Azərbaycanın regionlarında sahibkarlığın inkişafına dəstək tədbirləri gücləndirilir
18.01.2019 [09:22]
İndiyədək respublikada 36 minədək sahibkara 2,2 milyard manat güzəştli kredit verilib ki, bunun da 75 faizi regionların payına düşür
Respublikamızda biznes mühitinin daha da optimallaşdırılması və bu əsasda özəl sektorda istehsal imkanlarının artırılması Azərbaycanın yeni iqtisadi şəraitdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi ilə bağlı qarşıya qoyduğu hədəflər sırasında yer alır. Son illərdə ölkə miqyasında Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlara, o cümlədən də regionlarda aqrar sektorda çalışan fermerlərə göstərilən siyasi və maddi dəstək tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib. Təkcə belə bir faktı vurğulamaq lazımdır ki, indiyədək respublikamızda investisiya layihələrinin ümumi dəyəri 5 milyard manatdan çox olan 36 minədək sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minədək yeni iş yerinin açılması imkanı yaradılıb.
Sahibkarlara dəstək tədbirləri artıq tarixə dönən 2018-ci ildə də davam etdirilib. Belə ki, ötən il respublikamızda sahibkarlara 160 milyon manat güzəştli kreditlər ayrılıb. Qeyd edək ki, ölkədə özəl sektorun dəstəklənməsinə yönəldilən güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Sahibkarlara ayrılan kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür.
Aqrar sektorda mütərəqqi metod və həllərin geniş tətbiqinə hesablanan islahatlara başlanılması fermerlərin qarşısında yeni imkanlar açıb
Respublikamızda özəl sektorun dəstəklənməsi çərçivəsində reallaşdırılan tədbirlərin bir çoxu məhz regionlarda çalışan fermerlərin fəaliyyətinin stimullaşdırılmasına yönəldilib. Fermerlərin torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, onlara subsidiyaların ayrılması, pambıqçılıq, tütünçülük, baramaçılıq kimi əmək tutumu və gəlir imkanları böyük olan sahələrin inkişafının təşviq edilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə texnika və gübrə satışı bu qəbildən olan tədbirlər sırasında yer alır.
Eyni zamanda, son vaxtlarda aqrar sektorda innovativ istehsal və idarəetmə texnologiyalarının, mütərəqqi metod və həllərin geniş tətbiqinə hesablanan islahatlara başlanılıb ki, bu da fermerlərin qarşısında yeni imkanlar açıb. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov KİV-ə verdiyi müsahibəsində bildirib ki, aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün müəyyənləşdirilmiş islahatlar elmi yanaşmalara söykənməklə fermerlərin və kənd zəhmətkeşlərinin mənafeyinə xidmət etmək strategiyasına əsaslanır. Bunu nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində 3 əsas prinsipi - kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqini rəhbər tutur.
İndiyədək Kənd Təsərrüfatı Nazirliyi “Fermerlərə təlim və məsləhət xidmətlərinin təşkili üzrə Strategiya” hazırlayıb. Bəhs olunan strategiyaya uyğun olaraq fermerlərə peşəkar təlimlərin və məlumatlandırma tədbirlərinin keçirilməsinə başlanılıb. Eyni zamanda, kənd təsərrüfatı sahəsi üzrə modernləşdirilmiş elmi tədqiqatlar, təhsil, təlim və informasiya məsləhət xidmətləri sisteminin formalaşdırılması istiqamətində fəaliyyətlərin sistemli şəkildə həyata keçirilməsi məqsədilə “Aqrar Elm və Təhsilin İnkişafı üzrə Dövlət Proqramı” hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. Bununla yanaşı, nazirlik yanında Fermerlər Şurası və Aqrar Məşvərət Şurası təsis edilib. DAİM-lərin və burada fəaliyyət göstərən Fermer Şuralarının formalaşdırılması prosesi yekunlaşıb.
Yeni şəraitdə kənd təsərrüfatında həyata keçirilən islahat tədbirlərinin bir qismi isə aqrar ticarət sahəsini əhatə edir. Fermerlər üçün bazar şərtlərinin yaxşılaşdırılması, məhsulların satılmasına və satışda yaranan problemlərin aradan qaldırılmasına yardımın göstərilməsi məqsədilə nazirlik yanında Dövlət Aqrar Ticarət Şirkətinin yaradılması bu istiqamətdə atılan çox mühüm addımdır.
Aqrar Xidmətlər Agentliyinin yaradılması fermerlərə göstərilən xidmətlərin əlçatanlığını təmin edəcək
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 14 yanvar tarixli Fərman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir. Aparılan aqrar islahatlar kənd təsərrüfatının davamlı və uğurlu inkişafını təmin edir”. Bunu KİV-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
“Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyi yaradılıb”, - deyən V.Hüseynov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirəcək.
Ləğv olunan qurumların digər funksiya, hüquq və vəzifələri də yeni Agentliyə keçir. Qurum rəsmisinin sözlərinə görə, nazirliyin tabeliyində olmuş 4 qurumun əsasında Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı, çevik və səmərəli idarəetməni təmin edəcək. Həyata keçirilən islahatlar aqrar sektorda innovativ həllərin tətbiqinə imkan verəcək, elektron xidmətlərə keçidi sürətləndirəcək və şəffaflığı daha da artıracaq.
İslahatlar nəticəsində aqrar xidmətlərdə vahid standartlar tətbiq olunacaq. Bu addımlar dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək. Xidmətin keyfiyyətinə daim nəzarət olunacaq.
“Bu xidmətlər Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) vasitəsilə göstəriləcək, Agentlik bu sahədə DAİM-lərin fəaliyyətini əlaqələndirəcək. Hazırda DAİM-lərdə fermerlərə müxtəlif fəaliyyət növləri üzrə 70-dək xidmət göstərilir. Aparılan struktur dəyişiklikləri ilə əlaqədar bu xidmətlərin sayı daha da artacaq. Bir sözlə, imzalanan Fərman aqrar sahədə mövcud çağırışlara cavab verir və vətəndaş məmnunluğunu artırmağa hədəflənib”, - deyə nazirlik rəsmisi bildirib.
Regionlarda fermerlərə texnikanın yeni qaydalarla satışına başlanılıb
Aqrar Kredit və İnkişaf Agentliyi respublikanın regionlarında fermerlərə kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı üzrə yeni qaydaların tətbiqinə başlayıb. Agentliyin vəsaiti hesabına kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib.
Satış Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə təsdiqlənmiş yeni qaydalara uyğun aparılıb. Belə ki, gömrük dəyəri 172 min AZN olan texnikanı təchizatçıdan kənd təsərrüfatı müəssisəsi 103200 manata, yəni 40% güzəştlə əldə edib. Güzəştin miqdarı 68800 manat olub. Müəssisə satış məbləğinin 20%-i həcmində ilkin ödəniş edib, məbləğin qalan hissəsini isə Agentliyin vəsaiti hesabına müvəkkil kredit təşkilatından götürdüyü güzəştli kreditlə ödəyib. Texnika alıcısı krediti 5 il müddətinə faizsiz olaraq geri qaytaracaq. Kreditin faizləri isə AKİA tərəfindən aybaay müvəkkil kredit təşkilatına ödənəcək.
Ölkə Prezidentinin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası”na görə, kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların güzəştli şərtlərlə satışını artıq AKİA həyata keçirir. Bəhs olunan Fərman imzalananadək isə bu səlahiyyətlər Kənd Təsərrüfatı Nazirliyinin digər tabeli qurumu olan Aqrolizinq ASC-də idi.
Regionlarda yaşayan gənclər AMAL layihəsinə qoşulacaqlar
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kənd təsərrüfatı ilə bağlı biznes ideyaları olan 35 yaşadək Azərbaycan vətəndaşlarını Aqrar Məşğulluğun Artırılması Layihəsində (AMAL) iştiraka dəvət edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, iştirak üçün http://amal.gov.az/az/members/ səhifəsindəki formanı doldurmaq və əlaqə üçün şəxsi məlumatları yerləşdirmək lazımdır. Müraciətlər fevralın 15-dək qəbul ediləcək.
Layihə mütəxəssisləri müraciət edən və seçim şərtlərinə uyğun gələn bütün şəxslərlə görüşəcək. Görüşlərdən sonra iştirakçılar hazırlıq səviyyələrinə və istəklərinə uyğun olaraq yönləndiriləcək. İştirakçılara biznes ideyalarının icra edilə biləcək plan halına salınması və reallaşdırılması istiqamətində dəstək veriləcək.
AMAL Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin kənd yerlərində yaşayan gənclərin məşğulluğuna yönəlmiş layihəsidir. Layihənin əsas məqsədlərindən biri də innovativ aqrar layihələrin tapılıb dəstəklənməsidir. Layihə aqrobiznes ideyalarını reallaşdırmaq məqsədilə gəncləri lazım olan bilik və vəsaitlə təmin etməyə hədəflənib. AMAL ilə bağlı suallara amal.gov.az saytından və office@amal.gov.az elektron poçtu vasitəsilə cavab almaq olar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

