/ / Regionların inkişafına dair Dövlət proqramlarının uğurlu icrası qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir
Regionların inkişafına dair Dövlət proqramlarının uğurlu icrası qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir
17.10.2015 [13:09]
Son 9 ayda sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artıb
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində iqtisadi güc amilinə çevrilib. Dövlət proqramlarına uyğun olaraq regionların iqtisadi potensialından səmərəli istifadə edilməsi, öz növbəsində, ölkədə qeyri-neft sektorunun inkişafına təkan verib. Əlamətdar haldır ki, son illərdə ölkə iqtisadiyyatında qeyri-neft sektorunun dinamik inkişafı müşahidə edilməkdədir.
Vurğulamaq lazımdır ki, bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatı 3,7 faiz artıb. Nəzərə almaq gərəkdir ki, bu inkişaf məhz qeyri-neft sektorunun hesabına əldə edilib. Qeyri-neft iqtisadiyyatımız isə 6 faizdən çox artıb. Bunun fonunda sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artım tempinə malik olub.
Qlobal maliyyə böhranının davam etməsi bir sıra ölkələri ağır iqtisadi çətinliklərə salıb. Azərbaycan isə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi və Onun səyləri ilə vaxtında lazımi tədbirlər görülməsi, iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi sayəsində nəinki bu çətinliklərdən yan keçməyə müvəffəq olub, eyni zamanda, neft gəlirlərindən məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirib. Hazırda ölkə üzrə ümumi daxili məhsulun daha çox hissəsi - 70 faizi məhz qeyri-neft sektorunda yaranır. Proqnozlara əsasən, gələcəkdə bu göstərici daha da artacaq.
Qeyri-neft sektorunun maliyyə təminatının gücləndirilməsi bu sahənin inkişafına güclü təkan verir. Qeyd edək ki, son 11 ildə Azərbaycan iqtisadiyyatına 180 milyard dollardan artıq investisiyalar yönəldilib. Ölkəmizin sərmayə qoyuluşu baxımından cəlbedici məkana çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasətlə bağlıdır. Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, zəngin qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, ölkədə yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində respublikada iqtisadi fəallıq artıb, ölkəmizdə yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb. Respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi neft sektorundan kənar sahələr - ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida-emal sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür.
Təsadüfi deyil ki, Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qoruyur, “G-20”yə üzv olan 8 ölkəni qabaqlayıb, “Makroiqtisadi vəziyyət” göstəricisi üzrə 10-cu yeri tutub, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olub. Avqust ayında “Fitch” beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək, proqnozu “sabit” saxlayıb. Həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəldib.
Qeyri-neft sektorunun inkişafının dəstəklənməsi, iqtisadiyyatın prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının icrasının birinci ilində də davam etdirilib. Prezident İlham Əliyev 2014-cü ildə bölgələrə 23 səfəri çərçivəsində 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektinin, çoxlu sayda yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak edib və dəyərli tövsiyələrini verib. Ümumiyyətlə, ötən il regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. 2014-cü ildə “Sənaye ili” çərçivəsində tədbirlər planının icrası regionlarda da sənayenin inkişafına təkan verib. Belə ki, təkcə ötən il regionlarda 105 sənaye müəssisəsi açılıb. Bütövlükdə “Sənaye ili”ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artıb.
Sənayeləşmə siyasəti çərçivəsində müvafiq Dövlət Proqramına uyğun olaraq, müasir sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri bu ilin 9 ayında da davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, başa çatdırılmışdır və dörd rezident tərəfindən 1 milyard manatdan çox investisiyanın yatırılması planlaşdırılır. Artıq Parkın rezidenti “Azərtexnoline” şirkəti cari ildə dəyəri 45 milyon dollar olan 60 min ton boru məhsulunun ixracı barədə müqavilə imzalayıb. Balaxanı Sənaye Parkında isə xarici infrastrukturun qurulması əsasən başa çatdırılıb və 4 rezident tərəfindən 10 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.
Qaradağ Sənaye Parkının yaradılması istiqamətində işlər davam etdirilir və gəmiqayırma sənayesinin uzunmüddətli inkişafını təmin etmək məqsədi ilə əlavə tədbirlər planlaşdırılır. Artıq Bakı Gəmiqayırma Zavodu tərəfindən dəyəri 40 milyon dollar olan ilk sifariş yerinə yetirilib və hazırda dəyəri 404 milyon dollardan yuxarı olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin gəmisinin tikintisi aparılır.
Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sənədləşmə və layihələndirmə işləri başa çatdırılaraq tikinti işlərinə başlanılıb, artıq məhəllədə həyata keçirilməsi üçün sahibkarlar tərəfindən 18 layihə Azərbaycan İnvestisiya Şirkətinə təqdim edilib. İlkin mərhələdə şirkətlər tərəfindən məhəllədə 7 layihə üzrə 15 milyon manatdan çox investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı planlaşdırılır.
Son illərdə qeyri-neft sənayesində həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalıb, bəziləri üzrə isə ixrac potensialı yaranıb. Respublikanın 14 rayonunda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit ayrılıb və artıq 22 zavod istifadəyə verilib. Bundan başqa, ötən 9 ayda tikinti materialları, metalkonstruksiyalar, elektrotexniki avadanlıqlar, tekstil və digər sənaye məhsullarının istehsalı üzrə 200-dən çox müəssisə və obyekt istifadəyə verilib, bir sıra əsas tikinti materialları üzrə özünütəminat səviyyəsi 100 faizə yaxınlaşıb.
Qeyri-neft sektorunun əsas istiqamətlərindən olan kənd təsərrüfatı sahəsində də mühüm inkişaf müşahidə edilib. Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılıb. Şəmkir və Xaçmaz rayonlarında aqroparklarda birinci mərhələ üzrə işlərin ilin sonunadək yekunlaşması proqnozlaşdırılır. Xızı aqroparkında isə müvafiq layihələndirmə işləri aparılır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 9 ay ərzində 170-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb. Hesabat dövründə regionlarda 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər və idman, 24 mədəniyyət və digər sosial obyekt tikilib və ya əsaslı təmir olunmuşdur. Hazırda 250-yə yaxın sosial obyektin təmir-tikintisi davam etdirilir.
Eyni zamanda, son 9 ayda 11 gənclər və idman obyekti, 11 məktəb, 7 uşaq bağçası, Respublika Əlillərin Bərpa Mərkəzi istifadəyə verilib, 60-a yaxın sosial obyektdə işlər davam etdirilib. Abşeron yarımadasında 9 gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə layihələr hazırlanıb, Böyükşor gölünün ekoloji bərpasının birinci mərhələsi başa çatdırılıb. Zığ gölünün bərpası üzrə isə işlər həyata keçirilir.
Vurğulamaq yerinə düşər ki, son illərdə dövlət başçısının elan etdiyi “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq respublikanın regionlarında çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Qeyd edək ki, hazırda respublikada istehsal olunan ümumi daxili məhsulda özəl bölmənin çəkisi olduqca yüksəkdir. Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə sahibkarlara iki milyard dollar məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılıb. Kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatı sahəsinə, qalan hissə isə sənaye müəssisələrinin yaradılmasına yönəldilib. Ümumiyyətlə, son illərdə Sahibkarlara Kömək Milli Fondunun kreditlərinin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşüb. Yeri gəlmişkən, özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 ayda 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub. Kreditlərin 47 faizi büdcə, 53 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür. İlin sonunadək 220 milyon manat güzəştli kreditin də verilməsi nəzərdə tutulur.
Nəticə etibarilə qeyri-neft sektorunun inkişafı əhalinin gəlirlərində də artım meyillərinin davam etməsinə yol açıb. Vurğulamaq lazımdır ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 5,8 faiz, hər nəfərə düşən gəlirlər 4,5 faiz artıb. Yanvar-avqust ayları ərzində orta aylıq əməkhaqqı 4.4 faiz artaraq 460 manata yüksəlib, 87 min yeni iş yeri açılıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
İdman
31 Oktyabr 08:08
Sosial
31 Oktyabr 08:01
Gündəm
31 Oktyabr 07:42
Dünya
30 Oktyabr 23:55
İdman
30 Oktyabr 23:31
YAP xəbərləri
30 Oktyabr 23:14
Dünya
30 Oktyabr 22:52
YAP xəbərləri
30 Oktyabr 22:35
Dünya
30 Oktyabr 22:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

