Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropa İttifaqında illik inflyasiya 2,6 faizə yüksəlib

Avropa İttifaqında illik inflyasiya 2,6 faizə yüksəlib

17.10.2025 [19:38]

Avrozonada illik inflyasiya göstəricisi sentyabrda 2,2 faiz təşkil edib. Bu göstərici avqustda 2 faiz, ötən ilin eyni dövründə isə 1,7 faiz olub. Avropa İttifaqı üzrə illik inflyasiya isə sentyabrda 2,6 faizə yüksəlib ki, bu da avqustla müqayisədə 0,2 faiz çoxdur. Ötən ilin sentyabrında bu rəqəm 2,1 faiz idi.

AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsinin məlumatında bildirilib.

Ən aşağı illik inflyasiya Kipr (0,0 faiz), Fransa (1,1 faiz), İtaliya və Yunanıstanda (hər biri 1,8 faiz) qeydə alınıb. Ən yüksək göstəricilər isə Rumıniya (8,6 faiz), Estoniya (5,3 faiz), Xorvatiya və Slovakiyada (hər biri 4,6 faiz) müşahidə olunub.

Avqustla müqayisədə sentyabrda illik inflyasiya səkkiz üzv dövlətdə azalıb, dördündə sabit qalıb, on beşində isə artıb.

Sentyabrda Avrozonada illik inflyasiyaya ən böyük təsir göstərən sahə xidmət sektoru olub. Bu istiqamət göstəriciyə 1,49 faiz həcmində təsir edib. Sonrakı yerdə isə ərzaq, spirtli içkilər və tütün məhsulları (+0,58 faiz), xarici sənaye malları (+0,20 faiz) və enerji sektoru (-0,03 faiz) qərarlaşıb.

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31