Dirçələn Füzuli – Türk dünyasının azad şəhəri
17.10.2025 [21:20]
Azərbaycanın əzəli torpaqlarından olan Füzuli şəhəri uzun illər ərzində düşmən işğalı altında qalmış, 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilmişdi. 27 il davam edən bu ədalətsizlik 2020-ci ilin 17 oktyabrında öz sonunu tapdı. Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən Füzuli şəhəri işğaldan azad edildi. Bu tarixi gün artıq hər il Füzuli Şəhəri Günü kimi qeyd olunur və azərbaycanlıların yaddaşında Zəfər, birlik və dirçəliş rəmzi kimi yaşayır.
İkinci Qarabağ müharibəsində əldə olunan uğurlar nəticəsində Füzuli şəhəri döyüş meydanında qəhrəman əsgərlərimizin canı, qanı bahasına azad edildi. Bu zəfər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, strateji liderliyi və xalq-ordu birliyinin təntənəsi idi. Füzulinin azad olunması təkcə hərbi deyil, həm də siyasi və mənəvi baxımdan böyük dönüş nöqtəsi oldu. Prezident İlham Əliyev həmin tarixi günü elan edərkən bildirmişdi: “Füzuli bizimdir! Qarabağ Azərbaycandır!”
Füzuli şəhəri azad edildikdən dərhal sonra Azərbaycan dövləti tərəfindən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə Füzuliyə səfər edərək görülən işlərlə yerində tanış olublar. 2021-ci ildə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş ərazilərdə həyata keçirilən ilk böyük infrastruktur layihəsi kimi tarixə düşdü.
Füzulidə yollar, körpülər, su və enerji xətləri bərpa olunur, müasir məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları inşa edilir. Şəhərin mərkəzində aparılan abadlıq və tikinti işləri Füzulinin yaxın illərdə tamamilə yenidən qurularaq yaşıl, ağıllı şəhərə çevriləcəyindən xəbər verir.
Füzuli Şəhəri Günü yalnız bir coğrafi məkanın azad olunması günü deyil. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpasını, 30 ilə yaxın işğal altında qalmış torpaqların sahibinə qayıtmasını, milli qürurumuzun təntənəsini simvolizə edir. Eyni zamanda, bu gün şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq günüdür.
Füzuli Şəhəri Günü Azərbaycan xalqı üçün həm qürurverici, həm də gələcəyə ümidlə baxmağa imkan yaradan xüsusi bir gündür. Bu günün qeyd olunması gələcək nəsillərə azadlıq, mübarizlik və vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət kəsb edir. Füzuli – bu gün təkcə bir şəhərin adı deyil, həm də dirçəlişin, qələbənin və quruculuğun ünvanıdır.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

