidliklə döyüşüblər, bu zəfəri bizə yaşadıblar”.
Onun sözlərinə görə, milli rəqslərin xalqımızın maddi-mənəvi sərvəti olduğunu unutmamalıyıq, onları mahiyyəti üzrə qoruyub inkişaf etdirməliyik: “Bu gün Bakı Xoreoqrafiya Akademiyasında rəqslərimizin xüsusiyyətlərini, o cümlədən xalqımızın adət-ənənələrini və azərbaycançılıq ideologiyasını şagird və tələbələrimizə öyrətməyə çalışırıq. Bildiyiniz kimi, rəqslər də milli ideologiyamızın təbliğində böyük rol oynayır. Buna görə övladlarımızı kiçik yaşlarından xalq rəqslərimizlə tanış etməliyik. Bütün imkanlardan istifadə etmək lazımdır ki, bizim gələcək nəsillərimiz öz rəqslərimiz haqqında məlumatlı olsunlar”.
Azərbaycan Respublikasınin Əməkdar artisti, Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi, incəsənət fakültəsinin dekan müavini Eteri Cəfərova isə bildirib ki, hər bir ansamblın repertuarında qəhrəmanlıq rəmzi olan rəqslər yer almalıdır: “Azərbaycan rəqsləri özündə qədim və zəngin tarixi daşıyır. Azərbaycan xalqı əsrlərboyu rəngarəngliyi və coşqunluğu ilə insanı valeh edən rəqslər yaradıb. Fikrimcə, hər bir ansamblın repertuarında qəhrəmanlıq rəmzi olan rəqslər yer almalıdır. Qələbəmiz, birliyimiz əks olunmalıdır. Rəqsləmizlə biz bu Qələbə bayramını yenidən yaşatmalıyıq və bütün dünyada bunu göstərməliyik. Gənc xoreoqraflar bizim xalq rəqslərimizin, baletimizin tarixini mütləq bilməlidirlər. Köklərimizi, tariximizi dəyişmədən yeni üslublar, yeni hərəkətlər, yeni rəqslər qurmaq bacarığı olmalıdır”.
E.Cəfərova onu da xatırladıb ki, xalqımızın xoreoqrafiyasında müxtəlif xarakterli çox rəqs olub. Bu zəngin mənəvi sərvət sadədən mürəkkəbə doğru inkişaf edərək saflaşıb, cilalanıb və büllurlaşıb. Kütləviliyi ilə seçilən milli rəqslərimiz məzmun yükünə görə də olduqca qiymətlidir: “Belə ki, hər bir hərəkət özlüyündə böyük bir məna kəsb edir. Ən sadə fikir və hisslərdən başlayaraq dərin duyğuları, iztirabları, sevinci, kədəri, ümumilikdə, mənəvi yaşantıları fiziki hərəkətlərlə ifadə etmək ən səlis və qeyri-adi ünsiyyətdir. Dünyanın heç bir yerində Azərbaycandakı kimi, 111 rəqs növü mövcud deyil. Bu, xalqımızın musiqi və rəqs sənətinin yaradıcısı olmasını göstərən faktlardandır. Hər rəqs özündə bir mənanı, tarixi, incəsənəti yaşadır”.
Bildirilib ki, milli rəqslərimizin hər birinin özünəməxsus musiqisi, geyimi və süjet xətti var: “Azərbaycan rəqs sənəti çox zəngindir. Rəqslərdəki incəliyi, zərafəti, eləcə də mərdliyi, kişi əzəmətini nümayiş etdirmək üçün milli rəqs geyimlərinin də önəmi böyükdür. Çünki geyimlə hərəkət böyük bir vəhdət təşkil edir. Milli rəqs geyimlərimizdəki naxışlar, işləmələr, aksesuarlar, rənglərin ahəngi musiqi və rəqs elementləri ilə birləşdikdə möhtəşəm bir görüntü ortaya çıxır. Buna görə də rəqsin quruluşu, ifa edənin bacarığı qədər geyimin də əhəmiyyəti böyükdür. Odur ki, rəqslərimizdə və geyimlərimizdə milliliyimizi qorumalıyıq”.
Beləliklə, bütün bu sadalananlar bir daha azərbaycançılıq ideologiyasının təbliğinin milli rəqslərimizdə, o cümlədən rəqqaslarımızın yaradıcılığında da özünəməxsus yer tutduğunu təsdiqləyir. Bu, həm də onu deməyə əsas verir ki, azərbaycançılıq ideologiyasının təbliğində özünəməxsus rol oynayan rəqslərimizi də qorumaq, təbliğ etmək, gələcək nəsillərə çatdırmaq hamımızın mənəvi borcu olmalıdır.
Müşfiqə BAYRAMLI

 
  • Oxunub:  2040  |  
  • Tarix:  10-06-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
30 İyul 12:18
Paytaxt üzrə birinci sinfə qəbulla bağlı 44 min 975 elektron müraciət daxil olub
30 İyul 11:52
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
30 İyul 11:41
Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA