Ana səhifə »  MEDİA »  Azərbaycanda heyvandarlığa dövlət dəstəyinin göstərilməsi bu sahənin inkişafını stimullaşdırır
A+   Yenilə  A-
Azərbaycanda heyvandarlığa dövlət dəstəyinin göstərilməsi bu sahənin inkişafını stimullaşdırır

Bunun nəticəsində regionlarda heyvandarlıq məhsullarının istehsalı artır
(əvvəli ötən sayımızda)

Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən, hazırda rayonda 7 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 3 min 672 baş inək və düyədən cari ilin 8 ayı ərzində 3 min 177 baş buzov alınıb. Hər 100 baş ana inəyə 86 baş buzov düşür. Doğulan buzovlara görə maldarlara 317 min 700 manat subsidiya ödənilib.
Bu ilin 9 ayını uğurla başa vuran rayonlar sırasında Kürdəmir də var. Belə ki, Kürdəmir rayonunun heyvandarları cari ilin doqquz ayını bir sıra nailiyyətlərlə başa vurublar. Verilən məlumatlara əsasən, əsas göstəricilər üzrə məhsul istehsalı ötən ilin müvafiq dövründəkindən çox olub. Doqquz ayda diri çəkidə 6968,6 ton ət istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,5 ton çoxdur. Habelə, süd istehsalı 1630 ton artaraq 35 min 796 tona çatıb. Quşçuluq sahəsində də nəticə yaxşı olub. Təkcə 22 milyon 507 min ədəd yumurta götürülüb ki, bu da əvvəlki illə müqayisədə 245 min ədəd çoxdur.
Eyni zamanda Göyçayda da cari ilin doqquz ayında heyvandarlıq məhsulları istehsalı üzrə bir sıra göstəricilər uğurlu olub. Rayon Statistika İdarəsindən bildirilib ki, süd istisna olmaqla, heyvandarlıq məhsulları üzrə qalan göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, diri çəkidə ət istehsalı 89,2 ton artaraq 5982,2 ton olub. Habelə yumurta istehsalı 2 milyon 642 min ədəd artıb və 18 milyon 790 min ədədə çatıb. Yun istehsalı da 4 ton artaraq 124 ton təşkil edib.
Heyvandarlıq Qəbələ rayonunun kənd təsərrüfatında da aparıcı sahələrdəndir. Son illər heyvandarlar süni mayalandırma yolu ilə inəklərin cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar. Belə ki, 2020-ci ilin 9 ayında rayonun şəxsi və fermer təsərrüfatlarında 6283 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə təsərrüfatlarda süni mayalanma yolu ilə 3549 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Buzovların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 246 baş artıb.
Rayon Statistika İdarəsindən KİV-ə verilən məlumata əsasən, heyvanların cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərir. Belə ki, 9 ayda rayonda 31 min 958,8 ton süd istehsal olunub. Süd istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 468,8 ton artıb. Bu müddət ərzində təsərrüfatlarda diri çəkidə 3 min 474,6 ton ət, 17 milyon 223 min ədəd yumurta, 413 ton yun istehsal olunub.
İmişlidə heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verilən əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olub.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə etməyə marağı daha da artırıb.
Hazırda İmişlidə 6 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 2229 baş inək və düyədən 1060 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara, ümumilikdə, 106 min manat subsidiya ödənilib. Qeyd edək ki, hazırda İmişlinın heyvandarlıq təsərrüfatlarında 95 min 397 baş iribuynuzlu mal-qara saxlanılır. Onların da əksəriyyəti süni mayalanma yol ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.
Hacıqabulda heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir, hərtərəfli qayğı göstərilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Görülən işlər nəticəsində də rayonda mal-qaranın baş sayı, ət və süd istehsalı artır.
Hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 35 min 164 baş iribuynuzlu mal-qara, 130 min 242 baş qoyun-keçi bəslənilir. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət və süd istehsalının da artmasına güclü təsir göstərib.
Cari ilin doqquz ayı ərzində rayonda 9 min 916 ton ət (diri çəkidə), 16 min 860 ton süd, 250 ton yun istehsal olunub ki, bu da 2019-cu ilin eyni dövründə istehsal olunan ətdən 58 ton, süddən 2 min 337 ton, yundan isə 16 ton çoxdur.
Ölkəmizin cənub bölgəsində yerləşən Yardımlıda isə oktyabrın 1-nə olan məlumata əsasən, 28837 baş iribuynuzlu mal-qara mövcud olub. Onlardan 14753 başı inək və camışdır. Davarların sayı isə 87552 başdır. Yardımlı Rayon Statistika İdarəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda mal-qaranın sayı 69 baş, o cümlədən inək və camışın sayı 124 baş artıb. Rayonun heyvandarlıqla məşğul olan təsərrüfatlarında bu dövrdə 24369 sentner ət, 182467 sentner süd, 10350 min ədəd yumurta, 1591 sentner yun istehsal edilib.
Cənub bölgəsinin başqa bir rayonu Biləsuvarda da aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 5 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrdə mütəxəssislər tərəfindən mayalanma aparılan 1097 baş inək və camışdan 498 baş bala alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 baş çoxdur. Süni mayalanma yolu ilə alınan buzovlara görə mal sahiblərinə 49 min 800 manat subsidiya ödənilib.
Lənkəran rayonunda heyvandarlıq məhsullarının istehsalı sahəsində dinamik inkişaf davam etməkdədir. Bu ilin doqquz ayı ərzində rayonda bütün təsərrüfatlar üzrə diri çəkidə 4765 ton ət, 25638,5 ton süd və 15039,0 min ədəd yumurta, 40 ton yun istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,2 faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 1,8 faiz, yun istehsalı isə 1,5 faiz artıb. Bundan başqa, rayonda 6199 kiloqram barama istehsal olunub. Bu müddətə rayonda 52991 baş iribuynuzlu mal-qara, o cümlədən 24326 baş inək və camış qeydə alınıb. Ötən ilin müvafiq dövrünə nisbətən qoyun və keçilərin sayı 23439 baş olmaqla, 30 baş və ya 0,1 faiz artıb. Doqquz ayda rayonun quşçuluq müəssisələrində diri çəkidə 148,0 ton (ötən il 126,2 ton) quş əti və 163,0 min ədəd yumurta istehsal olunub.
Ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da aqrar sahənin, o cümlədən heyvandarlığın inkişafı diqqət mərkəzindədir. Bunu cari ilin 9 ayına olan statistik məlumtlar da təsdiqləyir. Həmin məlumatlara əsasən, muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı bu ilin 1 oktyabr tarixinə 121 min 892 baş, qoyun və keçilərin sayı 755 min 760 baş olub ki, bu da ötən ilin eyni tarixinə olan göstəriciləri 1,7 və 1,9 faiz üstələyib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən KİV-ə bildirilib ki, kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2020-ci ilin yanvar-sentyabr aylarında da diqqətdə saxlanılıb, 42 heyvandarlıq təsərrüfatının yaradılması, 16 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 19 heyvandarlıq təsərrüfatının yaradılması, 7 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 heyvandarlıq kompleksində yenidənqurma işləri davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə cari ilin yanvar-sentyabr aylarında 8 milyon 133 min 700 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 15,8 faiz çoxdur.
Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılıb, müasir infrastruktur obyektlərinin tikintisi davam etdirilib.
Cari ilin ötən dövründə heyvandarlıq təsərrüfatlarında 10 min 310 baş inək, düyə və camış süni yolla mayalandırılıb, ötən il və cari il də daxil olmaqla mayalandırılmış inək, düyə və camışlardan 7 min 213 baş sağlam bala alınıb.
Sonda onu da qeyd etmək yerinə düşər ki, heyvandarlığın inkişafını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi eyni zamanda rayonlarda heyvanların xəstəliklərdən qorunması üçün də fermerlərə hərtərəfli dəstək göstərir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir. Rayonlarda həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu heyvanlar arasında nodulyar dermatit, dabaq, bruselyoz, leptespiroz, xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, bruselyoz, çiçək, donuzlar arasında qarayara, klassik taun, quşlar arasında isə nuykasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Nadir AZƏRİ

 
  • Oxunub:  3780  |  
  • Tarix:  04-11-2020  |  
  •    Çap et   |  
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək

28 İyul 22:15
Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
28 İyul 21:42
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
28 İyul 21:38
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
28 İyul 19:35
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatır
28 İyul 19:33
Hesablama Palatası Dünya Bankının hesabatında
28 İyul 18:10
Azərbaycanda koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb
28 İyul 18:08
Anar Məmmədov: Ermənistanın revanşist qüvvələri müharibədən nəticə çıxarmalıdırlar
28 İyul 18:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldova nümayəndə heyəti ilə görüş olub
28 İyul 17:58
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
28 İyul 17:27
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır
28 İyul 17:22
Beynəlxalq münasibətlərdə Azərbaycanın sözü imzası qədər qüvvətlidir
28 İyul 17:20
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir
28 İyul 17:14
Dövlət Miqrasiya Xidmətində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
28 İyul 16:46
Azərbaycana ən çox Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları gəliblər
28 İyul 16:43
Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb
28 İyul 16:33
Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub
28 İyul 16:23
Prezident Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinə10 milyon manat ayırıb
28 İyul 16:07
Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib
28 İyul 16:02
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir
28 İyul 15:29
3 saylı “ASAN Kommunal” mərkəzinin açılış mərasimi keçirilib
28 İyul 15:25
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur
28 İyul 15:18
Azərbaycan Prezidenti keçirdiyi son görüşlərdə regionda yaranmış yeni reallıqlar barədə mühüm açıqlamalar verib
28 İyul 15:03
Bu ilin altı ayında ölkəmizdə müvəqqəti yaşama icazəsi ilə bağlı müraciətlərin sayı artıb
28 İyul 14:53
YAP və AK Parti Gəncədə birgə mətbuat konfransı keçirib
28 İyul 14:52
Dövlət Miqrasiya Xidmətində 2021-ci ilin altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilir
28 İyul 14:43
Casusluqda ittiham olunan ermənilərin cinayət işi üzrə məhkəmə iclası keçirilib
28 İyul 14:26
DİM tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib
28 İyul 14:03
Hikmət Babaoğlu: Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi mühüm tarixi addım kimi səciyyələndirilməlidir
28 İyul 13:48
Malik Həsənov: İmzalanan Bakı Bəyannaməsi, 2022-ci il üçün qəbul olunan qərar hədəflərin təqdimatıdır
28 İyul 13:47
Səbinə Xasayeva: Vahid turizm məkanının yaradılması turistlərin Azərbaycana cəlb edilməsində əhəmiyyətli rol oynayacaq
28 İyul 13:44
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır
28 İyul 13:02
Ombudsman sərhəddə baş verən gərginliklə bağlı bəyanat verib
28 İyul 13:00
Oktyabrda Bakıda “Rebuild Karabakh 2021” sərgisi keçiriləcək
28 İyul 12:36
Zəfər Düşərgəsinin iştirakçıları qazilərimizlə görüşüblər
28 İyul 12:32
ANAMA mütəmadi olaraq maarifləndirici təlimlər keçirir
28 İyul 12:11
Azərbaycanda pandemiya dövründə heç bir layihənin təxirə salınmaması insanların rifahının yaxşılaşdırılmasının dövlətimiz üçün prioritet olduğunu göstərir
28 İyul 12:07
Azərbaycanın xarici işlər naziri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
28 İyul 12:07
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilib
28 İyul 11:49
Ceyhun Bayramov: Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə verəcək
28 İyul 11:48
Bakı Ali Neft Məktəbində xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüş
28 İyul 11:27
Azərbaycanın Əfqanıstana yeni səfiri təyin olunub
28 İyul 11:05
Azərbaycan neftinin bir bareli 74,38 dollara satılır
28 İyul 11:01
İyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günüdür
28 İyul 10:49
XİN: Dövlət sərhədində vəziyyəti gərginləşdirməyin məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir
28 İyul 10:44
Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir - MN
28 İyul 10:24
Avropa İttifaqı Azərbaycan üçün yaxın tərəfdaşdır
28 İyul 10:18
Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir
28 İyul 10:14
Mustafa Şəntop: Ermənistan törətdiyi təxribatların nəticələrini nəzərə almalıdır
28 İyul 10:07
TBMM-in sədri: Azərbaycan-Türkiyə-Pakistan dostluğu böyük gələcək vəd edir
28 İyul 10:00
Mustafa Şəntop: Əminəm ki, aramızdakı dostluq və qardaşlıq daha da möhkəmlənəcək
28 İyul 09:23
Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradılıb
28 İyul 08:58
Qənimət Zahid-Əli Kərimli cütlüyü yenə də erməni təxribatına dəstək verir
28 İyul 08:56
Ermənistanda parlamentə rəhbərlik məsələsində iqtidar və müxalifət arasında qarşıdurma yaranıb
28 İyul 08:54
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 İyul 08:52
Analar övladlarını ən azı 6 aya qədər ana südü ilə qidalandırmalıdırlar
28 İyul 08:48
İnsan hüquq və azadlıqlarının qorunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir
27 İyul 21:57
Numan Kurtulmuş: Gəncədəki dağıntılar insanlıq əleyhinə cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir
27 İyul 21:24
Ombudsman AŞPA nümayəndələrini Ermənistanın cinayətləri barədə məlumatlandırıb
27 İyul 21:19
Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib
27 İyul 20:53
Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətlərinin izləri ilə tanış olub
27 İyul 20:44
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşü gələn il İslamabadda keçiriləcək
27 İyul 20:41
“İrəli” İctimai Birliyi “Marş irəli” layihəsinə start verib
27 İyul 20:06
Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
27 İyul 20:00
Deputat: Qələbə və inkişafa yönəlmiş düzgün siyasət bizi vahid məqsədə çatdırdı
27 İyul 19:59
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb
27 İyul 19:49
Azərbaycanın xarici işlər naziri ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb
27 İyul 18:57
Sahil Babayev: Azərbaycan-Serbiya əməkdaşlığı genişlənərək iqtisadiyyatın bir sıra sahələrini əhatə edəcək
27 İyul 18:40
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atəşə tutulub
27 İyul 18:06
Azərbaycan-Serbiya biznes forumu keçirilib
27 İyul 17:38
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası təsdiqlənib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA