Azərbaycanın regionlarında yeni suvarma sistemi yaradılır
15.09.2015 [09:59]
Samur-Abşeron layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlərin reallaşdırılması sayəsində respublikanın şimal bölgəsi rayonlarında 150 min hektar ərazinin su təminatı yaxşılaşacaq, 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcək
Azərbaycanın regionlarında aqrar sektorun zəngin potensialından daha səmərəli istifadə olunması baxımından yeni torpaqların dövriyyəyə cəlb olunması müstəsna əhəmiyyət kəsb edir. Son illərdə bu istiqamətdə ölkənin bütün regionlarında məqsədyönlü tədbirlər həyata keçirilir. İnfrastruktur təminatının intensiv şəkildə yaxşılaşdırılması, müasir drenaj şəbəkəsinin qurulması, digər meliorativ tədbirlərin görülməsi minlərlə hektar torpaq sahəsinin dövriyyəyə cəlb olunmasına imkan verib. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi nəticəsində respublikamızda on minlərlə hektar torpaq sahəsinin dövriyyəyə cəlb olunacağını xüsusi olaraq nəzərə çatdırıb: “Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir. Eyni zamanda, Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi nəticəsində on minlərlə hektar torpaq sahələri dövriyyəyə buraxılacaq. Artıq bu il işlər başlanıbdır. Səhraya bənzəyən yerlər gül-çiçək, bostan, bağ olacaq”.
Samur-Abşeron suvarma sistemi müstəqillik illərində Azərbaycanda reallaşdırılan ən iri su layihələrindən biridir
Bəhs olunan suvarma sisteminin yenidən qurulmasına xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə start verilib. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində qısa müddətdə Azərbaycan-Rusiya sərhədində yerləşən Samur çayı üzərindəki Baş Hidroqovşaq, Baş Suqəbuledici və Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi əsaslı təmir edilib, həmçinin ən müasir standartlara cavab verən Xanarx kanalı, Baş Sudurulducu Qurğu və 188 kilometr uzunluğunda təsərrüfatlararası beton kanallar inşa olunub.
2007-ci ildə isə Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasına başlanıb. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişçisi olduğu həmin layihəni “Azərkörpü” - indi Avropa-Asiya İnşaat Korporasiyası “Yevraskon” Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik etdiyi konsorsium həyata keçirib. Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər görülüb. İlk növbədə Vəlvələçay-Taxtakörpü kanalının təxminən 11 kilometrlik hissəsi istismara hazır olub və 2011-ci il avqustun 15-də rəsmi açılış mərasimi keçirilib. Vəlvələçay-Taxtakörpü kanalının tikintisinin ilk mərhələsi İslam İnkişaf Bankının vəsaiti hesabına aparılıb.
2013-cü il iyulun 19-da isə 34 kilometr uzunluğunda Vəlvələçay-Taxtakörpü kanalının ikinci hissəsi istismara buraxılıb və Taxtakörpü su anbarına suyun verilməsinə başlanılıb. Vəlvələçay-Taxtakörpü kanalının ikinci hissəsi və onun sutullayıcı qurğusu Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına inşa edilib. Olduqca çətin və mürəkkəb relyefli ərazilərdən keçən bu kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür.
Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Bu nəinki regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərdən biridir. Buradakı qəza sutullayıcının uzunluğu 891, suqəbuledici qurğunun uzunluğu 43,6, enerji tunelinin uzunluğu isə 543 metrdir. Burada müasir işıqlandırma sistemi quraşdırılıb, ərazidəki yollara asfalt döşənib. Bakı-Rusiya Federasiyası dövlət sərhədi magistral avtomobil yolundan Taxtakörpü su anbarına ayrılan yol boyunca, həmçinin bütün ərazidə böyük həcmdə abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib. Təkcə Taxtakörpü su anbarının bəndinin gövdəsində 23 milyon kubmetrdən çox torpaq işi görülüb.
Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcək. Bu layihə respublikanın şimal zonasında ekoloji tarazlığın təmin edilməsinə də böyük töhfədir. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə reallaşdırılacaq.
Siyəzən rayonunda yeni torpaqlara həyat verilir
Elə bu günlərdə “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Siyəzən rayonunda yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suyun verilməsinə başlanılıb. Layihə zonasındakı 12 min 137 hektar sahənin 6 min 972 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 5 min 165 hektarda mövcud əkin sahələrinin su təmınatının yaxşılaşdırılması nəzərdə tutulur. Yeni suvarılan torpaqların 2300 hektarında kollektor-drenaj şəbəkələrinin tikintisi layihələndirilib. Siyəzən rayonundakı 6 min 972 hektar torpaq sahəsi dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Burada da suvarma üçün əsas su mənbəyi yeni inşa olunmuş Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanallarıdır.
Yeni suvarılacaq torpaqların 24 hektarı dövlət, 1151 hektarı bələdiyyə və 249 hektarı xüsusi mülkiyyətdə olan torpaqlardır. Yeni suvarılacaq 1424 hektar torpaq sahəsinin 866 hektarında torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi həyata keçirilib. Bu mərhələdə 42 hektar mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılıb. İlin sonunadək rayonun ərazisində əlavə olaraq 1738 hektar torpaq sahəsinin suvarılması təmin ediləcək ki, ondan 1115 hektarı yeni suvarılan torpaqlardır. Həmçinin 623 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Yeni suvarılacaq torpaqların 58 hektarında kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə tutulub. Cari ildə Siyəzən rayonu üzrə ümumilikdə 3 min 204 hektar torpaq sahəsi istifadəyə veriləcək. Bunun 2 min 539 hektarını yeni suvarılan torpaqlar təşkil edəcək, eyni zamanda, 665 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. 2016-cı ildə isə 8933 hektar suvarılan torpaq sahəsinin istifadəyə verilməsi planlaşdırılır ki, bunun da 4433 hektarı yeni suvarılan əkin sahələri olacaq, həmçinin 4500 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Bununla da layihənin tam başa çatdırılması nəzərdə tutulur.
Xızı rayonunda yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsinə başlanıb
Bu payız günlərində Xızı rayonunda əlamətdar hadisə baş verib. Belə ki, rayonun yeni suvarılacaq torpaqlarına Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsinə başlanıb. Xızı rayonunda meliorativ tədbirlər “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi şərçivəsində reallaşdırılıb. Layihə üzrə Xızı rayonunda 30 min hektar torpağın su təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Bütün ərazi üzrə ümumi layihə hazırlanıb. Bundan başqa, torpaqların münbitliyindən asılı olaraq, harada nə əkiləcəyini özündə əks etdirən xüsusi layihələr də hazırlanıb. Tezliklə bu layihələr sahibkarlara təqdim olunacaq. Yeni suvarılacaq sahələrdə taxılçılıq, heyvandarlıq, bağçılığın inkişaf etdirilməsi, həmçinin istixanaların yaradılması üçün yaxşı imkanlar var.
Xızı rayonunda suvarılacaq torpaqlarda meliorativ tədbirlər başa çatdırılaraq yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev əlaqədar dövlət qurumlarına öz tövsiyələrini verib. Bütün işlərin ardıcıllıqla və əlaqəli şəkildə yerinə yetirilməsinin zəruriliyinə diqqət çəkən dövlət başçısı vurğulayıb: “Bu xəritədə torpaqların ümumi görüntüləri əks olunub. Növbəti mərhələdə siz xəritəni ya biznes-plan, ya da maket şəklində tərtib edin. Biz torpaqları artıq təsərrüfatlar üzrə bölməliyik, bilək ki, harada hansı təsərrüfat yaradılacaq, onun sahəsi nə qədər olacaq, orada hansı işlər görüləcək. Biznes-planlar, investisiya layihələri hazırlanmalıdır. Əlbəttə, dövlət də kömək edəcək, lakin əsas yük sahibkarların üzərinə düşəcək. Onlar da buna hazırdırlar”.
Prezident İlham Əliyev həmçinin diqqəti Xızı rayonunda reallaşdırılan layihənin üstünlüyünə yönəldib. Rayonun Azərbaycanın əsas ixrac bazarlarından birinə - Rusiyaya yaxın olduğunu xatırladan dövlət başçısı bildirib: “Bir də bu layihənin üstünlüyü ondan ibarətdir ki, bu ərazi bizim ixrac bazarlarına da çox yaxındır. Bizim əsas ixrac bazarımız Rusiyadır. Bu il ərzində Rusiyaya bizim ixrac etdiyimiz məhsullar artıb. Burada yetişdirilən məhsulları həm daxili, həm də xarici bazarlara çıxarmaq üçün çox gözəl imkanlar olacaq. Dəmir yolu, avtomobil yolu ilə Rusiya sərhədinə yüz kilometrdən bir qədər çoxdur”.
Şabranda da dövriyyəyə yeni torpaqlar cəlb olunacaq
Şabran rayonunda mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi üzrə hazırlanan layihədə 28 min 497 hektar torpaq sahəsinin 14 min 38 hektarında meliorativ tədbirlər aparmaqla yeni suvarılan torpaqların istifadəyə verilməsi və 14 min 459 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Yeni suvarılacaq 14 min 38 hektar torpaq sahəsinin 1709 hektarı dövlətə, 8089 hektarı bələdiyyəyə və 4240 hektar torpaq sahəsi xüsusi mülkiyyətə məxsusdur. Hazırda Şabran rayonu üzrə meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatmaq ərəfəsindədir. Hər üç rayonun “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsindən bəhrələnməsi məqsədilə bu rayonlarda meliorativ tədbirləri paralel aparmaqla tədricən 2-3 il ərzində layihənin tam başa çatdırılması nəticəsində iri kənd təsərrüfatı müəssisələrinin yaradılması, eləcə də, fermer təsərrüfatlarının su təminatının yaxşılaşdırılması mümkün olacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58
