Ana səhifə »  MEDİA »  Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında dostluğa və qarşılıqlı faydalı əməkdaşlığa söykənən əlaqələr mövcuddur
A+   Yenilə  A-
Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında dostluğa və qarşılıqlı faydalı əməkdaşlığa söykənən əlaqələr mövcuddur

İki ölkə arasındakı  münasibətlər enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, elm və təhsil, hərbi-texniki sahələrdə genişmiqyaslı tərəfdaşlığı əhatə edir

(əvvəli ötən sayımızda)

 

Millət vəkili onu da deyib ki, kənd təsərrüfatı sahəsində yüksək inkişafa malik İsrailin təcrübəsi Azərbaycan üçün olduqca vacib xarakter daşıyır: “Həmin dövrdə “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında” Anlaşma Memorandumu da imzalandı ki, bu da gələcək inkişafın məqsədlərini, istiqamətlərini təyin etməkdə əsaslı rol oynadı. Bunun nəticəsidir ki, bu gün Azərbaycan-İsrail münasibətləri pozitiv və əsl strateji tərəfdaşlıq xarakteri daşıyır”.

Millət vəkili bildirib ki, İsrail Dövləti Azərbaycanın ümummilli problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də hər zaman ədalətli mövqeyi ilə seçilib. İsrail Dövlətinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin tərəfdarı kimi çıxış etməsi, bu məsələdə ölkəmizi dəstəkləməsi olduqca mühüm məqamlardandır. “Bu gün dünyada artan antisemitizm meyilləri sülhə və birgəyaşayışa əsaslı təhdidlər yaradır. Dünyanın bir sıra ölkələrində, istər Avropada, istərsə də Qərbdə ayrı-seçkiliklərin müşahidə olunması, hətta terrora əl atılması mədəni, multikultural dəyərlərin sıxışdırılmasına gətirib çıxarır. Bu, yolverilməzdir. Azərbaycan isə əksinə, hər zaman dinlərarası, sivilizasiyalararası inteqrasiyanın tərəfdarı kimi çıxış edir. Misal olaraq nəzər yetirdikdə, yerləşdiyimiz regionda çoxmillətli ölkə olan Azərbaycanın multikulturalizmi bir dəyər kimi təqdim etməsinin şahidi oluruq. Ermənistan isə faşist mahiyyətindən irəli gələrək monoetnik bir ölkəyə çevrilib. Bunun qarşısının alınması, dünyada birgəyaşayış mədəniyyətinin vacibliyinin aşılanması üçün Azərbaycan-İsrail münasibətlərinin daha da dərinləşdirilməsinə ehtiyac duyulur”, - deyən millət vəkili iki dövlət arasındakı əlaqələrin həm də təhlükəsizlik platformasını əhatə etdiyini bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə İsrailin Müdafiə naziri Aviqdo Libermanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri müdafiə sahəsindəki əməkdaşlığın genişləndirilməsinə yaxından kömək edib. E.Mirbəşir qeyd edib ki, keçirilən görüşlərdə regional təhlükəsizlik, iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlifixtisaslı mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdu: “Bəli, bir çox dövlətlərdən, o cümlədən Avropa dövlətlərindən fərqli olaraq, Azərbaycanda heç bir antisemitizm hadisəsinin qeydə alınmaması müsəlmanlarla yəhudilərin dinc yaşamalarının və bir-birinə hörmət bəsləmələrinin daha bir təzahürüdür. Əksinə, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan bu gün yəhudi icmasının evinə çevrilib. Ölkəmizdə səkkiz sinaqoq fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə İsmayıllı rayonunun Mücü kəndində çoxəsrlik yəhudi qəbiristanı bərpa edilib. Müqəddəs Tövrat AMEA-nın Şərqşünaslıq İnstitutunda ilk dəfə Azərbaycan dilinə tərcümə edilib. Hazırkı yüksək əməkdaşlıq tarixi ənənəyə söykənən Azərbaycan-İsrail əlaqələrinin gələcək inkişafının da pozitiv şəkildə davam edəcəyini, dostluğa əsaslanan təməlin daha da möhkəmlənəcəyini deməyə əsas verir”.

Tərəflər arasındakı çoxşaxəli əməkdaşlığın geniş potensialı və yaxşı perspektivləri var

Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə də iki dövlət arasında olduqca yüksəksəviyyəli münasibətlərin mövcud olduğunu bildirib. Millət vəkili qeyd edib ki, bu münasibətlər və əlaqələr möhkəm təməllər üzərində qurulub və qədim tarixə malikdir. İki xalqın minillik birgəyaşayış tarixinə malik olduğunu söyləyən A.Mollazadə deyib ki, bu uzun tarixdə azərbaycanlılar və yəhudilər qardaşlıq, əmin-amanlıq və əməkdaşlıq şəraitində yaşayıb, fəaliyyət göstəriblər. Xalqlar arasındakı bu qədim və möhkəm dostluğun dövlətlərarası münasibətlərə də öz təsirini göstərdiyini vurğulayan millət vəkili Azərbaycan və İsrail dövlətləri arasında çoxşaxəli əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu əməkdaşlıq, eyni zamanda, təhlükəsizlik məsələlərini də əhatə edir: “Azərbaycan dövləti hər zaman sülh və əmin-amanlığı, birgəyaşayışı, bir sözlə desək multikulturalizmi dəstəkləyir. Ölkəmizdəki tolerantlıq, xalqlar arasındakı möhkəm dostluq telləri, o cümlədən dövlətimizin bütün vətəndaşlarına - milliyyətindən, dinindən və dilindən asılı olmayaraq bərabər hüquqları tanıması multikultural nümunəyə çevrilməyimizdə əsaslı rol oynayıb. Bu mənada, İsrail dövləti ilə Azərbaycan arasındakı əməkdaşlıq da olduqca nümunəvidir. Bir məqamı xüsusi vurğulamaq gərəkir ki, xalqlar, dövlətlər arasındakı bu yüksək əlaqələr yalnız bizim bölgə ilə məhdudlaşmır. Bu gün bütün dünyada yaşayan azərbaycanlılar və yəhudilər əməkdaşlıq edirlər. Hətta son hadisələr zamanı İsraildə minlərlə vətəndaş küçələrdə Azərbaycana dəstəklərini ifadə etdilər. Bu, olduqca mühüm bir məqamdır və dostluğun faktiki nümayişidir”.

A.Mollazadə onu da vurğulayıb ki, dövlətlərarası münasibətlərin yüksək səviyyədə inkişaf etməsində strateji məqamlardan biri də iqtisadi platformada olan əlaqələrin mövcudluğudur. Azərbaycanın İsrailin enerji təminatında böyük rol oynadığını diqqətə çatdıran millət vəkili iki dövlət arasında milli texnologiyalar, səhiyyə, aqrar və digər istiqamətlərdə ciddi əməkdaşlıqların olduğunu deyib. Onun sözlərinə görə, İsrailin kənd təsərrüfatının inkişafı istiqamətindəki böyük təcrübəsindən bu gün Azərbaycanda da istifadə olunur. “Kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə texnoloji yeniliklər İsrailin təcrübəsindən yararlanmağa şərait yaradır. Xüsusilə suvarma sahəsində əldə olunan nailiyyətlər aqrar inkişafa böyük töhfələr verir. Vurğuladığım kimi, artıq bu texnologiyalardan Azərbaycanda da istifadə edilir. Bütövlükdə götürsək, əməkdaşlığın digər sahələr üzrə də inkişafında böyük potensial mövcuddur və fikrimcə, biz bu əməkdaşlığı genişləndirməliyik. Çox mühüm bir sahə kimi humanitar sahədəki əməkdaşlığımızı da xüsusi vurğulamaq istəyirəm. İki dövlət arasındakı yüksək münasibətlər, həm də elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə və məqsədli olmasına imkan verir. Azərbaycanın sivilizasiyalararası, mədəniyyətlərarası, millətlərarası və ən əsası minillik tarixi olan multikulturalizm təcrübəsi İsraildə yüksək qiymətləndirilir. Biz, həm də bu təcrübəni dünyaya çatdırmaq üçün əməkdaşlığı genişləndirməliyik. Bu gün dünyanın bir sıra bölgələrində çox təhlükəli proseslər gedir. Avropa Şurasında keçirilən iclaslar zamanı da bunu dəfələrlə vurğulamışam ki, xüsusilə ksenofobiya, antiislamizm, antisemitizm, rasizm müasir Avropada genişlənir və təhlükəli hal alır. Yeni faşist mahiyyətə malik siyasi təşkilatlar fəaliyyətə başlayıb. Bu mənada, qeyd edilən təhlükələr bizi birləşdirir. Düşünürəm ki, bu kimi sülhə və təhlükəsizliyə, birgəyaşayışa təhdid yaradan amillərə qarşı Azərbaycan və İsrail birgə mübarizə aparmalıdır”, - deyən millət vəkili onu da vurğulayıb ki, İsrail dövləti ölkəmizin üzləşdiyi təcavüz, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi məsələsində də birmənalı mövqe nümayiş etdirir. A.Mollazadə vurğulayıb ki, İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir. Bununla yanaşı, İsrail dövləti dəfələrlə beynəlxalq təşkilatları bu münaqişə ilə bağlı qətnamələrinin icrasına dəvət edib: “Bu gün Azərbaycan Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı Ermənistanı sülhə məcburetmə əməliyyatları həyata keçirir. İsrail dövləti bu məsələdə bizə bütün mümkün dəstəyi verir. Ölkəmizin üzləşdiyi işğal siyasətinin sona çatdırılması ilə bağlı apardığımız mübarizədə İsrailin verdiyi dəstək isə dövlətlərarası münasibətlərin gələcək inkişafında da mühüm əhəmiyyətə malik olacaq”.

Millət vəkili onu da əlavə edib ki, bu gün iki ölkənin xaricdə yaşayan diaspora ilə arasındakı münasibətlər də dostluğa və əməkdaşlığa əsaslanır. Bir neçə ölkədə fəaliyyət göstərən yəhudi təşkilatlarının, yəhudi diasporasının birmənalı şəkildə Azərbaycan dövlətini dəstəklədiyini deyən A.Mollazadə onu da bildirib ki, həmin diasporanın üzvləri Azərbaycanın ədalətli və haqqa söykənən mübarizəsinin mahiyyəti ilə bağlı aparılan təbliğatda yaxından iştirak edirlər. Millət vəkili qeyd edib ki, Azərbaycan diasporası yeni formalaşmaqdadır və bu səbəbdən bir sıra dövlətlərdə mövcud olan güclü yəhudi icmaları, diasporası xaricdə yaşayan azərbaycanlılara hərtərəfli dəstək verirlər: “Mən bunun dəfələrlə şahidi olmuşam. Bilindiyi kimi, ABŞ-ın Kaliforniya ştatında radikal erməni terror təşkilatları fəaliyyət göstərir və bu gün Kaliforniyada, eləcə də digər ştatlarda yəhudi təşkilatları ölkəmizi dəstəkləyirlər. Mən bir məqamı xüsusi vurğulamaq istərdim ki, İsrail Dövlətinin Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində, əlaqələrin gücləndirilməsində maraqlı olmasının bir neçə amili var. Burada bizim tarixi birgəyaşayışımızla yanaşı, hər zaman sülhün tərəfdarı olmamız böyük önəm daşıyır. İsraildə çox gözəl anlayırlar ki, Ermənistan bölgənin ən böyük antisemitizmə malik dövlətidir. Bu gün Ermənistanda heç bir yəhudi yaşaya bilmir. Bunun əsasında isə faşizmə söykənən erməni ideologiyası dayanır. “SS”in canisinə - Qaregin Njdeyə Ermənistan hakimiyyəti abidə ucaldıb. Bu həmin şəxsdir ki, II Dünya Müharibəsi zamanı yəhudilərin və sovet vətəndaşlarının qətlində günahlandırılıb və hərbi cinayətkardır. Ümumiyyətlə, “SS”in muzdlu qatillərinin hər biri hərbi cinayətkar olublar. Ermənilərin də bütünlükdə ideologiyaları məhz bu mahiyyət - faşizm üzərində qurulub”.

İki ölkə arasındakı münasibətlərin gələcək inkişafına gəldikdə isə, Asim Mollazadə deyib ki, dostluq və əməkdaşlığın genişlənməsi üçün böyük bir potensial mövcuddur. Millət vəkili bildirib ki, elm, mədəniyyət, təhsil sahələrində, o cümlədən qarşılıqlı maraq kəsb edən iqtisadi əlaqələri inkişaf etdirərək əməkdaşlığı dərinləşdirə bilərik. Biz ortaq dəyərlərimzi birgə müdafiə etməyə qadirik.

Pərviz SADAYOĞLU

 
 
  • Oxunub:  4320  |  
  • Tarix:  07-11-2020  |  
  •    Çap et   |  
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək

28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb
28 İyul 18:08
Anar Məmmədov: Ermənistanın revanşist qüvvələri müharibədən nəticə çıxarmalıdırlar
28 İyul 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub
28 İyul 17:58
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
28 İyul 17:27
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır
28 İyul 17:22
Beynəlxalq münasibətlərdə Azərbaycanın sözü imzası qədər qüvvətlidir
28 İyul 17:20
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir
28 İyul 17:14
Dövlət Miqrasiya Xidmətində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
28 İyul 16:46
Azərbaycana ən çox Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları gəliblər
28 İyul 16:43
Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb
28 İyul 16:33
Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub
28 İyul 16:23
Prezident Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinə10 milyon manat ayırıb
28 İyul 16:07
Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib
28 İyul 16:02
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir
28 İyul 15:29
3 saylı “ASAN Kommunal” mərkəzinin açılış mərasimi keçirilib
28 İyul 15:25
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur
28 İyul 15:18
Azərbaycan Prezidenti keçirdiyi son görüşlərdə regionda yaranmış yeni reallıqlar barədə mühüm açıqlamalar verib
28 İyul 15:03
Bu ilin altı ayında ölkəmizdə müvəqqəti yaşama icazəsi ilə bağlı müraciətlərin sayı artıb
28 İyul 14:53
YAP və AK Parti Gəncədə birgə mətbuat konfransı keçirib
28 İyul 14:52
Dövlət Miqrasiya Xidmətində 2021-ci ilin altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilir
28 İyul 14:43
Casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə iclası keçirilib
28 İyul 14:26
DİM tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib
28 İyul 14:03
Hikmət Babaoğlu: Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi mühüm tarixi addım kimi səciyyələndirilməlidir
28 İyul 13:48
Malik Həsənov: İmzalanan Bakı Bəyannaməsi, 2022-ci il üçün qəbul olunan qərar hədəflərin təqdimatıdır
28 İyul 13:47
Səbinə Xasayeva: Vahid turizm məkanının yaradılması turistlərin Azərbaycana cəlb edilməsində əhəmiyyətli rol oynayacaq
28 İyul 13:44
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır
28 İyul 13:02
Ombudsman sərhəddə baş verən gərginliklə bağlı bəyanat verib
28 İyul 13:00
Oktyabrda Bakıda “Rebuild Karabakh 2021” sərgisi keçiriləcək
28 İyul 12:36
Zəfər Düşərgəsinin iştirakçıları qazilərimizlə görüşüblər
28 İyul 12:32
ANAMA mütəmadi olaraq maarifləndirici təlimlər keçirir
28 İyul 12:11
Azərbaycanda pandemiya dövründə heç bir layihənin təxirə salınmaması insanların rifahının yaxşılaşdırılmasının dövlətimiz üçün prioritet olduğunu göstərir
28 İyul 12:07
Azərbaycanın xarici işlər naziri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
28 İyul 12:07
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilib
28 İyul 11:49
Ceyhun Bayramov: Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək
28 İyul 11:48
Bakı Ali Neft Məktəbində xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüş
28 İyul 11:27
Azərbaycanın Əfqanıstana yeni səfiri təyin olunub
28 İyul 11:05
Azərbaycan neftinin bir bareli 74,38 dollara satılır
28 İyul 11:01
İyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günüdür
28 İyul 10:49
XİN: Dövlət sərhədində vəziyyəti gərginləşdirməyin məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir
28 İyul 10:44
Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir - MN
28 İyul 10:24
Avropa İttifaqı Azərbaycan üçün yaxın tərəfdaşdır
28 İyul 10:18
Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir
28 İyul 10:14
Mustafa Şəntop: Ermənistan törətdiyi təxribatların nəticələrini nəzərə almalıdır
28 İyul 10:07
TBMM-in sədri: Azərbaycan-Türkiyə-Pakistan dostluğu böyük gələcək vəd edir
28 İyul 10:00
Mustafa Şəntop: Əminəm ki, aramızdakı dostluq və qardaşlıq daha da möhkəmlənəcək
28 İyul 09:23
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradılıb
28 İyul 08:58
Qənimət Zahid-Əli Kərimli cütlüyü yenə də erməni təxribatına dəstək verir
28 İyul 08:56
Ermənistanda parlamentə rəhbərlik məsələsində iqtidar və müxalifət arasında qarşıdurma yaranıb
28 İyul 08:54
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 İyul 08:52
Analar övladlarını ən azı 6 aya qədər ana südü ilə qidalandırmalıdırlar
28 İyul 08:48
İnsan hüquq və azadlıqlarının qorunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir
27 İyul 21:57
Numan Kurtulmuş: Gəncədəki dağıntılar insanlıq əleyhinə cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir
27 İyul 21:24
Ombudsman AŞPA nümayəndələrini Ermənistanın cinayətləri barədə məlumatlandırıb
27 İyul 21:19
Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib
27 İyul 20:53
Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətlərinin izləri ilə tanış olub
27 İyul 20:44
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək
27 İyul 20:41
“İrəli” İctimai Birliyi “Marş irəli” layihəsinə start verib
27 İyul 20:06
Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
27 İyul 20:00
Deputat: Qələbə və inkişafa yönəlmiş düzgün siyasət bizi vahid məqsədə çatdırdı
27 İyul 19:59
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb
27 İyul 19:49
Azərbaycanın xarici işlər naziri ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb
27 İyul 18:57
Sahil Babayev: Azərbaycan-Serbiya əməkdaşlığı genişlənərək iqtisadiyyatın bir sıra sahələrini əhatə edəcək
27 İyul 18:40
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atəşə tutulub
27 İyul 18:06
Azərbaycan-Serbiya biznes forumu keçirilib
27 İyul 17:38
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası təsdiqlənib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA