Regionlarda yazlıq əkin sahələrində taxıl səpini uğurla davam etdirilir
31.01.2019 [08:50]
Qabaqcıl təcrübə və intensiv metodların tətbiqi taxılçılıqda məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasını təmin edir
Ölkəmizin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Bu gün qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdir. İntensiv metodlardan istifadə edərək məhsuldarlığı artırmaqla, eləcə də əkin sahələrinin genişləndirilməsi ilə ölkədə taxıl istehsalı əhəmiyyətli dərəcədə yüksəlir. Ümumiyyətlə, həyata keçirilən tədbirlər bütövlükdə ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanlarının əsaslı dərəcədə artmasına şərait yaradıb. Belə ki, istər ayrı-ayrı bölgələrdə yeni aqroparkların yaradılması, istər yeni əkin sahələrinin müəyyənləşdirilməsi, istərsə də sahibkarlara verilən dəstək yüksək nəticələrin əldə olunmasına yol açır.
Respublikamızın regionlarında taxılçılıq sahəsində dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin tətbiqi, o cümlədən də iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. Belə ki, iri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsullarının, ən əsası isə, taxıl istehsalının artırılmasını stimullaşdırır.
Qeyd edilməlidir ki, 2018-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 milyon 51,4 min hektar əkin sahəsindən 3 milyon 61,3 min ton və ya 2017-ci illə müqayisədə 13,7 faiz çox məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,1 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 31,7 min hektar dən üçün qarğıdalının əkin sahəsindən 247,9 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 57,7 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 309,2 min ton olub.
Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun 61,7 faizini (2 milyon 42,9 min ton) buğda, 28,5 faizini (942 min ton) arpa, 7,5 faizini (247,9 min ton) qarğıdalı, 0,4 faizini (12,4 min ton) çəltik, 1,5 faizini (49,7 min ton) paxlalılar, 0,4 faizini (14,3 min ton) isə digər dənli bitkilər təşkil edib.
Ümumiyyətlə, ölkəmizdə qabaqcıl texnologiya və elmi əsaslara söykənən təcrübənin tətbiqinə əsaslanan, rəqabətqabiliyyətli məhsul istehsalında, emal sənayesinin davamlı olaraq yüksəkkeyfiyyətli və maya dəyəri aşağı xammalla təmin olunmasında, ərzaq bolluğu ilə yanaşı, regionlarda məşğulluğun artırılmasında əhəmiyyətli rola malik olan aqroparklar və iri fermer təsərrüfatları yaradılır. Belə təsərrüfatlardan biri də İmişli rayonu ərazisində 572 hektar sahədə yaradılan “Muğan Aqroservis” MMC-yə məxsus taxıl toxumçuluğu təsərrüfatıdır. Ötən təsərrüfat ilində 1200 tondan artıq birinci və ikinci reproduksiyalı, yüksək kondisiyalı, torpaq və iqlim şəraitinə tam uyğunlaşdırılmış yerli sortlarla bərabər, Fransa və İtaliya mənşəli buğda və arpa sortlarından da toxum materialları istehsal edilib. İstehsal olunan toxum materialları ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən torpaq mülkiyyətçilərinə satılıb və onlar tərəfindən hər hektardan orta hesabla 50 sentnerdən artıq yüksəkkeyfiyyətli məhsul əldə edilib. Təsərrüfatın ərazisinin 200 hektarında ABŞ istehsalı olan 4 müasir pivot suvarma sistemi quraşdırılıb və 352 hektar ərazidə 5 müasir pivot suvarma sisteminin quraşdırılması üzrə layihələndirmə işləri yekunlaşdırılıb. Təsərrüfat ümumi sahəsi 2 min kvadratmetr olan anbar binası, 3 kombayn, 8 traktor, 22 müxtəlif çeşidli aqreqat, 2 toxumtəmizləyən və çeşidləyən avadanlıqlarla təchiz edilib ki, bu da texnika parkının mövcud imkanlarından istifadə etməklə digər fermerlərə də aqroservis xidməti göstərməyə imkan yaradır.
Vurğulayaq ki, taxıl toxumçuluğu üzrə ixtisaslaşmış təsərrüfatda günün tələblərinə uyğun milli kadrların hazırlanması, qabaqcıl beynəlxalq təcrübənin geniş tətbiqi və elmi araşdırmaların aparılması üçün “Fermerlərə xidmət və aqroinformasiya məsləhət mərkəzi”nin yaradılması da nəzərdə tutulur.
Tərtər rayonunda 2019-cu ilin məhsulu üçün taxıl səpini başa çatdırılıb. Ötən il taxılın hər hektarından yüksək məhsuldarlıq əldə edən tərtərli fermerlər bu ildə də bol məhsul götürmək əzmindədirlər. Torpaq mülkiyyətçiləri 11 min 22 hektarda taxıl səpiblər. Taxıl əkinlərinin 7064 hektarı buğda, 3812 hektarı arpa, 146 hektarı isə yaşıl yem üçün xəsildir.
Qeyd edək ki, Tərtər rayonunda keçən il becərilmiş 11 min 556,3 hektar taxıl sahəsindən 44 min 175,2 ton məhsul əldə olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 38,2 sentner təşkil edib.
Bərdə rayonunda isə taxıl səpini başa çatdırılıb. Ötən il taxılın hər hektarından yüksək məhsuldarlıq əldə edən bərdəli fermerlər bu ildə də bol məhsul götürmək əzmindədirlər. Torpaq mülkiyyətçiləri 12 min 719 hektarda taxıl səpiblər. Taxıl əkinlərinin 9005 hektarı buğda, 2568 hektarı dən üçün arpa, 1146 hektarı isə yaşıl yem üçün arpadır.
Qeyd edək ki, Bərdə rayonunda keçən il 13 min 858 hektar taxıl sahəsindən 46 min 941 ton buğda, 9171 ton arpa götürülüb. Hər hektarın məhsuldarlığı orta hesabla buğda zəmilərində 41,8 sentner, arpa sahələrində isə 34,9 sentner təşkil edib.
Hacıqabul rayonunda da payızlıq taxıl əkini başa çatıb. Səpin kampaniyasına mütəşəkkil başlayan hacıqabullu əkinçilər qısa müddətdə 36 min 933 hektar sahəyə toxum səpiblər. Səpin aparılan sahənin 11008 hektarı arpa, 25925 hektarı isə buğda sahəsidir. Məhsul istehsalçıları səpin zamanı yüksək reproduksiyalı məhsuldar toxumların əkininə üstünlük veriblər. Əkinçilər həmçinin 385 hektarda yonca və 321 hektar sahədə yaşıl yem üçün xəsil də əkiblər.
Ən çox taxıl əkən “AGRO DAIRY” MMC-nin əkinçiləri olublar. Onlar növbəti mövsümün məhsulu üçün 21500 hektar sahədə əkin aparıblar ki, bunun da 1670 hektarı arpa, 19830 hektarı buğda sahəsidir. Qeyd edək ki, hacıqabullu taxılçılar ötən il zəmilərdən 107 min 500 ton məhsul götürüblər.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər taxıl səpinini başa çatdırıblar. Taxtakörpü ərazisində 1145 hektar sahədə payızlıq taxıl səpilib. Bunun 60 hektarı buğda, 1085 hektarı isə arpadır.
Qeyd edək ki, Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğul olurlar. Məcburi köçkünlər ötən il becərdikləri 1111,1 hektar taxıl sahəsindən 24 min 502 sentner məhsul götürüblər.
Vurğulayaq ki, regionlarda əkilən taxılın ziyanvericilərdən qorunması yönündə də mühüm tədbirlər görülür. Məsələn, Göyçay rayonunun taxıl əkini sahələrində siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri davam etdirilir. Cari ilin məhsulu üçün 8740 hektarı buğda, 6851 hektarı arpa olmaqla, 15591 hektarda taxıl əkilib və sahələrdə normal çıxış alınıb. Havaların qış fəslinə xarakterik olmayan şəkildə quraq keçməsi dağ və dağətəyi ərazilərdəki dəmyə torpaqlardakı taxıl sahələrində siçanabənzər gəmiricilərin həddən artıq artaraq əkinlərə ciddi ziyan vurmasına səbəb olur.
Mərkəzin monitorinq qrupu tərəfindən Qaraməryəm, Qarayazı, Yekəxana, Şahsoltanlı, Alxasava, Aşağı Qaraməryəm, Bığır, İnçə, Qarabaqqal və bir sıra digər yaşayış məntəqələrinin ərazilərindəki 3000 hektardan çox dəmyə taxıl sahəsində müşahidələr aparılıb. Nəticədə 950 hektardan çox ərazidə bir hektarda orta hesabla 90-120 ədəd arasında işlək yuva müşahidə olunub. Həmin sahələrdə “Brodifakum” preparatı ilə aldadıcı yem hazırlanaraq kimyəvi mübarizə aparılıb. Bu zaman fermerlər və fiziki şəxslər təlimatlandırılıb, kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması diqqət mərkəzində saxlanılıb. Onlara habelə təhlükəsizlik qaydaları ilə əlaqədar hazırlanan xüsusi buklet və təlimatlar paylanıb. Hazırda taxıl əkinlərində monitorinq qrupu tərəfindən müşahidələr davam etdirilir.
Oğuz rayonunun təsərrüfatlarında da taxılın xüsusi təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirlərinə başlanılıb. Mütəxəssislər tərəfindən indiyədək 9300 hektarda müşahidələr aparılıb, 5800 hektarda sirayətlənmə müəyyən olunub. Büdcə vəsaiti hesabına 4040 hektarda kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Xatırladaq ki, 2018-ci ilin payızında Oğuz rayonunda cari ilin məhsulu üçün 16 min 295 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 11 min 830 hektarını buğda, 4 min 465 hektarını isə arpa sahələri təşkil edir.
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəki rayonunun təsərrüfatlarında keçən ilin payızında cari ilin məhsulu üçün 68 min hektardan çox taxıl əkilib. Son zamanlar havaların mülayim və quraq keçməsi səbəbindən bəzi təsərrüfatların taxıl sahələrində ziyanvericilər çoxalıb. Bununla əlaqədar olaraq, rayon Bitki Mühafizə Mərkəzi tərəfindən taxıl sahələrində fitosanitar tədbirlər davam etdirilir. İndiyədək 43 min 800 hektarda siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb. Müşahidələr nəticəsində 42 min 704 hektarda iqtisadi zərərvermə həddində sirayətlənmə aşkar edilib və 28 min 798 hektarda kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Mərkəzin mütəxəssisləri tərəfindən 21 min 360 hektarda taxıl böcəyinə qarşı fitosanitar müşahidələr aparılıb, 13 min 720 hektarda sirayətlənmə aşkarlanıb. Sirayətlənmiş ocaqlarda zərərvericilərin sıxlığı iqtisadi zərərvermə həddindən aşağı olmasına baxmayaraq, fermerlər tərəfindən 7 min 910 hektarda taxıl böcəyinə, 80 hektarda isə məftil qurdlarına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
İdman
31 Oktyabr 08:08
Sosial
31 Oktyabr 08:01
Gündəm
31 Oktyabr 07:42
Dünya
30 Oktyabr 23:55
İdman
30 Oktyabr 23:31
YAP xəbərləri
30 Oktyabr 23:14
Dünya
30 Oktyabr 22:52
YAP xəbərləri
30 Oktyabr 22:35
Dünya
30 Oktyabr 22:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

