/ / Regionlarda əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə ardıcıl tədbirlər həyata keçirilir
Regionlarda əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə ardıcıl tədbirlər həyata keçirilir
28.01.2017 [10:35]
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin Kənd Təsərrüfatı Nazirliyi üzrə icrasını təmin etmək məqsədilə Tədbirlər Planı təsdiqlənib
Dünyada baş verən qlobal iqtisadi böhran, o cümlədən dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bir çox ölkələrin milli iqtisadiyyatına ciddi mənfi təsirlər göstərib. İqtisadi problemlərin dərinləşməsi, sosial proqramların ixtisara salınması, iş yerlərinin bağlanması bəzi dövlətlərdə siyasi sferada da xaosla müşayiət olunur. Azərbaycanda isə dünyada mövcud olan bu gərgin mənzərə fonunda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, iqtisadi inkişaf dinamikasının qorunması istiqamətində ciddi islahatlar həyata keçirilib və bu tədbirlər bu gün də davam etməkdədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev indiki mərhələdə ölkənin neft gəlirlərinin azalmasını qeyri-neft sektorunda, o cümlədən də aqrar sahədə yeni ixrac imkanlarının yaradılması ilə kompensasiya etməyi qarşıya mühüm vəzifə kimi qoyub. Hədəflənən nəticələrin əldə olunması məqsədilə hazırda regionlarda kənd təsərrüfatının ölkəmiz üçün yeni ixrac imkanları yaradacaq istiqamətlərinin intensiv şəkildə inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə ayrı-ayrı regionlarda zəruri tədbirlər həyata keçirilir. Bütün ölkə boyu fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması, intensiv metodların tətbiqinə geniş meydan verilməsi aqrar sektorda yeni istehsal və ixrac imkanları yaradır.
Görülən tədbirlər isə artıq öz bəhrəsini verməkdədir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, kənd təsərrüfatında məhsul istehsalı ötən il artıb. Belə ki, geridə qoyduğumuz ildə 2015-ci illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,5 faiz artıb. 2016-cı ildə payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərin 997,5 min hektar əkin sahəsindən 3 milyon 65,1 min ton və ya 2015-ci illə müqayisədə 2,2 faiz (65,7 min ton) çox məhsul götürülüb. 2016-cı ildə 523,8 min ton, yaxud əvvəlki ilə nisbətən 1,6 faiz çox diri çəkidə ət, 2009,9 min ton (4,4 faiz çox) süd, 1609,8 milyon ədəd (3,7 faiz çox) yumurta, 16,7 min ton (2,1 faiz az) yun istehsal olunub. Hazırda isə əsas məqsəd bu dinamikanı cari ildə də qoruyub saxlamaq və məhsul istehsalında artıma nail olmaqdır.
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılmasını təmin etmək məqsədilə konkret hədəflər, o cümlədən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyən edilib. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi üzrə hədəfləri və prioritet istiqamətləri əhatə edən 177 tədbir nəzərdə tutulur. Tədbirlərin 169-u bilavasitə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunmalı və ya onun iştirakı ilə həyata keçirilməlidir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində nəzərdə tutulan tədbirlər üzrə əlaqələndirici funksiyaları Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin Kənd Təsərrüfatı Nazirliyi üzrə icrasını təmin etmək məqsədilə kənd təsərrüfatı naziri Heydər Əsədovun müvafiq əmri ilə Tədbirlər Planı təsdiqlənib. Tədbirlər Planında nəzərdə tutulan işlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi və bu sahədə ortaya çıxan problemlərin aradan qaldırılmasına kömək göstərilməsi məqsədilə işçi qrupu yaradılacaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı əsas götürülməklə Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların strateji inkişaf planlarının layihələri, habelə strateji yol xəritələrinin icra vəziyyətinə dair monitorinqin aparılması üçün qiymətləndirmə meyarlarının (indikatorların) müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Şübhə yoxdur ki, Strateji Yol Xəritələrinin icrası aqrar sektorda da böyük dəyişiklikləri şərtləndirəcək. Yaxın gələcəkdə biz bunu praktik nəticələrdə daha aydın müşahidə edəcəyik. O cümlədən, ölkəmizdə kənd təsərrüfatında mühüm istiqamətlərdən birini təşkil edən pambıqçılığın inkişafı ilə bağlı ötən ildən başlanılan ardıcıl tədbirlərin bu il daha da genişləndirilməsi planlaşdırılır. Bu il pambıqçılığın inkişafı ilə bağlı 2017-2021-ci illər üçün Dövlət Proqramı hazırlanır. Prezident İlham Əliyev pambıqçılıq sahəsinin potensialından maksimum səmərəli istifadə olunması hesabına həm kənd yerlərində əhalinin məşğulluğunun və gəlir əldə etmək imkanlarının təmin edilməsini, həm də ölkənin ixrac potensialının gücləndirilməsini başlıca vəzifə kimi qarşıya qoyub. Bu vəzifənin reallaşdırılması üçün aqrar sektora dövlət dəstəyi də göstərilir. Yanvarın 26-da Sabirabadda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Pambıq əkiləcək sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri” mövzusunda respublika müşavirəsində də bununla bağlı müxtəlif məsələlər geniş müzakirə olunub. Müşavirəni Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq, rayonun kənd təsərrüfatı, o cümlədən pambıq istehsalı sayəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd edib, aqrar sahədə mövcud vəziyyət, əldə edilən nailiyyətlər və problemlər barədə məlumat verib.
“Azərbaycanda pambıqçılığın inkişafı: hədəflər və perspektivlər” mövzusunda çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bu sahənin dirçəldilməsi ilə bağlı ötən il mühüm addımlar atıldığını bildirib. Vurğulayıb ki, 2015-ci ildə cəmi 18,6 min hektarda pambıq əkilmiş, 35 min ton məhsul istehsal edilmişdisə, 2016-cı ildə əkin sahələri 52 min hektara çatdırılıb, 90 min tona yaxın məhsul yığılıb. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev əldə edilən uğurlardan bəhs edərək deyib: “Keçən il kənd təsərrüfatının inkişafında uğurlu il olmuşdur. Biz artıma nail ola bildik. Mən çox şadam ki, biz ilk növbədə Azərbaycanda uzun illər ərzində tənəzzülə uğrayan pambıqçılığı bərpa edə bilmişik. Biz pambıqçılığın şöhrətini qaytarırıq”.
Sevindirici haldır ki, ölkənin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı hədəfləri sırasında digər sahələrin də əsaslı dirçəlişini təmin etmək yer alır. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə respublikanın 20 rayonunda 44 min hektaradək sahədə 22 sahibkarlıq subyekti tərəfindən müasir suvarma sistemlərinin tətbiqi ilə 32 iri fermer təsərrüfatı yaradılıb. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı keçirdiyi geniş kollegiya iclasında deyib.
Nazir qeyd edib ki, ümumi dəyəri 193 milyon manat olan bu təsərrüfatların yaradılmasına 70,5 milyon manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalı üzrə 120 sentnerədək, soya üzrə isə 35 sentnerədək təşkil edir. Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir.
Hazırda regionlarda həyata keçirilən tədbirlər də yuxarıda sadalananları təsdiq edir. Məsələn, astaralı fermerlər və məhsul istehsalçıları ötən təsərrüfat ilində çəltikçilik sahəsində qazandıqları uğurlardan ruhlanaraq əkin sahələrini üç dəfəyədək genişləndirməyi planlaşdırırlar. Dövlət tərəfindən məhsul istehsalçılarına çəltik əkininə görə hər hektara verilən 90 manat subsidiya əkinçilərin bu sahəyə marağını daha da artırıb. Havaların yağmursuz keçməsindən istifadə edən məhsul istehsalçıları hazırda torpaq sahələrində birinci şumlamanı aparırlar. Əkin kampaniyasına isə aprelin sonu, mayın əvvəllərində başlanılacaq.
Məhsul istehsalçıları bu il rayonda 300 hektarda çəltik əkilməsini planlaşdırırlar. Qarşıdakı illərdə isə bu rəqəmin 1000 hektara çatdırılması nəzərdə tutulur.
Tovuz rayonunda isə bu il 20 hektardan çox fındıq bağlarının salınması nəzərdə tutulub. Təkcə Qovlar şəhəri ərazisində 18 hektar sahədə fındıq əkini üçün hazırlıq işləri görülüb. Qovlar şəhəri ərazisində 0,55 hektar ərazidə findıq bağı salan sahibkar Adil İbrahimov bildirib ki, indi əkilən fındıq ağacı 2-3 ilə bar verəcək. Həmin dövrə kimi fındıq ağacları arasında kartof, kələm də yetişdirmək mümkündür.
Qobustan rayonunda da fermerlər mühüm strateji məhsul olan taxılçılığın inkişafına böyük maraq göstərirlər və təsadüfi deyildir ki, cari ilin məhsulu üçün əkin sahələrinə 1124 hektar əlavə torpaq sahələri cəlb olunub. Bölgədə 16 min 647 hektarı buğda olmaqla, 25 min 749 hektar sahədə taxıl əkilib. Təkcə Ərəbqədim ərazi vahidində əkin sahələri 635 hektar artırılıb. Qurbançı, Şıxzahirli və bir sıra digər ərazilərdə də fermerlər taxıl əkinlərinə xeyli əlavə torpaq sahələri cəlb ediblər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

