Azərbaycan güclü infrastruktur təminatına malik ölkəyə çevrilib
03.09.2015 [10:06]
Qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması nəticəsində ölkənin regionlarının fasiləsiz enerji təminatına şərait yaranıb, qazlaşmanın səviyyəsi yüksəlib
Son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın regionlarının tarazlı inkişafı yüksək səviyyədə təmin olunub. Bu inkişafı təmin edən əsas komponentlərdən biri də bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələridir. İndiyədək Azərbaycanın bütün bölgələrində güclü, müasir infrastruktur qurulması istiqamətində böyük həcmdə işlər həyata keçirilib ki, bu da hazırda bir sıra layihələrin uğurla davamını şərtləndirib.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, müstəqilliyimizin ilk dövrlərində Azərbaycanın qarşılaşdığı əsas çətinliklərdən biri ölkədə enerji çatışmazlığı ilə bağlı idi. Bu, təsərrüfatda böyük qüsurlara gətirib çıxarırdı. Bu mənada bölgələrdə vəziyyət daha acınacaqlı idi. Əhalinin enerji ilə təchizatı fasilələrlə həyata keçirilirdi. Təbii ki, belə şəraitdə iri şəhərlərdə və regionlarda yeni sənaye güclərinin, istehsal, emal müəssisələrinin yaradılması da iş adamları üçün perspektivsiz görünürdü. Ölkədə etibarlı enerji təchizatı sisteminin yaradılması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişafa yönəlik dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində respublikanın bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Ölkəmizdə 2006-cı ildən başlayaraq hər il iki yeni elektrik stansiyası istifadəyə verilib. Nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Nəticədə respublika üzrə əhalinin elektrik enerjisi ilə təminatı yaxşılaşıb, enerjitutumlu müəssisələrin təchizatını təmin etmək mümkün olub, eyni zamanda, yeni ixrac imkanları yaranıb.
Yeni elektrik stansiyalarının inşası, demək olar ki, respublikanın bütün bölgələrini əhatə edib. O cümlədən, 2006-cı ildə Astarada, Şəkidə, Xaçmazda və Naxçıvanda hər birinin gücü 87 MVt, 2007-ci ildə Bakıda 105 MVt, 2008-ci ildə Səngəçalda 300 MVt, 2009-cu ildə Şahdağda 105 MVt, Sumqayıt şəhərində 525 MVt, 2013-cü ildə Şirvanda 780 MVt gücündə istilik-elektrik stansiyaları işə salınıb. Bundan başqa, Lerik və Yardımlı rayonlarının coğrafi mövqeyinin mürəkkəbliyi nəzərə alınaraq, həmin rayonların elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə Lerikdə inşa edilən 17 meqavat gücündə elektrik stansiyasında işlər başa çatdırılıb. Layihə çərçivəsində Yardımlı və Lerik rayonlarının ərazisində 35 kilovoltluq yeni yarımstansiyalar və elektrik xətləri inşa edilib. Həmin rayonların paylayıcı şəbəkələrinin də tamamilə yenidən qurulması qarşıda duran vəzifələrdən biridir.
Bu mənada bir sıra rayonlarımızda da mühüm işlər görülüb. Məsələn, Hacıqabul rayonunda bu ilin ilk 6 ayında 10 ədəd yeni müasir tipli KTM, 1 ədəd 630 KVA, 1 ədəd 400 KVA, 5 ədəd 250 KVA, 1 ədəd 160 KVA gücündə transformator quraşdırılıb. Bundan başqa, 1 ədəd 6 kv-luq istismara yararsız dayaq və 3230 metr məsafədə yararsız naqillər yenisi ilə əvəz olunub. O cümlədən, 45 ədəd 0.4 kv-luq dayaq basdırılıb və 8080 metr Sip kabel çəkilib. Hacıqabul Elektrik Şəbəkəsi 2015-ci ilin birinci yarısında 82 401 115 kvt.s enerji alıb və satışa ötürülən enerji 62 987 890 kvt.s-dır.
Elektrik enerjisi ilə yanaşı, qazlaşdırma istiqamətində də bir sıra uğurlara imza atılıb. Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunması başa çatdırılıb. Hacıqabul Qaz İstismar Sahəsi tərəfindən 2015-ci ilin birinci yarısında əhali sektorunda 20 214 959 kubmetr, qeyri-əhali sektorunda 6 819 364 kubmetr qaz satılıb. 2015-ci ilin ilk yarısında 101 mənzildən ibarət qaçqın şəhərciyinin qazla təminatının həyata keçirilməsi başa çatdırılıb.
İsmayıllı rayonunda da elektrik enerjisi və qaz təminatı yönündə mühüm addımlar atılıb. Məsələn, rayonda qaz təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilib, keçən il tikintisinə başlanılmış İsmayıllı şəhərinin “Böyük mərc” və “Kökəltmə” adlanan məhəllələrinin qazlaşdırılması başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Basqal qəsəbəsində 19400 poqonmetr müxtəlif diametrli qaz xəttinin tikintisi aparılıb, abonentlər üçün 700 ədəd məişət qaz sayğacı quraşdırılıb. İyun ayında qəsəbəyə qazın verilməsinin açılışı olub. Xanagah və İstisu kəndlərində qaz xəttinin tikintisinə başlanılıb. İsmayıllı rayonu ərazisində 121 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunub, yeni abonentlər üçün 183 ədəd sayğac quraşdırılıb. Bu ilin ilk 6 ayında abonentlərə 18 milyon 786 min 887 kubmetr qaz satılıb.
Bu ilin ilk yarısında rayonda İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən 110 kv-luq İsmayıllı hava xəttinin Qubaxəlilli budaqlanmasında 9 ədəd dayaq, 35 kv-luq Basqal hava xəttində 23 ədəd dayaq, 2,3 km məftil dəyişdirilib. Enerji təsərrüfatında cari təmir işləri aparılıb. Belə ki, şəhər ərazisində 10 kilovoltluq hava xətlərində 106 ədəd, 0,4 kilovoltluq hava xətlərində 400 ədəd yeni dəmir-beton dayaq quraşdırılıb. Bundan başqa, 14,6 km SİP kabel xətti çəkilib, abonentlər üçün 772 ədəd smart-kart və 316 ədəd elektron tipli sayğac quraşdırılıb. Kəndlərdə 10 kilovoltluq və 0,4 kilovoltluq hava xətlərində 37 ədəd dayaq dəyişdirilib. İlk 6 ayda istehlakçılara 34 milyon 920 min kilovat-saat enerji verilib.
Salyan rayonunda da bu istiqamətdə mühüm tədbirlər görülür. Rayon əhalisinin enerji və qaz təminatının yaxşılaşdırılması yönündə mühüm addımlar atılır. Əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün il ərzində yüksəkgərginlikli elektrik transformatorlarında, yarımstansiyalarda təmir işləri aparılır. Vurğulamaq lazımdır ki, 8 ədəd 35 kv-luq və 195 ədəd - 10/6/0,4 kv-luq yarımstansiyalarda cari təmir işləri görülür. 205 ədəd güc transformatoruna 56,6 ton transformator yağı əlavə olunub. 278 yeni abonentə sayğac quraşdırılıb. Salyan Elektrik Şəbəkəsinin xidməti ərazisində 0,4 kv-luq HEVX-nin fiziki köhnəlmiş çılpaq naqillərinin SİP kabellə əvəz olunması ilə əlaqədar 14 ədəd dəmir-beton dayaq və 8 ədəd dəmir-beton diblik quraşdırılıb. 10-6/0,4 kv-luq HEVX-də fiziki köhnəlmiş 330 ədəd dayaq yenisi ilə əvəz olunub. Rayon üzrə 32101 abonent elektrik enerjisindən istifadə edir. Hazırda rayonda yeni tipli transformatorlar qoyulur, elektrik təsərrüfatında təmir işləri sürətləndirilir.
Əhalinin təbii qazla təmin edilməsi istiqamətində də Salyanda müəyyən işlər görülür. Salyan şəhəri 20 Yanvar küçəsinin 188 evdən ibarət hissəsində qazlaşma işləri aparılaraq sona çatdırılıb. 188 mənzilə qaz sayğacı quraşdırılıb. Rayonun Dayıkənd kəndinin qalan hissəsində podratçı təşkilat tərəfindən əsaslı təmir işləri aparılaraq sona çatdırılıb. 75 evə qaz sayğacı quraşdırılıb. Ə.Quliyev küçəsində 24 evdən ibarət yeni yaşayış sahəsində qazlaşma işləri aparılıb. Əhalini fasiləsiz, itkisiz, keyfiyyətli və normal təbii qazla təmin etmək məqsədi ilə yeni çəkilmiş qaz xətləri üzərinə 3 ədəd müasir tipli qaz tənzimləyici və 5 ədəd müxtəlif diametrli siyirtmələr quraşdırılıb.
Bəydilli kəndində qazlaşma işləri aparılaraq sona çatdırılıb. Rayonun Qızılağac, Sarvan, Quyçu, Abad, Xalac və Kolanı kəndlərində qazlaşma işləri aparılır. Marışlı, Seyid Sadıqlı, Yeni Uluxanlı, Birinci Varlı və İkinci Varlı kəndlərində podratçı təşkilat tərəfindən qazlaşma işlərinin aparılmasına başlanılıb. Hazırda paylayıcı qaz xətləri çəkilir. Rayonun uzun illər qazsız qalmış kəndlərinin və eyni zamanda, yeni salınmış, genişlənmiş yaşayış massivlərinin qaz təsərrüfatının yenidən qurularaq qazlaşdırılması məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanması üçün “Azəriqaz” İB-yə müraciət olunub və icrası mərhələlərlə həyata keçirilir. Salyan rayonu üzrə təbii qazla təmin olunan abonentlərin sayı 18334-ə çatmışdır. 458 yeni mənzil qazlaşdırılaraq qeydiyyata alınıb və istismara verilib.
Bəli, son 11 ildə tarixi əhəmiyyət daşıyan Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin tarazlı inkişafını təmin edib, regionları da iqtisadi güc amilinə çevirib. Prezident İlham Əliyev Dövlət proqramlarının icrasını daim şəxsi nəzarətdə saxlayır. Dövlət başçısı son 11 il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib və dəyərli tövsiyələrini verib. Yerlərdə ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə 240 Sərəncam imzalaması Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük qayğının ifadəsidir. Dövlət başçısı təkcə son bir il ərzində bölgələrə 20-dən çox səfər edərək 120-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərinə qatılıb, həmçinin, ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 270 milyon manat vəsaitin ayrılması barədə 72 Sərəncam imzalayıb.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlara əlavə xarakteri daşıyan tədbirlər planları da yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 64 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46
