/ / Dövlət proqramlarının uğurla reallaşdırılması kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərib
Dövlət proqramlarının uğurla reallaşdırılması kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərib
05.08.2015 [08:29]
Yaxud regionlarda yeni infrastrukturun yaradılması və aqrar sektorun inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir
Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması, ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, kənd təsərrüfatının inkişafı, ümumilikdə bütün sahələrdə ardıcıl tərəqqi və yüksəliş strategiyası uğurla həyata keçirilməkdədir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı ölkəmizdə reallaşdırılan məqsədyönlü siyasətin əsas istiqamətlərindəndir. Ümumiyyətlə, dövlət tərəfindən aqrar sahədə həyata keçirilən infrastruktur layihələrinin davamlılığı, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də, kreditlərin verilməsinin sürətləndirilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərib.
Əksər ekspertlərin də vurğuladıqları kimi, ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Belə ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla əhalinin iş yerləri ilə təminatında ən böyük pay sahibidir. Nəticədə, bu sahənin inkişafı kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir etmək imkanına malikdir. Bununla yanaşı, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirib, həmçinin, bu istiqamətdə bir sıra Dövlət proqramları reallaşdırılıb.
Təsadüfi deyil ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması istiqaməti mühüm yer tutur. Dövlət başçısı respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə yüksək nəticələrə nail olunması üçün güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir.
Vurğulamaq yerinə düşər ki, ölkəmizdə mövcud reallıqlar nəzərə alınmaqla kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət qayğısının prioritetləri müəyyənləşdirilib. Bunlar, ilk növbədə, aqrar sahədə yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili kimi vacib məsələləri əhatə edir.
Bir sözlə, ölkədə kənd təsərrüfatının inkişafına çoxşaxəli dövlət qayğısı göstərilir. Respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son bir ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən, taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib.
Bundan başqa, son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq respublikanın ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları da sözügedən sahənin inkişafına əlavə təkan verib. Respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artması, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Eyni zamanda, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib və yeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən, 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.
Yeri gəlmişkən, ölkənin əksər rayonlarında olduğu kimi, İsmayıllıda da kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, rayonda kartof yığımı uğurla başa çatıb. Rayon statistika idarəsinin yaydığı məlumata görə, bu il 785 hektar sahədən 6790 ton məhsul istehsal olunub. Bu da ötənilki göstəricidən 214 ton çoxdur. Hər hektardan məhsuldarlıq da keçən mövsümdəkindən artıq olub və 86,5 sentnerə çatıb. Bir sıra ərazi vahidlərində məhsuldarlıq 100 sentnerədək yüksəlib.
Ümumiyyətlə, yuxarıda da vurğuladığımız kimi, İsmayıllı rayonunda aqrar sektorun inkişafına böyük diqqət yetirilir. Əkinəyararlı, istifadə olunmayan torpaqlar müəyyənləşdirilir, onlardan istifadə imkanları dəqiqləşdirilir və istehsala cəlb olunur. Birinci yarımillikdə rayonda kənd təsərrüfatında ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 521 min manat artıb. Rayonda 2014-cü ilin payızında əkilmiş 28445 hektar payızlıq taxıl bitkisi sahələrinə aqrotexniki qaydalara uyğun qulluq olunduğu üçün normal bitiş alınıb. Nəticədə ilk dəfə olaraq rayon tarixində rekord səviyyədə, 102 min ton taxıl istehsal olunub. Dəmyə şəraitdə hər hektardan 36,7 sentner məhsul alınıb ki, bu da yüksək göstəricidir.
Qeyd edək ki, rayonda yay şumunun çıxarılması prosesi də uğurla davam etdirilib. Hesabat dövründə rayonda 3618 hektar sahədə yazlıq bitkilər, o cümlədən, 684 hektar sahədə dənli-paxlalılar, 370 hektar sahədə günəbaxan, 955 hektar sahədə yem bitkiləri əkilib. Üzümçülük və meyvəçilik rayon iqtisadiyyatının ən gəlirli sahələrindən biridir. Hazırda rayon üzrə 934 hektar üzüm bağı və 1158 hektar meyvə bağı var.
Vurğulamaq yerinə düşər ki, rayonda 2014-cü ilin yanvar ayından Avropa İttifaqı və Almaniyanın “Dünyaya çörək” təşkilatının maliyyə dəstəyi ilə Aqro İnformasiya Mərkəzinin icra etdiyi “FİLİZ” layihəsi fəaliyyət göstərir. Layihənin məqsədi kənd təsərrüfatı məhsulları istehsal edən beş yüz aztəminatlı ailəyə gəlirlərin artırılmasına dəstək göstərməkdir. 7 kənddə 14 qrupdan ibarət 140 nəfər fermer layihəyə cəlb olunub. Layihə çərçivəsində pomidor bitkisinin açıq və örtülü sahədə becərilməsi üzrə 7, çiyələk bitkisinin becərilməsi üzrə 3, arıçılığın inkişafı üzrə 3 və heyvandarlıqda müqayisəli yemləmə üzrə 1 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində qruplara müvafiq olaraq avadanlıq və əkin materialı verilib.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında səpilmiş 17269 hektar payızlıq buğda səpininə görə 5260 nəfər istehsalçıya 690,8 min manat kompensasiya hesablanıb və aprel ayından vətəndaşlara ödənilib.
Qeyd edək ki, bu il kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı daha da gücləndirilib, ödəniləcək kompensasiya 25 faiz artırılıb. İyun ayında 6358 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 27387 hektar əkin sahəsinə görə 1 milyon 397 min 861 manat kompensasiya hesablanıb, sənədlər hazırlanaraq Respublika Komissiyasına təqdim edilib.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Xüsusilə, son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Nəticədə ərzaq məhsulları ilə etibarlı təminat beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi olmaqla dünya ölkələrinin siyasətində aparıcı istiqamətə çevrilib. Bu baxımdan Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
