Azərbaycanın regionlarında tarixi mədəniyyət abidələri bərpa olunur
19.09.2015 [10:26]
Dövlət başçısının müvafiq Sərəncamı ilə 2010-cu ildə əsaslı yenidənqurma işlərinə başlanan Gəncədəki “İmamzadə” kompleksi yaxın vaxtlarda qapılarını sakinlərin və qonaqların üzünə açacaq
Son illərdə Azərbaycanın regionlarının dinamik inkişafı fonunda ayrı-ayrı bölgələrdə yerləşən tarixi mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində görülən işlər də diqqəti cəlb edir. Məlumdur ki, Azərbaycan nadir memarlıq elementləri ilə fərqlənən tarixi-dini və mədəniyyət abidələri ilə zəngin bir diyardır. Ölkəmizdə ulularımızın yaratdıqları və keçmişimizlə bu günümüz arasında körpü, qırılmaz mənəvi bağlantı rolunu oynayan bu abidələrin gələcək nəsillər üçün saxlanılmasına, həmçinin yenilərinin yaradılmasına dövlət tərəfindən böyük qayğı göstərilir. Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamızın bütün regionlarındakı tarixi-dini və mədəniyyət abidələrinin qorunması, təbliği və elmi cəhətdən araşdırılması istiqamətində böyük iş həcmi yerinə yetirilib və görülən məqsədyönlü tədbirlərin nəticəsi olaraq ayrı-ayrı abidələrimiz UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib.
Azərbaycan tarixində xüsusi yer tutan Şamaxı Cümə məscidi əsaslı şəkildə yenidən qurulub
Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına və təbliğinə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa olunan abidələrimizdən biri bütün müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə məscididir.
Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub. Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə islam dinini qəbul edib. 1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən quberniyanın mərkəzi Bakıya köçürülüb. Zəlzələdən sonra məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova həvalə edilib. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı da məscid dağılmayıb, yenə də təbiətin sərt sınağına davam gətirib. Bundan sonra məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verilib. Bərpa işlərini əvvəl memar Zivərbəy Əhmədbəyov, sonra isə polşalı memar-mühəndis İozef Ploşko aparıb. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri başa çatdırılmayıb. Məscid tamamlanmamış halda belə öz əzəmətini qoruyub saxlayıb.
1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşib. Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunub.
Şamaxı Cümə məscidində əsaslı bərpa işləri Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilib. Məsciddə aparılan əsaslı bərpa və yenidənqurma işlərini dövlətimizin başçısı daim diqqətdə saxlayıb. Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olub və böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar verib. Bununla əlaqədar Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaiti ayrılıb. Bundan sonra məsciddə əsaslı bərpa və yenidənqurma işlərinə başlanıb, Azərbaycan tarixinin mühüm mərhələsini təşkil edən Şirvanşahlar paytaxtının şanlı memarlıq nümunəsinin yenidən xalqımızın mənəvi dünyasına qaytarılması istiqamətində yüksək təəssübkeşlik missiyası həyata keçirilib. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva dəfələrlə məscidə gəlib, burada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yerindəcə tanış olublar. Prezident İlham Əliyev işlərin yüksək keyfiyyətlə aparılmasına dair tapşırıq və tövsiyələrini verib. Beləliklə, dövlətimizin başçısı milli-mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək göstərərək Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş edib, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə sanballı töhfə verib.
Şamaxı Cümə məscidinin yenidən qurulması işləri 2010-2013-cü illərdə həyata keçirilib. Təmir-bərpa işləri aparılarkən ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin görkəminə qaytarılmasına xüsusi diqqət yetirilib. Ötən əsrin 70-80-ci illərində burada təmir işləri yerinə yetirilərkən aparılan qazıntı işləri zamanı məscidin həyətində aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılıb. Şamaxı seysmik zonada yerləşdiyindən məscidin bünövrəsi dəmir-beton konstruksiya ilə əsaslı şəkildə möhkəmləndirilib. Minarələrinin hündürlüyü 36,4 metr olan məscidin giriş, orta böyük, həmçinin sağ və sol günbəzləri nəfis şəkildə bərpa olunub. Günbəzlər qədim memarlıq üslubunda ornamentlərlə bəzədilib. Məscidin dəhlizi təkrarolunmaz tərtibatı ilə diqqəti çəkir. Orta salon milli memarlıq üslubunda yenidən qurulub. Burada eyni vaxtda 1500 nəfər ibadət edə bilər. Nəfis işlənmiş şəbəkələr və digər naxışlar insanı xoş ovqata və milli-mənəvi dəyərlərə kökləyir. Böyük günbəz yenidənqurmadan sonra xüsusi görkəm alıb. Sağ və sol günbəzlər də bənzərsiz tərtibatı ilə diqqəti çəkir. Minbərlər də yüksək keyfiyyətlə və ənənəvi üsluba uyğun bərpa olunub. Məscidin həyətində əsaslı abadlıq işi görülüb, iki hovuz inşa edilib, 6 qalereya yaradılıb. İkimərtəbəli inzibati binanın sahəsi 804 kvadratmetrdir. Məsciddə konfrans salonu və digər yardımçı otaqlar yaradılıb. 520 kvadratmetrlik məişət binasında 250 nəfərlik mərasim salonu və müasir avadanlıqla təchiz edilən mətbəx yerləşir. Burada yaradılmış zəngin kitabxana dindarların istifadəsinə verilib.
Ümumilikdə, Şamaxı Cümə məscidi müstəqilliyin verdiyi imkanlardan maksimum bəhrələnən xalqımızın və Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına yüksək və həssas münasibətinin bariz nümunəsidir. Prezident İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimindəki nitqində Azərbaycanın öz keçmişinə sadiq qaldığını xüsusi vurğulayaraq deyib: “Azərbaycan dövləti öz keçmişinə sadiqdir. Azərbaycanda bütün dini abidələr bərpa edilir, təmir olunur. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 1800-ə yaxındır. Bu, onu göstərir ki, hətta Sovet dövründə insanların qəlbində olan imanı öldürə bilməmişlər. Azərbaycan xalqı öz müqəddəs dininə olan hörmətini, məhəbbətini ürəyində saxlamış və yaşatmışdır”.
“İmamzadə” kompleksində aparılan bərpa-yenidənqurma işləri də hər cür xoş sözə layiqdir
Nizami yurdu Gəncədə 504 tarixi abidə siyahıya alınıb. Bunlardan 288-i dövlət tərəfindən qorunur. VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan “İmamzadə” kompleksi isə Gəncə şəhərinin və bütövlükdə ölkənin ən maraqlı memarlıq abidələrindən biridir. Türbə bu kompleksin ən qiymətli abidəsidir. Burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Prezident İlham Əliyev bu abidə-ziyarətgahın da təmiri və bərpası ilə bağlı xüsusi Sərəncam imzalayıb. Sərəncama əsasən 2010-cu ildən kompleksin əsaslı şəkildə yenidən qurulması davam etdirilir. “İmamzadə”nin bərpası və təmiri üçün dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Prezidentin ehtiyat fondundan 9 milyon manat, ötən ilin mayında isə daha 3 milyon manat vəsait ayrılıb. Dövlət başçısı burada görülən işlərlə şəxsən bir neçə dəfə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Təmir-bərpa işləri başlayandan bəri kompleksin ərazisinin 10 min kvadratmetrinə asfalt örtüyü salınıb, səkilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb, mükəmməl infrastruktur yaradılır. Burada 42 metr hündürlüyündə 2 minarə, namazgah tikilib. Ərazidə 500 avtomobil üçün 2 dayanacaq inşa edilib. 36 kiçik, 5 böyük günbəzi olan məsciddə nəqqaşlıq və xəttatlıq işləri artıq başa çatıb. Şahzadə İbrahimin buradakı qəbri isə qapalı şəraitdə qorunaraq, ətrafında 28 metr hündürlüyündə günbəz və 38 metrlik minarəsi olan ziyarətgah inşa edilir. İki zaldan ibarət namazgahda nəfis xəttatlıq işləri görülüb və kaşı materialla örtülüb. Layihəni icra edən “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyəti ziyarətgahda təmir-bərpa və tikinti işlərini apararkən qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirib. Kompleksin daxilində 200 kvadratmetr ərazini əhatə edən qurbangah yaradılıb. Ziyarətgahın əsas binası üçmərtəbəlidir. Birinci mərtəbəsi dəstəmazgah, ikinci mərtəbəsi inzibati otaqlar, üçüncü mərtəbəsi isə mehmanxanadan ibarət olan binada zəvvarlar üçün hər cür şərait yaradılıb. Kompleksdə həmçinin 1000 nəfərlik zaldan və mətbəxdən ibarət ehsanxana da fəaliyyət göstərəcək.
“İmamzadə” kompleksində bərpa-yenidənqurma işləri tamamlanmaq üzrədir. Yaxın vaxtlarda bu möhtəşəm ziyarətgah da Gəncə sakinlərinin və şəhərin qonaqlarının istifadəsinə veriləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Elm
27 Aprel 19:17

Sosial
27 Aprel 18:36

Sosial
27 Aprel 18:32

YAP xəbərləri
27 Aprel 18:12

Sosial
27 Aprel 17:15

Gündəm
27 Aprel 17:04

Hadisə
27 Aprel 16:28

Sosial
27 Aprel 15:22

Siyasət
27 Aprel 14:30

Sosial
27 Aprel 13:29

Mədəniyyət
27 Aprel 12:41

İdman
27 Aprel 11:17

İqtisadiyyat
27 Aprel 10:27

Sosial
27 Aprel 09:32

Elm
27 Aprel 09:13

İdman
27 Aprel 08:58

Sosial
26 Aprel 23:34

Dünya
26 Aprel 22:28

İdman
26 Aprel 21:46

Dünya
26 Aprel 20:32

Siyasət
26 Aprel 20:05

Hadisə
26 Aprel 19:27

Hadisə
26 Aprel 18:59

Dünya
26 Aprel 18:23

Dünya
26 Aprel 17:42

Sosial
26 Aprel 17:26

Hadisə
26 Aprel 16:50

Sosial
26 Aprel 16:29

Dünya
26 Aprel 15:47

İqtisadiyyat
26 Aprel 15:11

Dünya
26 Aprel 14:56

Sosial
26 Aprel 14:24

YAP xəbərləri
26 Aprel 13:35

Siyasət
26 Aprel 13:26

Elanlar
26 Aprel 13:07

Elanlar
26 Aprel 13:04

Gündəm
26 Aprel 13:02

Gündəm
26 Aprel 12:45

Sosial
26 Aprel 12:30

Siyasət
26 Aprel 12:14

Siyasət
26 Aprel 11:42

İqtisadiyyat
26 Aprel 11:36

Siyasət
26 Aprel 11:23

Yeni texnologiyalar
26 Aprel 11:15

Siyasət
26 Aprel 10:51

Siyasət
26 Aprel 10:38

MEDİA
26 Aprel 10:14

Dünya
26 Aprel 09:58

Analitik
26 Aprel 09:37

Sosial
26 Aprel 09:13

Sosial
26 Aprel 08:54

Ədəbiyyat
26 Aprel 08:25

YAP xəbərləri
25 Aprel 23:18

YAP xəbərləri
25 Aprel 22:17

YAP xəbərləri
25 Aprel 21:38
YAP xəbərləri
25 Aprel 21:12
YAP xəbərləri
25 Aprel 20:56

YAP xəbərləri
25 Aprel 20:11

Xəbər lenti
25 Aprel 20:11

YAP xəbərləri
25 Aprel 19:50
YAP xəbərləri
25 Aprel 19:15

YAP xəbərləri
25 Aprel 18:53

İqtisadiyyat
25 Aprel 18:32

YAP xəbərləri
25 Aprel 18:16

YAP xəbərləri
25 Aprel 18:12

Siyasət
25 Aprel 18:10

Sosial
25 Aprel 18:09

Gündəm
25 Aprel 18:07

YAP xəbərləri
25 Aprel 17:59

YAP xəbərləri
25 Aprel 17:34
